Sənədlərin qeydiyyatı, yoxlanılması və hüquqi təminatını həyata keçirmək üçün yüksək səviyyədə MS Office bilikləri tələb olunur
Vakansiya haqqında
Birbank hüquq departamentinin arxiv şöbəsinin fəaliyyətinin təkminləşməsi üçün detallara qarşı diqqətli, problemlərin həllinə köməklik edən, təşəbbüskar namizəd axtarırıq. Qanunvericilik normalarına riayət etmək və bankdaxili işlərin prosedur qaydalarına əsasən təşkil etmək əsas məqsədimizdir.
Vəzifə öhdəlikləri
- Bankdaxili korporativ aktlarla müəyyənləşdirilmiş qaydada Bankın İdarəetmə orqanları, struktur bölmələr, yerli struktur bölmələr və/və ya vəzifəli şəxslərindən icra olunmuş sənədləri akt əsasında təhvil alır.
- Arxiv şöbəsinə təhvil verilməli olan qovluq və bağlamaların Arxiv işinin aparılması haqqında prosedurun tələblərinə uyğunluğunu yoxlayır və aidiyyəti üzrə stelajlara yığır
- Ehtiyac yarandıqda Arxivə təhvil verilmiş sənədləri tarix və aidiyyəti üzrə qruplaşdırır, qovluqlara yerləşdirir və reyestrini tərtib edir
- Bəzi arxiv sənədlərini elektron məlumat daşıyıcılarında (scan formada) əks etdirir və sorğu verən idarəetmə orqanına, struktur bölməyə, yerli struktur bölməyə və/və ya vəzifəli şəxsə elektron poçt vasitəsi ilə göndərir
- Təhvil alınmış sənədlərin təhvil-təslim aktlarının elektron reyestrini təşkil edir və bankın şəbəkə qovluğunda həmin aktların saxlanmasını təmin edir
- Saxlanma müddəti başa çatmış sənədləri ayırır və bu barədə müvafiq akt tərtib edir
- Rəhbər və ya digər səlahiyyətli şəxslərin tələbnaməsi ilə kağız formada saxlanılan sənədləri müvəqqəti istifadə üçün sorğu edən şəxslərə təhvil verilməsini təmin edir
Tələblər
- Bankçılıq sahəsi üzrə ümumi biliklərə malik olmaq
- Sürətli öyrənmə qabiliyyəti, analitik düşüncə və problemlərin həlli istiqamətində effektiv yanaşma nümayiş etdirmək
- Detallara yüksək diqqət, dəqiqlik və təcili işlərə operativ yanaşma bacarığı
- Ali təhsil
- MS Office proqramlarında (Word, Excel) və internet resursları ilə işləmə bacarığı
- Yaradıcılıq, təşəbbüskarlıq, məsuliyyətlilik və özünü inkişaf etdirməyə açıq olmaq
Üstünlüklər
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Sənəd nəzarətçisi üzrə bazar adətən 750–1 000 ₼ ödəyir, median — 850 ₼.
12 açıq vakansiya, 12 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Sənəd nəzarətçisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
Rəqabətli əmək haqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçSon müraciət tarixi 27 noyabr 2026-cı ildir.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarSənəd nəzarətçisi üzrə digər açıq elanlar.
Layihələr üzrə sənədlərin qəbulunu, qeydiyyatını və koordinasiyasını aparır, MS Office bilik tələb olunur.
Sənədlərin idarə olunmasını və keyfiyyət standartlarına uyğunluğunu təmin edir.
Layihə sənədlərinin idarə olunmasını həyata keçirir və sənəd nəzarəti üzrə 3 il təcrübəsi tələb olunur.



