Vakansiya haqqında

Əsas Vəzifə və Öhdəliklər:

  • Problem Həlli: L1 komandasından yönləndirilmiş mürəkkəb, sistemli və təkrarlanan texniki problemlərin dərinləməsinə analiz edilməsi və həll edilməsi;
  • Log Analizi: Server və tətbiq loglarının oxunması, xətaların izlənilməsi və problemin kök səbəbinin tapılması;
  • Verilənlər Bazası ilə İş: İstifadəçi və ya sistem məlumatlarında yaranan problemləri aradan qaldırmaq üçün SQL sorğularının yazılması, məlumatların yoxlanılması və bərpası;
  • API və İnteqrasiya: Xarici və daxili sistemlər arasındakı API inteqrasiyalarında yaranan problemlərin araşdırılması (Postman, Brauzer DevTools və s. vasitəsilə);
  • L3 Komandası ilə Əməkdaşlıq: Proqram kodundakı qüsurların (bugs) müəyyən edilməsi, onların test mühitində təkrarlanması (reproduksiya) və Developer/DevOps (L3) komandasına ətraflı "Bug Report" şəklində ötürülməsi;
  • Biliklər Bazası (Knowledge Base): L1 komandası üçün yeni təlimatların (SOP), FAQ və texniki məqalələrin yazılması;
  • Kommunikasiya: Kritik insidentlər (P1/P2) zamanı müştərilərlə və ya tərəfdaşlarla texniki səviyyədə aydın kommunikasiyanın aparılması.

Namizədə Olan Tələblər:

  • Təhsil: İnformasiya Texnologiyaları, Kompüter Mühəndisliyi, Rabitə və ya əlaqəli texniki sahələr üzrə ali və ya orta-ixtisas təhsili;
  • Təcrübə: İT dəstəyi (Helpdesk, L1/L2) və ya Sistem İnzibatçılığı sahəsində minimum 1 il iş təcrübəsi;
  • Verilənlər Bazası (SQL): SQL üzrə inamlı biliklər (SELECT, JOIN, UPDATE, GROUP BY və s. sorğularını sərbəst yaza bilmək);
  • Web və Şəbəkə: HTTP/HTTPS protokolları, REST API, JSON/XML formatları və şəbəkə əsasları (DNS, TCP/IP, Ping, Traceroute) haqqında anlayış;
  • Əməliyyat Sistemləri: Linux (əsas əmr sətri - CLI bilikləri, grep, tail, ssh) və Windows mühitləri ilə inamlı işləmə bacarığı;
  • Alətlər: Ticketing sistemlərində (Jira, Zendesk, ServiceNow) və Log analizi alətlərində (Kibana, Splunk, Graylog və ya sadəcə server logları) iş təcrübəsi;
  • Dillər: Azərbaycan dilini mükəmməl, İngilis dilini isə texniki dokumentasiyanı oxuyacaq və qlobal komandalarla yazışacaq səviyyədə (A2/B1+) bilmək;
  • Şəxsi keyfiyyətlər: Analitik düşüncə, səbrli olmaq, öyrənməyə açıqlıq və yüksək stresli (kritik xəta) vəziyyətlərdə soyuqqanlılıqla düzgün qərarlar vermək bacarığı.

Arzuolunanlar (Üstünlük Verilənlər):

  • Skript dilləri (Bash, PowerShell və ya Python) üzrə baza bilikləri (rutin işləri avtomatlaşdırmaq üçün);
  • Docker, Git ilə ilkin tanışlıq;
  • ITIL/ITSM standartları və İnsident/Problem (Incident/Problem Management) idarəetməsi haqqında məlumatlılıq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
21 oktyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
21 noyabr 2026
HRX ilə müraciət
6
Baxış
662

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. İT texniki dəstək üzrə mütəxəssis üzrə bazar adətən 700–1 200 ₼ ödəyir, median — 850 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

24 açıq vakansiya, 52 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İT texniki dəstək üzrə mütəxəssis kimi öz maaşını yoxla

Şirkət haqqında

Azərbaycan Mikro Kredit-BOKT ASC
Financial Services · Baku
Azərbaycan Mikro Kredit-BOKT ASC — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakıda yerləşir.

İT dəstəyi və ya sistem inzibatçılığı sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.

İş saatları və günləri barədə məlumat verilməyib.

Namizədlər CV-lərini elektron poçt vasitəsilə göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Azərbaycan dilini mükəmməl, İngilis dilini isə texniki səviyyədə bilməlidir.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İT texniki dəstək üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Group Motors
Junior · 1+ ilBakı
700–800₼

İstifadəçilərə gündəlik texniki dəstək verir, Windows və şəbəkə bilikləri tələb olunur.

Group PolicyTCP/IPWindows 10Windows 11+14
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Aparıcı L2 texniki dəstək mütəxəssisi
Müraciət et