Meyvə bağlarında aqrotexniki işləri planlaşdırır, icra edir və 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
Grand Agro Invitro MMC İstixana istehsalatı üzrə aqronom vəzifəsi üzrə vakansiya elan edir.
Əsas vəzifə öhdəlikləri:
- İstixana və açıq sahələrdə bitkilərin yetişdirilməsi prosesinə nəzarət etmək;
- Bitkilərin inkişaf mərhələlərini izləmək və aqrotexniki tədbirlərin vaxtında həyata keçirilməsini təmin etmək;
- Suvarma, gübrələmə və bitki mühafizəsi tədbirlərini planlaşdırmaq və icrasına nəzarət etmək;
- Bitki xəstəlikləri və zərərvericiləri müəyyən etmək, profilaktik və mübarizə tədbirləri həyata keçirmək;
- İstehsalat prosesində məhsuldarlığın və keyfiyyətin artırılması istiqamətində təkliflər hazırlamaq;
- Gündəlik istehsalat fəaliyyətinə nəzarət etmək və müvafiq hesabatlar hazırlamaq.
Namizədə tələblər:
- Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil;
- Aqronom vəzifəsində minimum 2 il iş təcrübəsi;
- İstixana şəraitində bitki yetişdirilməsi üzrə bilik və təcrübə;
- Gübrələmə, suvarma və bitki mühafizəsi sahəsində praktiki biliklər;
- Komanda ilə işləmək, planlaşdırma və problemləri operativ həll etmək bacarığı;
- Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.
Şirkət tərəfindən təklif olunur
- Peşəkar inkişaf imkanları;
- “20 Yanvar” və “Koroğlu” metro stansiyalarından servis xidməti;
- Şirkət tərəfindən naharla təmin olunma;
- Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
İş yeri: Türkan qəsəbəsi
İş qrafiki: 5 günlük iş həftəsi
Maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “İstixana istehsalatı üzrə aqronom” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Grand-Agro MMC 23.01.2017-ci ildə hüquqi qeydiyyatdan keçmiş və 2017-ci ilin Aprel ayından fəaliyyətə başlamışdır. Şirkətin istifadəsində olan sahələr Abşeron yarımadasının Qala, Türkan, Hövsan, Ramana, Zirə, Şüvəlan ərazilərində yerləşir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Türkan qəsəbəsində yerləşir.
İş həftəsi 5 günlükdür.
Əməkhaqqı müsahibə əsasında müəyyən edilir.
Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil tələb olunur.
Aqronom vəzifəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
CV-lər mövzu hissəsində “İstixana istehsalatı üzrə aqronom” qeyd edilməklə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAqronom üzrə Bakıda digər açıq elanlar.
Əkin planlarının hazırlanması və icrasına nəzarət edir, bitki mühafizəsi və suvarma bilikləri tələb olunur.
Pavloniya plantasiyasının aqronomik idarə olunmasını həyata keçirir və suvarma proqramlarını hazırlayır.
Təsərrüfatlarda əkinçilik proseslərini idarə edir və məhsuldarlığı artırmaq üçün təkliflər verir.



