İşə qəbul prosesini idarə edən, 1-3 il təcrübəsi olan İnsan Resursları mütəxəssisi.
Vakansiya haqqında
HR MÜTƏXƏSSİSİ
İş yeri: EGE BEYNƏLXALQ TƏHSİL ŞİRKƏTİ
Konum: Bakı , N.Nərimanov
İş rejimi: Tam iş günü
Sahə: Təhsil ,Təlim , Karyera
Təhsil, təlim və inkişaf sahəsində fəaliyyət göstərən komandamıza HR Mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri
- İşə qəbul prosesinin tam şəkildə idarə edilməsi;
- Vakansiyaların hazırlanması, namizədlərin axtarışı və ilkin müsahibələrin keçirilməsi;
- Yeni əməkdaşların adaptasiya və onboarding prosesinin təşkili;
- Əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi və KPI sisteminin tətbiqinə dəstək;
- Təlim və inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi və L&D proseslərinin təşkili;
- Əməkdaş məmnuniyyətinin və daxili kommunikasiyanın inkişaf etdirilməsi;
- Komanda daxilində yaranan problemlərin və konfliktlərin idarə olunması;
- HR proseslərinin sistemləşdirilməsi və sənədləşdirilməsi;
- Əməkdaşların davamiyyət, performans və inkişaf göstəricilərinin izlənilməsi;
- Rəhbərliyə HR üzrə hesabatların hazırlanması;
- Şirkətin daxili qaydalarının formalaşdırılması və tətbiqinə nəzarət;
- Əmək Məcəlləsinə uyğun HR proseslərinin həyata keçirilməsində iştirak.
Namizədə dair tələblər
Təhsil:
- Ali təhsil;
- İnsan Resurslarının İdarə Edilməsi, İdarəetmə, Psixologiya və ya Pedaqogika sahəsində təhsil olması üstünlükdür.
Təcrübə:
- HR sahəsində minimum 2–3 il iş təcrübəsi;
- Təhsil, kurs və ya təlim mərkəzində HR təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Peşəkar biliklər:
- İşə qəbul və Recruitment metodologiyalarını yaxşı bilmək;
- Təlim və İnkişaf (L&D) proseslərini bilmək;
- Əmək Məcəlləsinin əsaslarına bələd olmaq;
- KPI və performans qiymətləndirmə sistemləri haqqında anlayış;
- HR proseslərinin qurulması və sistemləşdirilməsi üzrə bilik.
Bacarıqlar:
- Yüksək ünsiyyət və interpersonal bacarıqlar;
- Güclü təşkilatçılıq və koordinasiya qabiliyyəti;
- Müsahibə aparmaq və namizədləri düzgün qiymətləndirmək bacarığı;
- Təlim təşkil etmək və fasilitasiya bacarığı;
- Problem həll etmə və konfliktlərin idarə olunması bacarığı;
- Analitik düşüncə və qərarvermə qabiliyyəti;
- Eyni anda bir neçə prosesi idarə edə bilmək;
- Komanda ilə effektiv işləmək və rəhbərliklə düzgün kommunikasiya qurmaq.
Biz nə təklif edirik?
- Peşəkar və inkişaf yönümlü iş mühiti;
- Təhsil və insan inkişafı sahəsində fəaliyyət göstərən dinamik komanda;
- Karyera və peşəkar inkişaf imkanları;
- Stabil iş şəraiti;
- Əməkhaqqı və bonus sistemi namizədin təcrübəsinə uyğun müəyyən edilir.
Əgər HR sahəsində yalnız işə qəbul deyil, həm də komandanın inkişafı, sistemlərin qurulması və insan resurslarının effektiv idarə olunması istiqamətində real nəticələr yaratmaq istəyirsinizsə, CV-nizi nömrəsının whatsapına göndərın
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HR mütəxəssisi üzrə bazar adətən 600–1 058 ₼ ödəyir, median — 900 ₼.
34 açıq vakansiya, 47 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Nərimanov rayonundadır.
İş rejimi tam iş günüdür.
Minimum 2-3 il HR sahəsində iş təcrübəsi tələb olunur.
Əməkhaqqı və bonus sistemi namizədin təcrübəsinə uyğun müəyyən edilir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Namizəd axtarışı və müsahibələrin keçirilməsi üzrə iş təcrübəsi olan işə qəbul üzrə mütəxəssis.
İşçilərin işə qəbulu və kadr əməliyyatlarını idarə etmək üçün əmək qanunvericiliyini bilmək.
İşə qəbul, sənədləşmə və əmək qanunvericiliyi üzrə təcrübəsi olan HR mütəxəssisidir.




