Müqavilələrin hazırlanması və hüquqi ekspertizanın aparılması üzrə hüquqi dəstək göstərir.
Vakansiya haqqında
- Kredit, depozit, bank hesabı müqavilələrinin, onlara zəruri əlavə və dəyişikliklərin, habelə fiziki və hüquqi şəxslərin kreditləşməsi məsələləri üzrə hüquqi rəylərin hazırlanması, təminedici əqdlər (o cümlədən ipoteka, girov, həmçinin qiymətli kağızların girovu, zaminlik, bank qarantiyaları) üzrə hüquqi rəylərin və müqavilə layihələrinin hazırlanması, bank tərəfindən müştəri ilə və ya müştərinin tapşırığı üzrə əqdlərin bağlanması üçün müştəri tərəfindən təqdim edilən sənədlərin hüquqi ekspertizasının aparılması;
- Bankın kontragentləri tərəfindən təqdim edilmiş müqavilə layihələrinin hüquqi ekspertizasının aparılması, həmin müqavilə layihələrinə bankın hüquq və mənafelərinə uyğunluq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunması baxımından zəruri olan əlavə və dəyişikliklərin edilməsi;
- Maliyyə bazarlarında, o cümlədən qiymətli kağızlar bazarında bankın fəaliyyətinin hüquq təminatı;
- Bankın həyata keçirdiyi layihələrdə mürəkkəb əqdlərin strukturlaşdırılmasında iştirak edilməsi, mürəkkəb hüquqi məsələlər üzrə hüquqi rəylərin hazırlanmasının təmin olunması;
- Yeni bank məhsullarının işlənib hazırlanmasında iştirak edilməsi;
- Dövlət hakimiyyəti və idarəetmə orqanları, ictimai təşkilatlar və digər üçüncü şəxslər qarşısında Bankı təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi;
- Bankın rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara müvafiq olaraq bankdaxili normativ sənədlərin layihələrinin hazırlanması, bankın digər struktur bölmələrinə bankdaxili normativ və digər sənədlərin hazırlanmasında yardım edilməsi, həmin sənədlərə dair hüquqi rəylərin verilməsi, bankın struktur bölmələrində yaranmış hüquqi məsələlər üzrə onlara hüquqi yardım göstərilməsi;
- Qanunvericilikdə, xüsusən bank fəaliyyətinə aidiyyəti olan qanunvericilik aktlarında baş verən dəyişikliklərin təqibi (izlənməsi), bunlarla bağlı Bankın rəhbərliyi və müvafiq struktur bölmələri üçün arayışların hazırlanması;
- Bankda hüquqi işin yerinə yetirilməsi (müşayiəti) səhəsində funksional-metodiki rəhbərliyin həyata keçirilməsi;
- Korporativ-hüquqi məsələlər üzrə hüquqi rəylərin hazırlanması.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Hüquqşünas üzrə bazar adətən 850–2 000 ₼ ödəyir, median — 1 400 ₼.
20 açıq vakansiya, 18 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
Bizi seçdiyiniz üçün Sizə təşəkkür edirik. 2004-cü ildə əsası qoyulan Xalq Bank, qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrildi.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Müxtəlif sahələr üzrə müqavilələr hazırlayır və hüquqi rəy verir, hüquq təhsili tələb olunur.
Şirkətin hüquqi fəaliyyətini təmin edir, müqavilə hüququ və əmək qanunvericiliyini bilir.
Hüquqi məsələlərdə dəstək verir, müqavilələri hazırlayır və hüquqi riskləri idarə edir, hüquq təhsili tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





