Vakansiya haqqında

“Merkuri” Bank Olmayan Kredit Təşkilatı “İnsan Resursları üzrə menecer” vakansiyası üçün müsabiqəyə dəvət edir.

Vəzifə öhdəlikləri

  • Təşkilatın ümumi strategiyasına uyğun İnsan Resursları strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • HR komandasına rəhbərlik edilməsi, iş bölgüsünün aparılması və fəaliyyətin əlaqələndirilməsi;
  • Təşkilati strukturun, ştat cədvəlinin və vəzifə təlimatlarının hazırlanmasına və təkmilləşdirilməsinə nəzarət;
  • İşçi ehtiyacının müəyyənləşdirilməsi, kadr planlamasının aparılması və müvafiq hesabatların rəhbərliyə təqdim edilməsi;
  • İşə qəbul və seçim proseslərinin, o cümlədən müsahibələrin keçirilməsi və namizədlərin qiymətləndirilməsinin effektiv idarə olunması;
  • Yeni əməkdaşların adaptasiya və sınaq müddətinin qiymətləndirilməsi prosesinin təşkili və nəzarət olunması;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq kadr kargüzarlığının, kadr uçotunun və sənədləşmə proseslərinin düzgün təşkil edilməsinə nəzarət;
  • Əmək müqavilələrinin bağlanılması və dəyişdirilməsi, məzuniyyət, ezamiyyət, iş vaxtının uçotu və xitam proseslərinə nəzarət edilməsi;
  • Kadr axıcılığı, davamiyyət, işə qəbul müddəti, əməkdaşların məhsuldarlığı və digər İR göstəricilərinin təhlil edilməsi, nəticələr üzrə tədbirlər planının hazırlanması;
  • Əməkdaşların təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, illik təlim planının hazırlanması və icrasının təşkili;
  • Karyera inkişafı və əsas vəzifələr üzrə əvəzetmə planlarının hazırlanması;
  • Korporativ mədəniyyətin inkişaf etdirilməsi və motivasiya proqramlarının həyata keçirilməsi;
  • Anonim məmnunluq sorğularının keçirilməsinə nəzarət, nəticələrin təhlili və təkmilləşdirmə tədbirlərinin hazırlanması;
  • Əmək intizamına və daxili intizam qaydalarına riayət olunmasına nəzarət edilməsi;
  • HR prosesləri üzrə risklərin müəyyənləşdirilməsi və onların minimuma endirilməsi üçün tədbirlərin görülməsi;
  • HR siyasət və prosedurlarının hazırlanması, mütəmadi yenilənməsi və tətbiqinə nəzarət edilməsi;
  • HR fəaliyyəti üzrə aylıq, rüblük və illik hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.

Tələblər

  • İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil;
  • İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi;
  • Azərbaycan Respublikasının əmək qanunvericiliyini dərindən bilmək və praktiki tətbiq bacarığı;
  • Kadr kargüzarlığı və əmək münasibətlərinin idarə olunması sahəsində güclü praktiki biliklər;
  • İşə qəbul, performansın qiymətləndirilməsi, motivasiya, təlim və inkişaf sistemləri üzrə təcrübə;
  • Liderlik, komandanı idarəetmə, planlaşdırma və qərarvermə bacarıqları;
  • Yüksək ünsiyyət, təqdimat, danışıqlar aparmaq və münaqişələri həll etmək qabiliyyəti;
  • Məsuliyyətlilik, obyektivlik, məxfilik və yüksək peşə etikası;
  • Maliyyə, bank və ya bank olmayan kredit təşkilatında İnsan Resursları üzrə iş təcrübəsi;

Hazır cv formalarınızı Mövzu/Subject bölməsinə “HR menecer” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

CV‑ni yoxla
Yerləşmə
Bakı
Təcrübə
5+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
29 sentyabr 2026
Son tarix
29 oktyabr 2026
HRX ilə müraciət
1
Baxış
29

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. HR meneceri üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

HR meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

Merkuri BOKT
Maliyyə və sığorta fəaliyyəti, Maliyyə xidmətləri və fintex · Baku
Merkuri BOKT — bütün vakansiyalar

“Merkuri” bank olmayan kredit təşkilatı Azərbaycan Respublikası vətəndaşlarına müasir kredit texnologiyaları tətbiq etməklə maliyyə xidmətləri göstərmək üçün yaradılmışdır.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

İnsan Resursları sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.

İnsan resurslarının idarə edilməsi, biznesin idarə edilməsi, hüquq və ya əlaqəli sahə üzrə ali təhsil tələb olunur.

Hazır CV formalarınızı Mövzu/Subject bölməsinə “HR menecer” qeyd edərək elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

HR meneceri üzrə Bakıda digər açıq elanlar.

Merkuri BOKT
Senior · 5+ ilBakı

HR menecer

1 000–2 000₼

İnsan Resursları strategiyasını hazırlayır və HR komandasına rəhbərlik edir, minimum 5 il təcrübə tələb olunur.

Labor LawRecruitmentInterviewingLeadership+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
IRES
Head/Director · 10+ ilBakı
Maaş göstərilməyib

Qrup üzrə İnsan Resursları strategiyasını idarə edir və 10 ildən çox təcrübəyə malikdir.

Talent AcquisitionPerformance ManagementEmployee RelationsLeadership+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə menecer
Müraciət et