Mağazalarda inventarizasiyanı aparır, sənədləri yoxlayır və sayım fərqlərini araşdırır.
Vakansiya haqqında
İnventarlaşdırma proseslərini təşkil edəcək, mal qalıqlarının dəqiqliyinə nəzarət edəcək, stok fərqlərini və itkilərin yaranma səbəblərini araşdıraraq onların qarşısının alınmasını təmin edəcək, komandanın fəaliyyətini koordinasiya edərək anbar əməliyyatlarının səmərəliliyini artıracaq peşəkar İnventarlaşdırma və itkilərə nəzarət üzrə baş mütəxəssis axtarışındayıq.
Vəzifə öhdəlikləri
Vəzifə öhdəlikləriAnbar və Fulfillment mərkəzində inventarlaşdırma proseslərini təşkil etmək və nəzarətdə saxlamaq.
Yüksək dəyərli məhsulların və ümumi mal qalığının dövri inventarlaşdırılmasını təmin etmək.
Sistem üzrə və faktiki mal qalıqları arasındakı fərqləri müəyyənləşdirmək və araşdırmaq.
Mal çatışmazlığı, artıq qalıq və digər itkilərin yaranma səbəblərini təhlil etmək.
Aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması və təkrarlanmasının qarşısının alınması üçün tədbirlər hazırlamaq.
Mal hərəkətinin, qəbulun, yerləşdirilmənin və təhvil-təslim proseslərinin düzgünlüyünə nəzarət etmək.
İnventarlaşdırma nəticələrini təhlil etmək, hesabatlar hazırlamaq və rəhbərliyə təqdim etmək.
İtkilərin azaldılması və stok dəqiqliyinin artırılması istiqamətində təkmilləşdirmə tədbirləri həyata keçirmək.
Komandanın gündəlik fəaliyyətini təşkil etmək, əməkdaşlar arasında iş bölgüsünü aparmaq və icraya nəzarət etmək.
Müvafiq şöbələrlə əməkdaşlıq edərək aşkar edilmiş problemlərin operativ həllini təmin etmək.
İnventarlaşdırma və itkilərə nəzarət prosesləri üzrə daxili prosedur və qaydalara əməl olunmasını təmin etmək.
Tələblər
Namizədə tələblərAli təhsil (iqtisadiyyat, logistika, maliyyə və ya əlaqəli sahələr üzrə olması üstünlükdür).
Anbar, inventarlaşdırma, stoklara nəzarət və ya itkilərin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi.
Komanda idarəetməsi və iş proseslərinin koordinasiyası üzrə təcrübə.
İnventarlaşdırma metodları, mal qalıqlarının uçotu və stok fərqlərinin araşdırılması üzrə biliklər.
MS Excel proqramı ilə işləmək bacarığı; ERP və anbar idarəetmə sistemləri (WMS) üzrə biliklər üstünlükdür.
Analitik düşünmə, məlumatların təhlili və problemlərin həlli bacarığı.
Diqqətlilik, məsuliyyətlilik və detallara yüksək həssaslıq.
Güclü ünsiyyət, təşkilatçılıq və komanda ilə işləmək bacarığı.
Operativ qərarvermə və vaxtın düzgün idarə edilməsi bacarığı.
Nəticəyönümlülük və itkilərin azaldılmasına fokuslanmaq.
Üstünlüklər
İnkişaf imkanları
Rəqabətli əmək haqqı və bonuslar
Yüksək təminatlı sığorta
Dəstəkləyici mühit
Visa Premium əmək haqqı kartı
Korporativ endirimlər
Korporativ tədbirlər
Əlavə məzuniyyət
Güzəştli təhsil və işçi krediti
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Anbar operatoru üzrə bazar adətən 750–900 ₼ ödəyir, median — 800 ₼.
3 açıq vakansiya, 9 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Anbar operatoru kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri PBT2 (Port Baku Tower 2) binasında yerləşir.
Namizədin anbar, inventarlaşdırma və ya itkilərin idarə edilməsi sahəsində minimum 2 il iş təcrübəsi olmalıdır.
İş saatları və günləri barədə məlumat verilməyib.
MS Excel proqramı ilə işləmək bacarığı tələb olunur; ERP və WMS bilikləri üstünlükdür.
Ali təhsil iqtisadiyyat, logistika, maliyyə və ya əlaqəli sahələrdə üstünlük təşkil edir.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçRəqabətli əmək haqqı, bonuslar, yüksək təminatlı sığorta, korporativ endirimlər və əlavə məzuniyyət kimi üstünlüklər mövcuddur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAnbar operatoru üzrə Bakıda digər açıq elanlar.
Mağazanın idarə olunmasını həyata keçirir və müştəri münasibətlərini yaxşılaşdırmaq bacarığı tələb olunur.
Direktorun gündəlik fəaliyyətini təşkil edir və daxili iş proseslərini idarə edir, rəhbərlik bacarığı tələb olunur.
İstehsalat proseslərini idarə edir və metal konstruksiyaların istehsalı üzrə 5 il təcrübə tələb olunur.




