İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis

Rossman

Yerləşmə
Azərbaycan
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
30 iyun 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
30 iyul 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • İşçilərin işə qəbul, vəzifə dəyişikliyi və işdən çıxış proseslərini icra etmək;

  • Əmək müqavilələri hazırlamaq və rəsmiləşdirmək;

  • ƏMAS sistemi üzərindən əməliyyatları həyata keçirmək;

  • Şəxsi iş qovluqlarını formalaşdırmaq və sənəd dövriyyəsini idarə etmək;

  • Məzuniyyət, ezamiyyət, davamiyyət və digər HR əməliyyatlarını izləmək;

  • Daxili əmrləri, arayışları və HR sənədlərini hazırlamaq;

  • Dövlət qurumları ilə bağlı sorğuları cavablandırmaq;

  • HR hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;

  • İntizam tənbehlərinin qanunvericiliyə uyğun rəsmiləşdirilməsini icra etmək;

  • Əmək qanunvericiliyindəki yenilikləri izləmək və tətbiq etmək.

Tələblər:

  • İnsan Resursları sahəsində minimum 3 il iş təcrübəsi;

  • Əmək Məcəlləsi və HR əməliyyatları üzrə biliklər;

  • ƏMAS sistemi ilə işləmə təcrübəsi;

  • MS Office proqramlarında sərbəst işləmək bacarığı;

  • Analitik düşüncə və yüksək kommunikasiya bacarığı;

  • Məsuliyyətli, detallara diqqətli və operativ olmaq.

Biz təklif edirik:

  • Nahar və servis ilə təminat;

  • Əmək bazarına uyğun rəqabətli əmək haqqı;

  • 5 günlük tam iş qrafiki;

  • Korporativ mobil nömrə.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları əməliyyatları üzrə aparıcı mütəxəssis
Müraciət et