Namizəd axtarışı və müsahibələrin keçirilməsi üzrə iş təcrübəsi olan işə qəbul üzrə mütəxəssis.
Vakansiya haqqında
Namizədə dair gözləntilər və xüsusi tələblər:
- Ali təhsil;
- Müvafiq sahədə minimum 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə əsas biliklər;
- 1 C 8.2 platformasında, ƏMAS və e-sosial və digər dövlət platformalarında işləmək bacarığı;
- Kompyuter bilikləri: MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri- azərbaycan dili-mükəmməl; rus və ingilis dili– arzuolunandır.
- Diqqətlilik, yüksək ünsiyyət, komandada işləmək bacarığı və məsuliyyətlilik.
Vəzifə öhdəlikləri:
- AR qanunvericiliyin tələblərinə əsasən işçilərin işə qəbulu, xitam, məzuniyyət, ezamiyyət və s əmrlərinin yazılması;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, arxivləşdirilməsi və sistematik yenilənməsi;
- İşçilərin əmək müqavilələrinin sistemə daxil edilməsi, xitam, dəyişiklik və məzuniyyət əməliyyatlarının qanunvericiliyə uyğun şəkildə icrası;
- Aylıq davamiyyət məlumatlarının yoxlanılması və sistemləşdirilməsində iştirak etmək;
- Məzuniyyət qrafiklərinin hazırlanmasına və məzuniyyətlərin uçotunun aparılmasına dəstək göstərmək;
- Arayışların hazırlanması və qeydiyyatın aparılması;
- HR üzrə gündəlik inzibati və əməliyyat proseslərinin icrasında iştirak etmək.
Əlavə məlumat:
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
- İş yeri: Bakı şəhəri
- İmtiyazlar: Könüllü tibbi sığorta
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (İnsan Resursları əməliyyatları üzrə kiçik mütəxəssis) qeyd edərək, Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərilməsi xahiş olunur
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HR mütəxəssisi üzrə bazar adətən 600–1 058 ₼ ödəyir, median — 900 ₼.
34 açıq vakansiya, 47 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş qrafiki həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.
İş yeri Bakı şəhərindədir.
Müvafiq sahədə minimum 1 il iş təcrübəsi tələb olunur.
Namizəd CV-ni mövzu sətrində vakansiyanın adını qeyd edərək göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçKönüllü tibbi sığorta təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
İşə qəbul, əmək müqavilələrinin idarə olunması və əməkhaqqı hesablamaları üzrə iş aparır, 1 il təcrübə tələb olunur.
İşçilərin işə qəbulu və əmək haqqı hesablanması üzrə işləri aparmaq üçün əmək qanunvericiliyini bilmək.
Namizədləri axtarmaq, müsahibələri təşkil etmək və HR administrasiyası üzrə iş görür.





