Qrup üzrə İnsan Resursları strategiyasını idarə edir və 10 ildən çox təcrübəyə malikdir.
Vakansiya haqqında
İş Yeri: Sinteks LLC
Lokasiya: Bakı, Azərbaycan
Vəzifənin təsviri
- Business Bölməsinin biznes məqsədlərinə nail olması üçün tələb olunan işçi heyətinin, kompetensiyaların, kadr ehtiyatının və təşkilati effektivliyin təmin edilməsinə görə məsuliyyət daşıyır.
Vəzifə öhdəlikləri:
İşçi qüvvəsinin planlaşdırılması və komplektləşdirmənin effektivliyi
- Business Bölməsinin biznes planını həyata keçirməsi üçün tələb olunan sayda və kompetensiyalara malik əməkdaşlarla təmin olunmasını və kritik vakansiyaların vaxtında bağlanmasını təmin edir.
- Mağazaların ehtiyacları, mövsümilik və satış həcmi nəzərə alınmaqla işçi sayını təsdiq edilmiş təşkilati struktur və əməkhaqqı büdcəsi çərçivəsində optimal səviyyədə saxlayır.
- İşçi çatışmazlığını, kompetensiya boşluqlarını və əmək məhsuldarlığındakı kənarlaşmaları vaxtında müəyyən edir və aradan qaldırır.
- İşə qəbul olunan əməkdaşların Business Bölməsinin əməliyyat və kommersiya ehtiyaclarına uyğunluğuna, həmçinin Baş Ofisin İnsan Resursları funksiyası ilə müvafiq rəhbərlər arasında effektiv əməkdaşlığa cavabdehdir.
Təlim və inkişaf
- Əməkdaşların öz vəzifələrini satış, müştəri xidməti və əməliyyat standartlarına uyğun yerinə yetirmələri üçün tələb olunan bilik və bacarıqlara malik olmasını təmin edir.
- Yeni əməkdaşların adaptasiya prosesini keçməsini və müəyyən edilmiş müddət ərzində tələb olunan bilik və bacarıq səviyyəsinə çatmasını təmin edir.
- Satış, xidmət və əməliyyat nəticələrinə təsir edən kompetensiya çatışmazlıqlarını müəyyən edir və onların təlim və inkişaf vasitəsilə aradan qaldırılmasını təmin edir.
- Mağaza Menecerləri, yüksək potensiallı əməkdaşlar və kritik vəzifələr üzrə potensial varisləri müəyyən edir, onların inkişafını və növbəti vəzifəyə hazırlıq səviyyəsini izləyir.
Motivasiya, işçilərin saxlanılması və bağlılıq
- Əməkdaşların məmnunluq və motivasiya səviyyəsini izləyir, işçi axını və kritik əməkdaşların saxlanılması ilə bağlı riskləri müəyyən edir və onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini təmin edir.
- Əməkdaşların motivasiyasının artırılması, nailiyyətlərinin tanınması və mükafatlandırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin edir.
- Əməkdaşların fəaliyyət nəticələri, potensialı və biznes ehtiyacları əsasında daxili keçid, vəzifə yüksəlişi və karyera inkişafı imkanlarının yaradılmasını təmin edir.
- Business Bölməsi daxilində əməkdaşlığı, məsuliyyəti, təşəbbüskarlığı və yüksək nəticələri təşviq edən korporativ mədəniyyətin inkişafını dəstəkləyir.
Performans, əmək münasibətləri və intizamın idarə edilməsi
- Əməkdaşlar üçün fəaliyyət məqsədlərinin müəyyən edilməsini, nəticələrin obyektiv qiymətləndirilməsini və mütəmadi geribildirimin verilməsini təmin edir.
- Performans, davamiyyət, əmək intizamı və davranışla bağlı problemlərin müvafiq rəhbərlərlə birlikdə vaxtında və ardıcıl şəkildə həllini təmin edir.
- Əməkdaşlarla bağlı qərar və tədbirlərin şirkətin daxili siyasətlərinə, müəyyən edilmiş səlahiyyətlərə və əmək qanunvericiliyinə uyğun olmasını təmin edir.
- Ciddi və ya təkrarlanan əmək münasibətləri və intizam risklərini müəyyən edir və müvafiq tədbirlərin görülməsini təmin edir.
Əmək məhsuldarlığı və işçi heyəti xərclərinin idarə edilməsi
- İşçi sayının və əməkhaqqı xərclərinin təsdiq edilmiş büdcə və biznes ehtiyacları çərçivəsində saxlanılmasını təmin edir.
- Əməkhaqqı xərclərinin satışa nisbətini, əmək məhsuldarlığını, işçi qüvvəsindən istifadəni, əlavə iş saatlarını və işə çıxmama hallarını təhlil edir, kənarlaşmaları müəyyən edir və düzəldici tədbirlər görür.
- İşə qəbul, əməkhaqqı dəyişiklikləri, vəzifə yüksəlişləri və təşkilati dəyişikliklərlə bağlı qərarların Business Bölməsinin maliyyə və mənfəətlilik hədəflərinə uyğun olmasını təmin edir.
İşçi heyəti üzrə KPI və hesabatlılıq
- İşçi sayı, vakansiyalar, işçi axını, əməkdaşların saxlanılması, performans və əmək məhsuldarlığı üzrə əsas KPI-ları izləyir, kənarlaşmaların səbəblərini müəyyən edir və düzəldici tədbirlərin həyata keçirilməsini təmin edir.
- İşçi heyəti üzrə nəticələr, əsas risklər və prioritetlər barədə Business Bölməsi Rəhbərinə müntəzəm və dəqiq məlumat təqdim edir.
Tələblər
Professional biliklər:
- İşçi heyətinin planlaşdırılması və işə qəbul prosesinin koordinasiyası
Təlim və inkişaf
- Motivasiya və əməkdaşların şirkətdə saxlanılması (retention)
- Daxili keçidlər
- Əməkdaşların bağlılığı (Employee engagement)
- Performansın dəstəklənməsi
- İşçi Heyətinin İdarə Edilməsi üzrə hesabatlıq
Təhsil:
- İnsan Resursları, Biznesin idarə edilməsi, Psixologiya, Hüquq və ya əlaqəli sahə üzrə bakalavr və ya magistr dərəcəsi.
- İR və ya İşçi Heyətinin İdarə Edilməsi sahəsində peşəkar kvalifikasiyanın olması üstünlükdür.
İş təcrübəsi:
- İR, İşçi Heyətinin İdarə Edilməsi, Təlim və ya Pərakəndə satış üzrə İR Əməliyyatları sahəsində minimum 5 il iş təcrübəsi.
- Çoxsaylı mağazalardan ibarət pərakəndə satış mühitində (multi-store retail environment) iş təcrübəsinə üstünlük verilir.
- Komanda idarəetmə təcrübəsi üstünlükdür.
Professional bacarıq və kompetensiyalar:
- HRIS/ERP sistemləri, işə qəbul prosesinin koordinasiyası, təlim administrasiyası, əməkdaş məlumatları üzrə hesabatlıq və Microsoft Office bilikləri.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HR meneceri üzrə bazar adətən 1 500–2 500 ₼ ödəyir, median — 2 000 ₼.
18 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində yerləşir.
İnsan Resursları və ya əlaqəli sahədə minimum 5 il iş təcrübəsi tələb olunur.
Bakalavr və ya magistr dərəcəsi İnsan Resursları, Biznes idarəetməsi, Psixologiya və ya Hüquq sahəsində olmalıdır.
İşçi heyətinin planlaşdırılması, işə qəbul koordinasiyası, təlim administrasiyası və performans idarəetməsi bacarıqları tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR meneceri üzrə Bakıda digər açıq elanlar.
İnsan resursları əməliyyatlarını idarə edir və əmək qanunvericiliyi üzrə bilik tələb olunur.
İnsan Resursları strategiyasını hazırlayır, HR komandasını idarə edir və işə qəbul proseslərini həyata keçirir.
İnsan resursları strategiyasını hazırlayır, komandanı idarə edir və əmək qanunvericiliyini bilir.




