Hüquqi sənədləri hazırlayır, müqavilələri ekspertizadan keçirir və minimum 1 il təcrübə tələb olunur
Vakansiya haqqında
Qısa məzmun
- BOKT “Falcon Finance” MMC Hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir. Fərdi və komanda tərkibində işləmə qabiliyyəti olmalıdır.
İş şəraiti
- Ərazi: Bakı
- Maaş: Razılaşma
- İş rejimi: Tam iş günü (5 gün)
- Müqavilə: Əmək müqaviləsi
Əsas vəzifələr:
- Problemli kreditlərlə bağlı BOKT-un xeyrinə çıxarılmış məhkəmə qərarlarının icrası üçün zəruri hüquqi tədbirləri həyata keçirmək;
- Problemli kreditlərlə bağlı qüvvəyə minmiş məhkəmə qərarlarının icrasını təmin etmək və icra prosesini izləmək;
- Məhkəmə və icra orqanlarının qərarlarından qanunvericiliyə uyğun qaydada şikayət və vəsatətlər hazırlamaq;
- İcra şöbələri ilə əməkdaşlıq etmək və icra işlərinə nəzarət etmək;
- BOKT-u məhkəmələrdə və icra şöbələrində hüquqi şəxs qismində təmsil etmək;
- Borcluların gəlirlərinə və əmlakına yönəldilmiş icra tədbirlərinin görülməsi üçün hüquqi prosedurları həyata keçirmək;
- Problemli kreditlərlə bağlı keçirilən hərraclarda BOKT-u təmsil etmək və qanunvericiliyə uyğun tədbirlər görmək;
- Borclularla məhkəmə qərarları əsasında hüquqi danışıqlar aparmaq;
- Hüquqi sənədləri hazırlamaq, hüquqi sənəd dövriyyəsini aparmaq;
- Elektron Məhkəmə və Elektron Notariat sistemlərində işləmək;
- Zərurət yarandıqda ezamiyyətlərdə iştirak etmək;
- Hüquq şöbəsi rəhbərinin verdiyi tapşırıqları yerinə yetirmək.
Tələblər:
- Müvafiq sahə üzrə minimum 6 ay iş təcrübəsi;
- Ali hüquqi təhsil
- Fərdi və komanda tərkibində işləmə qabiliyyəti;
- Cins: Kişi
- Yaş: 25 — 45 yaş
- Bank və ya bank olmayan kredit təşkilatında (kredit mütəxəssisi) və lombardlarda işləyən namizədlərə üstünlük verilir
- Yüksək ünsiyyətqurma və müştərilərlə işləmək qabiliyyəti;
- Microsoft Office proqramlarında (Word, Excel,Outlook) işləmək bacarığı;
Göstərilən tələblərə cavab verən, namizədlərin CV-lərini “Hüquqşünas” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməkləri xahiş olunur.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Korporativ hüquqşünas üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 375 ₼.
35 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Tam iş günü, həftədə 5 gün işləmək tələb olunur.
Maaş razılaşma əsasında müəyyən edilir.
Minimum 6 ay iş təcrübəsi tələb olunur.
Ali hüquqi təhsil tələb olunur.
Microsoft Office proqramlarında (Word, Excel, Outlook) işləmək bacarığı tələb olunur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Məhkəmə işlərini idarə edir və hüquq üzrə ali təhsilli müstəqil qərar qəbul edir.
Hüquqi sənədləri tərtib edir, hüquqi ekspertiza aparır və korporativ idarəetmə üzrə bilik tələb olunur
Hüquqi sənədləri hazırlayır, müqavilələri təftiş edir və hüquqi müdafiəni təmin edir, 1-3 il təcrübə tələb olunur




