İnsan resursları üzrə mütəxəssis

Deziline

Yerləşmə
Bakı
Təcrübə
1–2 il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
800–800 ₼
Yerləşdirilib
14 iyul 2026
Dillər
Azerbaijani

Vakansiya haqqında

İş rejimi: 5 günlük

İş saatı: 09:00-18:00

İstirahət günləri: Şənbə, bazar

İş yeri: Keşlə qəsəbəsi, N. Abdullayev küçəsi 1/1

Əmək haqqı: 800 AZN

Vəzifə öhdəlikləri

Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinə əsasən kadr kargüzarlığı, işə qəbul, yerdəyişmə, vəzifə artımı, işdən azad edilmə və s. proseslərinin icra edilməsi və məlumatların elektron hökumət portalına daxil edilməsi

Kadr əmrlərinin hazırlanması (işə qəbul, işdən azad edilmə, əmək məzuniyyəti, vəzifə, şöbə və əmək haqqı dəyişiklikləri)

Aylıq əmrlərin imza və möhür işlərinin yerinə yetirilməsi

Ezamiyyə vərəqələrinin hazırlanması və sənədlərin imzalanmasına nəzarət

Əmək kitabçalarının doldurulması, uçotunun aparılması və qeydiyyatı

İşdən azad edilən işçilərin istifadə edilməmiş məzuniyyət günlərinin kompensasiyasının və son haqq-hesabının hesablanması, müvafiq qeydlərin aparılması

İş vaxtının uçotunun aparılmasına nəzarət

AR qanunvericiliyinin tələblərinə əsasən məzuniyyət, ezamiyyət və digər işdə olmama hallarının rəsmiləşdirilməsi

İşçilərin şəxsi işlərinin formalaşdırılması

İşçilərin əmək və icra intizamının pozulması ilə bağlı müvafiq tədbirlərin rəsmiləşdirilməsi

Əmək haqqı kartlarının sifariş edilməsi

Ştat cədvəlinin tərtib edilməsi, müvafiq əlavə və dəyişikliklərin aparılması

SƏTƏM jurnallarının aparılmasına nəzarət

Vakant vəzifələr üzrə elanların hazırlanması, namizədlərlə müsahibələrin keçirilməsi və uyğun namizədin seçilməsi

İşçilərin dövri tibbi müayinələrinin təşkil edilməsi və təmin olunması

Tələblər

Ali təhsil

Müvafiq vəzifə üzrə minimum 1-2 il iş təcrübəsi

AR Əmək Məcəlləsini yaxşı səviyyədə bilməli

ƏMAS, İSB, e.gov ilə iş təcrübəsi mütləqdir

MS Office proqramlarını yaxşı səviyyədə bilməli

1C proqram təminatını bilməli, əməliyyatlar aparmağı bacarmalı

Səlis Azərbaycan dili biliyi, əlavə dil bilikləri üstünlükdür

Yaş həddi: 25-45 yaş

Cinsi: kişi, qadın

Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı

Komandada işləmək bacarığı

Stressə davamlılıq

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bioloji Təbabət İnteqrativ Müalicə MərkəziBakıManager22 gün əvvəl
Labor LawRecruitmentEmployee Relations
Bioloji Təbabət İnteqrativ Müalicə MərkəziBakıHead/Director22 gün əvvəl
RecruitmentEmployee RelationsPerformance Management
Bioloji Təbabət İnteqrativ Müalicə MərkəziMasallıManager22 gün əvvəl
Human Resource ManagementRecruitmentEmployee Relations
Bioloji Təbabət İnteqrativ Müalicə MərkəziBakıManager22 gün əvvəl
Human Resource ManagementEmployee RelationsRecruitment
Bütün oxşar vakansiyalar
800–800 ₼
İnsan resursları üzrə mütəxəssis
Müraciət et