Hüquqi sənədlərin hazırlanması və korporativ hüquq məsələlərində hüquqi məsləhət vermək üçün 3 il təcrübə tələb olunur
Vakansiya haqqında
Təklif edən şəxs: Hüquqi şəxs
Əlaqədar şəxs: Əliyev Fariz
Kateqoriya: Sənaye, istehsal
Namizədə tələblər:
Yaş: 25-50 yaş
Hüquq üzrə ali təhsil (magistr üstünlükdür)
Hüquq sahəsində 3 il iş təcrübəsi;
Müəssisənin hüquqi maraqlarının məhkəmələrdə, hökümət orqanlarında (DGK, DVX, DƏMX,ƏƏSMN və s.) , müəssisə və təşkilatlarda təmsil etmək yolu ilə onun hüquq və mənafelərinin müdafiə olunmasının təmin edilməsi
Əmək mübahisələrinin həlli, intizam məsələlərinin hüquqi yolla idarəsi;
Gömrük məsələlərinin gedişatında iştirak və ortaya çıxan problemlərin həlli üzrə tədbirləringörülməsi;
Müəssisənin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılmasıvə işçilərin təlimatlandırılması
Qüvvədə olan mülki, əmək, vergi, gömrük,inzibati qanunvericilik və qanunvericiliyin digər sahələri üzrə hüquqi məsləhətlərin verilməsi;
Daxili korporativ aktların, əmr, təlimat, prosedur-qaydaların, əsasnamələrin hazırlanmasında iştirak edilməsi və onların hüquqi ekspertizası , sənədlərin hüquqi sistemləşdirilməsi, aparılması və uçotu qaydalarını bilməsi ;
Müəssisənin adından bağlanılan bütün əqdlərin hüquqi ekspertizadan keçirilməsi, qanuna,müəssisənin mənafelərinə uyğun оlаn müqаvilələrin imza ilə təsdiqi və yа onlara dair yаzılı rəyin vеrilməsi, həmçinin, qаnunа, habelə müəssisənin mənafelərinə
zidd əqdlərin tətbiqinin qarşısının alınması və həmçinin hüquqi risk yaradan məsələlər üzrə kompleks hüquqi mövqenin formalaşdırılması, risk xəritəsi və mitiqasiya planının hazırlanması barədə rəhbərliyə səbəbi açıqlanmaqla yаzılı rəyin vеrilməsi;Müəssisənin fəaliyyəti üzrə müvafiq qanunvericiliyin, ona edilən əlavə və dəyişikliklər, onların ləğv olunması baxımından
öyrənilməsi, onların müəssisənin maraqları baxımından təhliledilməsi;Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə sərbəst işləmək bacarığı;
Azərbaycan Respublikasının Vəkillər kolleqiyasının üzvlüyü üstünlükdür;
Rus və İngilis dillərini bilənlərə üstünlük verilir
İş barədə məlumat:
Müəssisəmiz elektrik paylayıcı qurğuların istehsalı,quraşdırılması və sazlanması ilə məşğul olur.
Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən müəyyən edilir.
İş vaxtı həftə içi 08:00-dan 17:30-dək
Nahar fasiləsi 12:30-dan 13:30-dək
Nahar şirkət tərəfindən verilir
Əmək haqqı: Gross - 1500 AZN (Əmək haqqı namizədin bilik və bacarıqlarına əsasən göstəriləndən yüksək müəyyən edilə bilər. )
Ünvan Abşeron ray. Şamaxı şossesi 14km
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Hüquqşünas üzrə bazar adətən 850–2 000 ₼ ödəyir, median — 1 300 ₼.
38 açıq vakansiya, 39 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftə içi 08:00-dan 17:30-dək işlənir, nahar fasiləsi 12:30-dan 13:30-dəkdir.
Əmək haqqı gross 1500 ₼-dir və bilik və bacarıqlara əsasən artırıla bilər.
Şirkət tərəfindən nahar verilir.
Namizədin yaşı 25-50 arasında olmalıdır.
Hüquq üzrə ali təhsil tələb olunur, magistr üstünlükdür.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarHüquqşünas üzrə Şamaxıda digər açıq elanlar.
Şirkətin hüquqi işlərini idarə edir və hüquq sahəsində ən azı 3 il təcrübəsi tələb olunur
Hüquqi sənədləri hazırlamaq və hüquqi riskləri qiymətləndirmək üçün 3-5 il təcrübə tələb olunur
Korporativ hüquq sahəsində müqavilələrin hazırlanması və hüquqi ekspertiza aparılması tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




