Hüquqi sənədləri tərtib edir, hüquqi ekspertiza aparır və korporativ idarəetmə üzrə bilik tələb olunur
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Hüquqi şəxslərin təsis sənədlərinin hazırlanması və aidiyyəti dövlət orqanlarına təqdim edilməsi;
- Müxtəlif növ müqavilələrin hazırlanması, müqavilə layihələrinin hüquqi ekspertizasının aparılması və müvafiq rəylərin verilməsi;
- Patent, əmtəə nişanı, lisenziya, icazə və digər hüquqi sənədlərin əldə edilməsi ilə bağlı proseslərin həyata keçirilməsi;
- Dövlət orqanlarından xidmət göstərilən şirkətlərə daxil olan müraciətlərin araşdırılması və cavablandırılması;
- Xidmət göstərilən şirkətlərdən daxil olan hüquqi müraciətlərin araşdırılması və müvafiq hüquqi cavabların hazırlanması;
Namizədə dair tələblər:
- Hüquq sahəsində minimum 1 il iş təcrübəsi;
- Konsaltinq sahəsində iş təcrübəsi arzuolunandır və üstünlük hesab olunur;
- Hüquqi sənədlərlə işləmək və hüquqi rəylər hazırlamaq bacarığı;
- Güclü analitik düşünmə və hüquqi araşdırma aparmaq qabiliyyəti;
- Yüksək səviyyədə yazılı və şifahi kommunikasiya bacarığı;
- Müştərilərlə nəzakətli, səbirli və peşəkar ünsiyyət qurmaq bacarığı;
- Komandada işləmək bacarığı;
- İngilis dili biliyi – mütləqdir;
- Rus dili biliyi – üstünlükdür.
İş şəraiti:
- İş yeri: Zərifə Əliyeva küçəsi 55;
- İş qrafiki: 5 günlük iş həftəsi;
- Əməkhaqqı: 700–1000 AZN (namizədin bilik və təcrübəsinə uyğun olaraq).
Tələblərə uyğun namizədlər CV-lərini mövzu hissəsində “Hüquqşünas” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Korporativ hüquqşünas üzrə bazar adətən 850–1 750 ₼ ödəyir, median — 1 375 ₼.
35 açıq vakansiya, 10 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Korporativ hüquqşünas kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Zərifə Əliyeva küçəsi 55 ünvanındadır.
İş həftəsi 5 günlükdür.
Əməkhaqqı 700–1000 ₼ aralığındadır.
Hüquq sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
İngilis dili mütləqdir, rus dili üstünlükdür.
CV-lər mövzu hissəsində “Hüquqşünas” qeyd edilməklə elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKorporativ hüquqşünas üzrə Bakıda digər açıq elanlar.
Hüquqi sənədləri hazırlayır, müqavilələri təftiş edir və hüquqi müdafiəni təmin edir, 1-3 il təcrübə tələb olunur
Məhkəmə işlərini idarə edir və hüquq üzrə ali təhsilli müstəqil qərar qəbul edir.
Korporativ hüquq sahəsində müqavilələrin hazırlanması və hüquqi ekspertiza aparılması tələb olunur




