Metal konstruksiya istehsalatını planlaşdırır, anbar işlərini idarə edir və istehsalat proseslərini optimallaşdırır.
Vakansiya haqqında
Şəhər: Bakı, Azərbaycan
Şirkət: Prime Line MMC
Paylaşıldı: 19.10.2026
Son Gün: 19.11.2026
İş şəraiti
- İş yeri: Lökbatan, Bakı;
- İş qrafiki: 6 günlük iş həftəsi;
- Əməkhaqqı: Namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən razılaşdırılır;
Vəzifə öhdəlikləri
- İstehsalat proseslərinin planlaşdırılması, təşkili və idarə olunmasını təmin etmək;
- Sifarişlər üzrə istehsalat planlarını və iş qrafiklərini hazırlamaq, işlərin vaxtında icrasına nəzarət etmək;
- Metal konstruksiyaların texniki cizgilərə, layihə tələblərinə və keyfiyyət standartlarına uyğun istehsalını təmin etmək;
- Lazer kəsim, əymə, qaynaq və digər metal emalı proseslərinin səmərəli təşkilinə nəzarət etmək;
- İstehsalat avadanlıqlarının, xammalın və digər resursların səmərəli istifadəsini təmin etmək;
- İstehsalat işçilərinin fəaliyyətini koordinasiya etmək, iş bölgüsünü aparmaq və tapşırıqların icrasına nəzarət etmək;
- Hazırlanmış metal konstruksiyaların sifarişçi obyektlərində montaj işlərini təşkil etmək və prosesin vaxtında tamamlanmasını təmin etmək;
- İstehsalat prosesində keyfiyyətə, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət olunmasına nəzarət etmək;
- İstehsalat xərclərini və material sərfiyyatını izləmək, itkilərin azaldılması və məhsuldarlığın artırılması istiqamətində tədbirlər görmək;
- Avadanlıqların texniki vəziyyətinə nəzarət etmək və texniki xidmət işlərinin vaxtında həyata keçirilməsini təşkil etmək;
- İstehsalat zamanı yaranan problemləri operativ həll etmək və iş prosesində fasilələrin minimuma endirilməsini təmin etmək;
- İstehsalatın gedişi, sifarişlərin icra vəziyyəti və nəticələr barədə rəhbərliyə mütəmadi hesabat təqdim etmək.
Tələblər
- Ali texniki təhsil (mexanika, maşınqayırma, inşaat mühəndisliyi və ya əlaqəli sahələr üzrə);
- Metal emalı və ya metal konstruksiyaların istehsalı sahəsində minimum 5 il iş təcrübəsi;
- İstehsalat sahəsində rəhbər vəzifədə minimum 3 il idarəetmə təcrübəsi;
- Metal konstruksiyaların hazırlanması, qaynaq, kəsim, əymə və montaj texnologiyaları üzrə praktiki biliklər;
- Lazer kəsim, abkant və CNC avadanlıqlarının iş prinsipləri üzrə biliklər;
- Texniki cizgiləri və istehsalat sənədlərini oxumaq və anlamaq bacarığı;
- İstehsalat proseslərinin planlaşdırılması, işçi heyətinin idarə edilməsi və resursların bölüşdürülməsi bacarığı;
- İstehsalat keyfiyyətinə nəzarət və texniki təhlükəsizlik qaydaları üzrə biliklər;
- MS Excel və AutoCAD proqramlarında işləmək bacarığı;
- İstehsalat xərclərinin, material sərfiyyatının və məhsuldarlıq göstəricilərinin təhlili bacarığı;
- Analitik düşünmə, təşkilatçılıq, liderlik və komanda idarəetmə bacarıqları;
- Məsuliyyətlilik, operativ qərarvermə və problemlərin həlli bacarığı.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İstehsalat rəhbəri üzrə bazar adətən 900–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
18 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat rəhbəri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Lökbatan, Bakı şəhərində yerləşir.
İş həftəsi 6 günlükdür.
Əməkhaqqı namizədin təcrübə və peşəkar bacarıqlarına əsasən razılaşdırılır.
Metal emalı sahəsində minimum 5 il iş təcrübəsi tələb olunur.
Müraciət e-mail vasitəsilə edilir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat rəhbəri üzrə Bakıda digər açıq elanlar.
İstehsalat sifarişlərinin icrasını təmin edir və layihə planlaşdırılması bacarığı tələb olunur.
İstehsalat və əməliyyat proseslərini planlaşdırır, koordinasiya edir, problem həll etmə bacarığı tələb olunur.
Mebel istehsalını idarə edir, ölçü, eskiz və kadr idarəçiliyi bacarıqları tələb olunur.


