İstixana və açıq sahələrdə bitkilərin yetişdirilməsinə nəzarət edir, aqronomiya üzrə ali təhsili və 2 il təcrübəsi var.
Vakansiya haqqında
İş yeri: Şabran və Qusar rayonları
Məşğulluq növü: Tam iş günü
Vəzifə öhdəlikləri:
- Meyvə bağlarında aqrotexniki işlərin planlaşdırılması, icrası və icrasına nəzarət;
- Bitkilərin inkişaf vəziyyətinin mütəmadi izlənilməsi;
- Suvarma, gübrələmə, budama və bitki mühafizəsi tədbirlərinin təşkili;
- Xəstəlik və zərərvericilərin vaxtında müəyyən edilməsi, mübarizə tədbirlərinin görülməsi;
- Məhsuldarlığın və məhsul keyfiyyətinin artırılması üzrə təkliflərin hazırlanması;
- Görülmüş işlər və bağların vəziyyəti barədə hesabatların təqdim edilməsi;
- Sahə işçilərinin fəaliyyətinin əlaqələndirilməsi və iş prosesinə nəzarət;
- Bağın cari və uzunmüddətli məhsuldarlığının təmin edilməsi məqsədilə bütün zəruri aqrotexniki tədbirlərin və vəzifə funksiyalarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi;
- Rəhbərliyin tapşırığı əsasında digər işlər.
Namizədə tələblər:
- Aqronomluq və ya kənd təsərrüfatı sahəsi üzrə ali və ya peşə ixtisas təhsili;
- Meyvəçilik və bağçılıq sahəsində azı 5 il iş təcrübəsi (Quba və Xaçmaz rayonlarında iş təcrübəsi olan namizədlərə üstünlük verilir);
- Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə biliklər;
- Şabran və Qusar rayonlarında işləmək və mütəmadi olaraq təsərrüfat sahələrində olmaq imkanı;
- Məsuliyyətlilik, təşkilatçılıq və komandada işləmək bacarığı.
Şirkət tərəfindən təmin edilir:
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun əmək müqaviləsi;
- Qida təminatı;
- Mobil rabitə təminatı;
- Stabil və uzunmüddətli iş imkanı;
- Əməkhaqqı namizədin bilik və təcrübəsinə uyğun olaraq müsahibə əsasında müəyyən edilir.
Maraqlanan namizədlər mövzu hissəsində “Aqronom” qeyd etməklə CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Nord Fruits MMC Azərbaycanda intensiv meyvəçilik üsulu ilə yüksək keyfiyyətli meyvə istehsal edir. Müasir damcı suvarma sistemi, sertifikatlı tinglik materialı və peşəkar komanda ilə böyük miqdarda sabit məhsul tədarük edirik.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş Şabran və Qusar rayonlarında aparılır.
Tam iş günü rejimində işləmək tələb olunur.
Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun əmək müqaviləsi təklif edilir.
Aqronomluq və ya kənd təsərrüfatı üzrə ali və ya peşə ixtisas təhsili və 5 il iş təcrübəsi tələb olunur.
Mövzu hissəsində “Aqronom” qeyd etməklə CV göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAqronom üzrə Bakıda digər açıq elanlar.
Pavloniya plantasiyasının aqronomik idarə olunmasını həyata keçirir və suvarma proqramlarını hazırlayır.
Əkin planlarının hazırlanması və icrasına nəzarət edir, bitki mühafizəsi və suvarma bilikləri tələb olunur.
Təsərrüfatlarda əkinçilik proseslərini idarə edir və məhsuldarlığı artırmaq üçün təkliflər verir.



