Şəbəkə və təhlükəsizlik hadisələrini araşdırmaq və texniki dəstək göstərmək bacarığı tələb olunur
Vakansiya haqqında
Əsas vəzifələr
- NGFW, e-mail security gateway, PAM, WAF kimi qabaqcıl kibertəhlükəsizlik alətlərinin layihələndirilməsi, tətbiqi, konfiqurasiyası və idarəedilməsi. Bu alətlərin yüksək keyfiyyətdə işləməsini təmin etmək və problemlərin aradan qaldırılması üzrə operativ tədbirlər görmək;
- İKT infrastrukturunun qəza və xətalardan bərpa proseslərinə rəhbərlik edərək davamlılığı təmin etmək;
- Digər mühafizə vasitələri və idarəetmə sistemləri ilə inteqrasiyaları planlaşdırmaq, layihələndirmək və həyata keçirmək;
- İnformasiya təhlükəsizlik siyasətləri və standartlarına uyğun olaraq informasiya sistemlərinə nəzarət mexanizmlərinin tətbiqini və monitorinqini həyata keçirmək;
- Audit prosesləri çərçivəsi və uyğunluq yoxlamalarında iştirak və texniki dəstək göstərmək;
- Sistem girişinə nəzarət etmək və informasiya təhlükəsizliyi alətlərindən istifadə etməklə sistemin bütövlüyünü qorumaq;
- Təhlükəsizlik alətlərindən gələn “alert”-lara cavab vermək və riskləri vaxtında aradan qaldırmaq;
- Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC) komandası ilə əməkdaşlıq edərək insidentlərə cavab vermək, potensial təhdidləri müəyyənləşdirmək və onların həllini koordinasiya etmək;
- SOC çərçivəsində müştərilərə texniki konsultasiyalar verərək təhlükəsizlik mövqeyinin optimallaşdırılması üçün tövsiyələr vermək.
Tələblər
- Ali təhsil;
- Kibertəhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi;
- E-mail security gateway, NGFW, PAM və ən azı iki əlavə kibertəhlükəsizlik aləti (məs. DLP, EPP/EDR, SIEM, SOAR) ilə iş təcrübəsi;
- Təhlükəsizlik sistemlərinin yaradılması prinsiplərini və praktiki kibertəhlükəsizlik metodlarını (hücumların aşkarlanması və onlardan qorunma üsulları) düzgün analiz etmək bacarığı;
- Şəbəkə texnologiyaları və infrastruktur təhlükəsizliyi üzrə praktiki biliklər.
- Güclü analitik düşüncə və insidentlərin səbəbini təyin etmək qabiliyyəti;
- Komanda ilə effektiv işləmək və mürəkkəb vəziyyətlərdə operativ qərar vermə bacarığı;
- Müstəqil işləmək və prirotetlərə uyğun tapşırıqları icra etmə bacarığı.
- Kibertəhlükəsizlik üzrə sertifikatların mövcudluğu (CEH, CCNA Security, PCNSA/PCNSE və s.);
- SOC mühitində və insidentlərin idarəedilməsində təcrübə.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Kibertəhlükəsizlik üzrə mütəxəssis üzrə bazar adətən 600–1 300 ₼ ödəyir, median — 900 ₼.
27 açıq vakansiya, 32 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Kibertəhlükəsizlik üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
"Azərikard" MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir.
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Kibertəhlükəsizlik sahəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Ali təhsil tələb olunur.
CEH, CCNA Security, PCNSA/PCNSE və digər kibertəhlükəsizlik sertifikatları tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarKibertəhlükəsizlik üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
İnformasiya təhlükəsizliyi insidentlərini araşdırmaq və SIEM, SOAR platformalarında işləmək bacarığı tələb olunur
İnformasiya sistemlərinin kibertəhlükəsizliyini təmin etmək üçün ən azı 3 il təcrübə tələb olunur
Şəbəkə təhlükəsizliyi infrastrukturunu idarə edir və DDoS müdafiəsində təcrübə tələb olunur




