İnsan resursları və inzibati işləri idarə edir, minimum 5 il təcrübə tələb olunur
Vakansiya haqqında
- İşçi ehtiyacını müəyyənləşdirmək və vakansiyaların idarə olunmasını təşkil etmək;
- Namizədlərin axtarışı, seçimi, müsahibələrin təşkilini idarə etmək;
- Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi və s. proseslərin icra edilməsi;
- İşçilərin şəxsi işlərinin formalaşdırılması və kadr sənədlərinin düzgün aparılmasını təmin etmək;
- İşə qəbul, işdən azad, məzuniyyət, ezamiyyət və digər növ əmrlərin hazırlanması;
- ƏMAS portalında struktur, ştat vahidinin yaradılması, ləğv edilməsi və digər növ əməliyyatların icra edilməsi;
- Kargüzarlıq işlərinin aparılması (arayış, məktub, etibarnamə və s. hazırlanması);
- İşçi heyətinin təlim ehtiyacının müəyyənləşdirilməsi;
- İşçilərin performans qiymətləndirilməsi sisteminin tətbiq edilməsi;
- Rəhbərin tapşırığına əsasən İR hesabatlarının hazırlanması.
Xüsusi tələblər
- Azərbaycan vətəndaşı olmalı;
- Müvafiq sahə üzrə ali təhsil (magistr təhsili və ya sertifikatların olması üstünlükdür);
- Müvafiq sahədə 3 ildən artıq iş təcrübəsi;
- Əmək qanunvericiliyi haqqında yüksək biliyə malik olmalı;
- MS Office və 1C (8.3) proqramlarında yaxşı səviyyədə işləmə bacarığı;
- Azərbaycan dilində sərbəst yazılı və şifahi nitq qabiliyyəti, ingilis dili biliyinin olması üstünlükdür;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Yüksək kommunikasiya bacarığı, operativ qərar vermə və analitik düşünmə qabiliyyətinə malik olmalı.
Əlavə məlumat:
- AR Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- İş rejimi: I-V günlər 09:00 – 18:00 (şənbə və bazar günləri, bayram günləri və ümumxalq hüzn günü qeyri-iş günləridir);
- Nahar fasiləsi: 13:00 - 14:00;
- İş yeri: Bakı şəhəri, Nizami rayonu, H.Əliyev pr. 189B.
- Əmək haqqı namizədin bilik və bacarığına əsasən təyin edilir.
Vakansiya ilə maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan resursları üzrə baş mütəxəssis” qeyd edərək, [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Müraciət etmək üçün: [email protected]
Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
17 avqust 2026
Dillər
Azerbaijani, English
Şirkət haqqında
Cyberpoint
İnformasiya və kommunikasiya, Proqram təminatı və İT xidmətləri · Bakı
Cyberpoint müxtəlif fəaliyyət sahələri üçün kibertəhlükəsizlik həlləri təqdim edən təhlükəsizlik xidməti provayderidir. Şirkətin əsas məqsədi kritik infrastrukturların kibertəhlükəsizliyini təmin etməkdir.
Cyberpoint — bütün vakansiyalarMüraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Maaş göstərilməyibSon gün
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
İnsan resursları və əmək haqqı şöbəsində işə qəbul və əmək qanunvericiliyi üzrə mütəxəssis.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
HR proseslərini idarə edir, işə qəbul və ofis idarəçiliyi üzrə təcrübə tələb olunur.
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib
Mühasibatlıq və vergi hesabatlarını hazırlayır, maliyyə və əmək qanunvericiliyini bilir.
Müraciət etAsan müraciətAsan müraciət

