Direktorun iş yazışmalarını idarə edir, görüşləri təşkil edir və vaxtı düzgün planlaşdırır.
Vakansiya haqqında
Təsvir
- İdarə Heyəti üzvünün (CRO/CFO) iş qrafikini, görüşlərini və gündəlik fəaliyyətini planlaşdıracaq, effektiv koordinasiyasını təmin edəcəksiniz;
- Görüş və iclasların təşkilini, gündəliklərin hazırlanmasını, zəruri materialların toplanmasını və iştirakçılara təqdim edilməsini təmin edəcəksiniz;
- Rəhbərlik tərəfindən verilən tapşırıqların aidiyyəti struktur bölmələrə yönləndirilməsini, icra müddətlərinin izlənilməsini və nəticələrin təqdim olunmasını koordinasiya edəcəksiniz;
- Rəhbərliyin strateji prioritetləri üzrə əsas fəaliyyətlərin və təşəbbüslərin icrasına təşkilati və inzibati dəstək göstərəcəksiniz;
- Müxtəlif struktur bölmələrindən daxil olan məlumatları toplayacaq, təhlil edəcək və rəhbərlik üçün strukturlaşdırılmış hesabatlar və təqdimatlar hazırlayacaqsınız;
- Əsas biznes göstəriciləri, KPI-lar və strateji təşəbbüslər üzrə məlumatların toplanmasına və monitorinqinə dəstək göstərəcəksiniz;
- Layihə və təşəbbüslərin icra vəziyyətini izləyəcək, prioritet məsələlər, son icra tarixləri və mümkün risklər barədə rəhbərliyi vaxtında məlumatlandıracaqsınız;
- Şirkətin struktur bölmələri, rəhbər şəxsləri, tərəfdaşları və digər maraqlı tərəflər arasında effektiv kommunikasiya və koordinasiyanı təmin edəcəksiniz;
- Telefon zənglərini, elektron məktubları və dəvətləri qəbul edəcək, prioritetləşdirəcək və aidiyyəti üzrə yönləndirəcəksiniz;
- Yerli və beynəlxalq işgüzar səfərlərin, ezamiyyətlərin, görüşlərin və korporativ tədbirlərin təşkilini koordinasiya edəcəksiniz;
- Rəhbərlik üçün sənədlərin hazırlanmasını, tərcüməsini, redaktəsini və formatlaşdırılmasını həyata keçirəcək, məlumatların düzgünlüyünü təmin edəcəksiniz;
- Təcili məsələlərin vaxtında rəhbərliyin diqqətinə çatdırılmasını, zəruri hallarda müvafiq eskalasiya prosesinin həyata keçirilməsini təmin edəcəksiniz;
- Korporativ sənədlərin və məlumatların sistemli idarə olunmasını, məxfi məlumatların və kommersiya sirrinin qorunmasını təmin edəcəksiniz;
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıq və göstərişləri icra edəcəksiniz.
Tələblər
- İstənilən ixtisas üzrə bakalavr dərəcəsi;
- İnzibati işlər, rəhbər köməkçisi, icraedici dəstək, layihələrin idarə olunması və ya insan resursları sahəsində 1–3 il iş təcrübəsi;
- Korporativ mühitdə iş təcrübəsi üstünlük hesab olunur;
- Azərbaycan dili – əla səviyyə;
- İngilis dili – əla səviyyə;
- Rus dili biliyi üstünlük hesab olunur;
- MS Office (Word, Excel, PowerPoint) proqramları üzrə yüksək səviyyədə bilik.
Şəxsi keyfiyyətlər:
- Güclü təşkilatçılıq, vaxtın idarə olunması və prioritetləşdirmə bacarıqları, analitik düşüncə, nəticəyönümlülük, effektiv ünsiyyət, komanda işi, problem həll etmə bacarığı, yüksək peşəkarlıq, etik davranış və məxfilik prinsiplərinə sadiqlik.
Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Hörmətli PAŞA Qrup əməkdaşı,
Qrupdaxili vakansiyalara müraciət prosesi Mobility platforması üzərindən həyata keçirilir. Mobility platformasının çalışdığınız şirkətdə mövcud olmadığı və ya platformadan istifadə imkanının sizin üçün əlçatan olmadığı hallarda müraciətinizi [email protected] vasitəsilə təqdim edə bilərsiniz.
İnanırıq ki, hər yeni imkan peşəkar inkişaf yolunda yeni bir addımdır.
Biz nə təklif edirik:
- Əməkdaş və ailə üzvləri üçün geniş tibbi sığorta paketləri, kritik xəstəliklərə qarşı Korporativ Həyat Sığortası, fərdi inkişaf planı üzrə təlim imkanları, ödənişsiz dayanacaq, “Dəyərlisən” platforması vasitəsilə xüsusi güzəşt və endirimlər, idman və sağlamlıq xidmətlərindən istifadə imkanları
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İcraçı assistent üzrə bazar adətən 750–1 140 ₼ ödəyir, median — 950 ₼.
25 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İcraçı assistent kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
1–3 il iş təcrübəsi tələb olunur.
Müraciət Mobility platforması və ya göstərilən e-poçt vasitəsilə qəbul olunur. Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçAzərbaycan və İngilis dilləri yüksək səviyyədə tələb olunur, Rus dili üstünlükdür.
MS Office proqramlarında yüksək səviyyədə bilik tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİcraçı assistent üzrə Bakıda digər açıq elanlar.
İstehsalat direktoruna inzibati dəstək göstərir və Azərbaycan, rus dillərində tərcümə edir.
Rəhbərin gündəlik işlərini idarə edir, tapşırıqları izləyir və MS Office bacarıqları tələb olunur
Direktorun iş təqvimini idarə edir, görüşləri planlaşdırır və hesabat hazırlamaq bacarığı tələb olunur
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur





