İnsan resursları əməliyyatları üzrə rəhbər

PMD Projects LLC

Vakansiya haqqında

Təsvir

  • Əməkdaşların işə qəbulundan əmək münasibətlərinə xitam verilməsinə qədər bütün əməkdaşlıq dövrü üzrə inzibati proseslərin idarə edilməsinə nəzarət etmək; o cümlədən işə qəbul və adaptasiya, layihə sahələri arasında yerdəyişmələr, vəzifə yüksəlişləri, status dəyişiklikləri və əmək münasibətlərinə xitam verilməsi proseslərini əhatə etmək.
  • Əmək müqavilələrinin, onlara dəyişikliklərin, müddət uzadılmalarının və standart kadr sənədlərinin hazırlanmasını, qeydiyyata alınmasını, rəsmiləşdirilməsini və icrasının izlənilməsini idarə etmək.
  • Əmək müqavilələrinin qüvvədə olma müddətlərinin bitmə tarixlərini izləmək və rəhbərliyin təsdiqlərinə uyğun olaraq inzibati tədbirlərin vaxtında həyata keçirilməsini təmin etmək.
  • Baş ofis və inşaat layihələri sahələrindən davamiyyət, iş saatları, iş vaxtından artıq iş və işə çıxmama ilə bağlı məlumatların toplanması və yoxlanılması daxil olmaqla, iş vaxtının uçotu proseslərinə nəzarət etmək.
  • Əməkdaşların xəstəlik vərəqələrini, ödənişli/ödənişsiz və istifadə edilməmiş məzuniyyət qalıqlarını idarə etmək, uyğunsuzluqları müəyyən etmək və aradan qaldırmaq.
  • Tibbi sığorta və qanunvericiliklə nəzərdə tutulmuş təminatlar daxil olmaqla, əməkdaşların sosial təminat və güzəşt proqramlarının inzibati idarə edilməsini həyata keçirmək.
  • HRIS sistemi və əməkdaşların əsas məlumatları üzrə funksional məsul şəxs qismində çıxış etmək məlumatların məxfiliyini və məlumatlara müvafiq giriş səlahiyyətlərinin idarə olunmasını təmin etmək.
  • Rəhbərliyin qərar qəbul etməsini dəstəkləmək məqsədilə mütəmadi İR əməliyyat, işçi sayı, təşkilati struktur və analitik hesabatları hazırlamaq.
  • Baş ofis və layihə sahələrində İR əməliyyat siyasətlərinin, şablonlarının və prosedurlarının vahid və ardıcıl şəkildə tətbiq edilməsini təmin etmək.
  • Yerli əmək qanunvericiliyinin və şirkət siyasətlərinin tələblərinə riayət olunmasına nəzarət etmək, əmək müfəttişliyinin yoxlamaları, habelə daxili və ya xarici auditlər üçün tələb olunan sənədləri hazırlamaq.
  • İntizam tədbirlərinin, daxili araşdırmaların və əməkdaşlarla bağlı qərarların rəsmi inzibati qaydada rəsmiləşdirilməsinə və icrasına nəzarət etmək.

Tələblər

  • İnsan Resursları, Biznesin İdarə Edilməsi, Hüquq, Psixologiya və ya əlaqəli ixtisas üzrə bakalavr dərəcəsi.
  • SHRM-SCP, SPHRi və ya CIPD Level 5+ kimi peşəkar HR sertifikatının olması üstünlükdür.
  • İR idarəedilməsi sahəsində minimum 8 il iş təcrübəsi, o cümlədən İR əməliyyatları üzrə nəzarətçi və ya rəhbər vəzifədə ən azı 2 il təcrübə.
  • İnşaat, mülki mühəndislik və ya ağır sənaye sahəsində həm ofis əməkdaşlarından, həm də layihə sahələrində çalışan işçilərdən (blue-collar) ibarət işçi qüvvəsinin idarə edilməsi üzrə təcrübə.
  • Azərbaycan Respublikası əmək qanunvericiliyi, qanunvericiliklə müəyyən edilmiş əmək tələbləri və əmək münasibətləri üzrə sənədləşmənin qanunvericiliyə uyğunluğu barədə güclü praktiki biliklər.
  • Məlumatların emalı və təhlili üzrə yüksək səviyyəli bacarıqlar, Excel və 1C, SAP kimi HRIS platformalarından yüksək səviyyədə istifadə bacarığı və detallara xüsusi diqqət.
  • Davamiyyət sistemləri, iş vaxtının uçotu məlumatlarının yoxlanılması, habelə mürəkkəb məzuniyyət və əməkhaqqı məlumatlarının üzləşdirilməsi üzrə praktiki bacarıqlar.
  • Azərbaycan dili – sərbəst səviyyədə, həm şifahi, həm də yazılı.
  • İngilis dili – orta-yuxarı səviyyədə (upper-intermediate), həm şifahi, həm də yazılı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
8+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
29 sentyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
29 oktyabr 2026
HRX ilə müraciət
1
Baxış
32

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. HR meneceri üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

HR meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

PMD Projects LLC
Tikinti, Bina tikintisi · Baku
PMD Projects LLC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

İnsan resursları idarəetməsi sahəsində minimum 8 il iş təcrübəsi tələb olunur.

Vakansiya tam ştatdır, iş saatları barədə məlumat verilməyib.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

HR meneceri üzrə Bakıda digər açıq elanlar.

IRES
Head/Director · 10+ ilBakı
Maaş göstərilməyib

Qrup üzrə İnsan Resursları strategiyasını idarə edir və 10 ildən çox təcrübəyə malikdir.

Talent AcquisitionPerformance ManagementEmployee RelationsLeadership+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Merkuri BOKT
Manager · 5+ ilBakı
Maaş göstərilməyib

İnsan Resursları strategiyasını hazırlayır, HR komandasını idarə edir və işə qəbul proseslərini həyata keçirir.

Labor LawRecruitmentLeadershipTeam Management+12
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları əməliyyatları üzrə rəhbər
Müraciət et