İnsan resursları üzrə mütəxəssis

Pizza Mizza

Yerləşmə
Azərbaycan
Təcrübə
2+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
6 iyul 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
6 avqust 2026

Vakansiya haqqında

“Pizza Mizza” MMC-yə “İnsan Resirsları üzrə mütəxəssis” tələb olunur.

Vəzifə öhdəlikləri:

  • Əmək qanunvericliliyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, məzuniyyət, ezamiyyət, intizam tənbehləri və digər bütün əmirlərin qanunvericiliklə müəyyən olunmuş qaydada həyata keçirmək;
  • ƏMAS və ERP sistemində dəyişikliklərin olunması (vəzifə, əmək haqqı, iş yeri, qrafik);
  • Kadrların şəxsi işlərinin formalaşdırılması və mütəmadi yenilənməsi, məlumat uçotunun aparılması və bu məlumatlara uyğun qanunvericiliyin tələblərinin yerinə yetirılməsi;
  • Növbəti il üçün məzuniyyət qrafikinin tərtib olunmasında iştirak və məzuniyyətin tərtib edilmiş qrafikə uyğun istifadə edilməsinə nəzarət edilməsi;
  • Kadr sənədlərinin arxivləşdirilməsi və elektron bazada saxlanılması;
  • Arayışlar, xəstəlik vərəqələri və çıxarışların hazırlanması və qeydiyyatın aparılması;
  • Əmək müqaviləsinə xitam verilməsi üçün müraciət edən işçilərin qəbulu,
  • Şöbələrlə sıx əlaqədə olmaq, problemlərin həllində yaxından iştirak etmək;
  • Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi;

Tələblər:

  • Ali təhsil (İnsan Resursları, Menecment, Biznesin idarə edilməsi və ya əlaqəli sahələr üzrə);
  • İnsan resursları sahəsində minimum 2 il iş təcrübəsi;
  • Əmək qanunvericiliyi və kadr sənədləşməsi üzrə normativ aktlar üzrə biliklər;
  • Elektron hökumət portalı, ƏMAS, e-sosial və digər dövlət platformalarında sərbəst işləmək bacarığı;
  • ERP, Microsoft Office proqramlarında (xüsusilə Excel və Word) sərbəst işləmə bacarığı;
  • Yüksək təşkilatçılıq, diqqətlilik və analitik düşünmə bacarığı;
  • Komanda ilə işləmək və effektiv ünsiyyət qurmaq bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı qabiliyyəti, rus dilini bilmək üstünlükdür.

İş şəraiti:

  • İş vaxtı: Həftə içi 5 gün 09:00-dan 18:00-dək;
  • Əmək haqqı; müsahibə əsaında təyin olunur;
  • Nahar şirkət tərəfindən təmin olunur;
  • İş yeri: Babək Plaza (Xətai metro yaxınlığı).

Şirkət haqqında

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
Göstərilməyib
İnsan resursları üzrə mütəxəssis
Müraciət et