Vakansiya haqqında

Vəzifənin məqsədi

İnsan Resursları üzrə Menecer HR əməliyyatları, işə qəbul, təlim və inkişaf proseslərinin effektiv idarə olunmasına cavabdehdir. Əsas məqsəd insan resursları proseslərinin səmərəliliyini, keyfiyyətini və şirkətin daxili siyasətləri ilə əmək qanunvericiliyinə uyğunluğunu təmin etməkdir.

Vəzifə öhdəlikləri

HR Əməliyyatları

  • HR əməliyyatlarının gündəlik idarə olunması, komandanın fəaliyyətinin koordinasiyası və səlahiyyətləri çərçivəsində operativ qərarların qəbul edilməsi
  • Əmək müqavilələri, əmrlər və digər HR sənədlərinin qanunvericiliyə uyğun hazırlanmasının təmin edilməsi
  • HRIS (ERP) sistemində əməkdaş məlumatlarının düzgünlüyünə və aktuallığına nəzarət
  • HR üzrə əsas göstəricilərin (işçi sayı, işçi dövriyyəsi, işə qəbul və digər KPI-lər) təhlili, müvafiq hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi
  • HR proseslərinin optimallaşdırılması və daxili siyasətlərə, eləcə də əmək qanunvericiliyinə uyğunluğunun təmin edilməsi
  • Daxili və xarici auditlərin, o cümlədən Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) tərəfindən aparılan yoxlamaların və rəsmi sorğuların cavablandırılmasının koordinasiyası
  • Əmək qanunvericiliyindəki dəyişikliklərin izlənməsi və HR prosedurlarının müvafiq tələblərə uyğunlaşdırılması

İşə Qəbul

  • İşə qəbul prosesinin bütün mərhələlərinin idarə olunması və komandanın fəaliyyətinin koordinasiyası
  • Namizəd axtarışı, seçimi və müsahibə proseslərinə nəzarət
  • İşə qəbul üzrə KPI-lərin izlənməsi və proseslərin effektivliyinin artırılması
  • Onboarding və oriyentasiya proqramlarının icrasının koordinasiyası

Təlim və İnkişaf

  • Biznes ehtiyaclarına uyğun təlim tələbatının müəyyən edilməsi və müvafiq təlimlərin təşkilinin təmin edilməsi
  • Təsdiqlənmiş təlim planlarının icrasına nəzarət
  • Keçirilmiş təlimlərin effektivliyinin və iştirakçı rəylərinin qiymətləndirilməsi

Requirements:

Tələblər

  • Ali təhsil (insan resursları, hüquq, biznesin idarə edilməsi, menecment, psixologiya, iqtisadiyyat və ya əlaqəli sahə üzrə təhsil arzuolunandır)
  • İnsan resurslarının idarə olunması sahəsində minimum 7 il, o cümlədən rəhbər vəzifədə minimum 2 il iş təcrübəsi
  • HR əməliyyatları, işə qəbul və təlim və inkişaf proseslərinin idarə olunması üzrə praktiki bilik və təcrübə
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyi, əmək münasibətləri və HR sənədləşməsi üzrə dərin biliklər
  • HRIS/ERP sistemləri ilə iş təcrübəsi və MS Office proqramlarında, xüsusilə Excel-də sərbəst işləmək bacarığı
  • İngilis dili biliyi minimum B2 səviyyəsində, rus dili biliyi üstünlükdür
  • Liderlik, analitik düşüncə, operativ qərarvermə, problem həll etmə və effektiv kommunikasiya bacarıqları
  • CIPD, SHRM və ya digər peşəkar HR sertifikatları, həmçinin HR proseslərində süni intellekt (AI) alətlərindən istifadə təcrübəsi üstünlükdür

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Caspian Plaza II, Floor 9, 44 Jafar Jabbarly Street
Təcrübə
7+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
16 sentyabr 2026
Dillər
English, Russian
Son tarix
6 noyabr 2026
HRX ilə müraciət
10
Baxış
98

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. HR meneceri üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

8 açıq vakansiya, 16 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

HR meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Sinteks LLC
Retail · 1,700+ · Bakı
Sinteks LLC — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

HR meneceri üzrə Bakıda digər açıq elanlar.

Rapid Solutions
Senior · 5+ ilBakı
Maaş göstərilməyib

İnfrastruktur layihələrdə HR əməliyyatlarını idarə etmək və əmək qanunvericiliyini bilmək.

RecruitmentEmployee RelationsPerformance ManagementTraining+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
TABIA Group LLC
ManagerYevlax
Maaş göstərilməyib

HR əməliyyatlarını idarə edərək işçilərin işə qəbul və təlimini təşkil etmək.

Human Resources ManagementEmployee OnboardingPerformance MonitoringChange Management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Primeline MMC
Middle · 3+ ilBakı
1 500–2 000₼

İnsan resursları proseslərini idarə edir və ən azı 3 il təcrübəsi tələb olunur.

RecruitmentInterviewingHuman Resources ManagementCandidate Screening+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə menecer
Müraciət et