İşə qəbul və yeni əməkdaşların adaptasiyasını idarə edən, HR sahəsində 3-5 il təcrübəsi olan mütəxəssis.
Vakansiya haqqında
Əsas öhdəliklər:
- İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə və şirkətin daxili qaydalarına uyğun təşkili;
- Vakansiya elanlarının hazırlanması və paylaşılması;
- Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;
- Yeni işçilərin işə qəbul və adaptasiya prosesinin təşkili, tələb olunan sənədlərin hazırlanması və oriyentasiya proqramının həyata keçirilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;
- İşə qəbul, vəzifə, habelə əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsi;
- İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, eləcə də əməkhaqqının hesablanması üçün təqdim olunan ilkin məlumatların düzgünlüyünü təmin etmək;
- ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə işlənilməsi, aktuallığına və məxfiliyinə nəzarəti;
- Tabellərin doldurulması və əmrlərin hazırlanması;
- Məzuniyyət cədvəllərinin tərtibi və məzuniyyətlərin verilməsinə nəzarət;
- Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;
- İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.
- İşçilərin İR-la bağlı suallarına cavab verilməsi və problemlərin vaxtında həlli
Tələblər:
- Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə);
- İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi;
- HR proseslərinin təkmilləşdirilməsi üzrə biliklər;
- MS Office və yaxşı səviyyədə Exceldə işləmək baqcarığı;
- Analitik düşünmə, problem həlletmə və qərarvermə bacarığı;
- Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı;
- Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı;
- Tabellərlə işləmə bacarığı;
- Məzuniyyət və icazələrin verilməsi, işçilərin gediş-gəliş saatlarının nəzarətində təcrübə;
- Əmək haqlarının hesablanması və ödənilməsi prosesləri ilə bağlı təcrübə (üstünlükdür)
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan formu dolduraraq göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. HR mütəxəssisi üzrə bazar adətən 700–1 058 ₼ ödəyir, median — 900 ₼.
33 açıq vakansiya, 99 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
HR mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
ModulX MMC — Azərbaycanın inşaat və layihə idarəetməsi sahəsində innovativ və etibarlı yanaşması ilə seçilən qabaqcıl şirkətlərdən biridir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İnsan resursları sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.
Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə) tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHR mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
İnsan resursları siyasətini həyata keçirir, işə qəbul və performans idarəetməsində təcrübə tələb olunur
Tikinti sahəsində işə qəbul və əmək qanunvericiliyi üzrə təcrübəli HR mütəxəssis axtarılır
İşə qəbul və kadr sənədləşməsi üzrə əməliyyatları idarə etmək üçün ilkin bilik tələb olunur




