Nəqliyyat xidmətləri üzrə satınalma prosesini idarə edir və 5 il təcrübə tələb olunur.
Vakansiya haqqında
İş yeri: Sumqayıt şəhəri
İş rejimi: Tam iş günü
Tabeçilik: Direktor
Vəzifənin məqsədi
- Şirkətin strateji və əməliyyat planlarının hazırlanmasını, icrasına nəzarəti, resursların səmərəli planlaşdırılmasını və fəaliyyət göstəricilərinin təhlilini təmin etmək, qərarların qəbul edilməsi üçün rəhbərliyə analitik məlumatlar təqdim etmək.
Əsas vəzifə öhdəlikləri
- Şirkətin strateji və illik fəaliyyət planlarının hazırlanmasına rəhbərlik etmək;
- İstehsal, satış, satınalma və digər əməliyyat prosesləri üzrə planlaşdırmanı təşkil etmək;
- İstehsal gücü, əmək resursları, material ehtiyatları və digər resurslara olan tələbatı müəyyənləşdirmək;
- Təsdiq edilmiş planların icrasına nəzarət etmək, faktiki göstəricilərlə plan göstəricilərini müqayisə etmək;
- Plan-fakt təhlillərini aparmaq, kənarlaşmaların səbəblərini müəyyənləşdirmək və düzəldici tədbirlər təklif etmək;
- Müxtəlif ssenarilər üzrə proqnozlar və analitik hesabatlar hazırlamaq;
- Digər struktur bölmələri ilə koordinasiyanı təmin etmək;
- Planlaşdırma proseslərinin optimallaşdırılması və səmərəliliyin artırılması üzrə təşəbbüslər irəli sürmək;
- Şöbənin əməkdaşlarının fəaliyyətini təşkil etmək, tapşırıqların icrasına və nəticələrə nəzarət etmək;
- Rəhbərlik üçün müntəzəm hesabatlar, təqdimatlar və təhlillər hazırlamaq.
Namizədə tələblər
- İqtisadiyyat, maliyyə, biznesin idarə edilməsi, mühəndislik və ya müvafiq sahələr üzrə ali təhsil;
- Planlaşdırma, büdcələşdirmə, analitika və ya əməliyyatların idarə edilməsi sahəsində ən azı 3–5 il iş təcrübəsi;
- Rəhbər vəzifədə ən azı 1–2 il təcrübə;
- Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- ERP sistemləri ilə işləmək təcrübəsi (1C və ya digər sistemlər);
- Plan-fakt təhlili, proqnozlaşdırma və hesabatlılıq üzrə biliklər;
- Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarıqları;
- Komandanı idarə etmək, işləri prioritetləşdirmək və nəticəyönümlü fəaliyyət göstərmək bacarığı;
- Güclü kommunikasiya və təşkilatçılıq qabiliyyəti.
Üstünlük hesab olunur
- Müvafiq sahədə beynəlxalq təcrübə və ya peşəkar sertifikatlar;
- Power BI və digər məlumatların vizuallaşdırılması alətləri ilə işləmək bacarığı;
- İstehsalat, logistika və ya iri əməliyyat strukturlarında planlaşdırma təcrübəsi;
- Planlaşdırma və idarəetmə proseslərinin avtomatlaşdırılması üzrə təcrübə.
İşəgötürən tərəfindən təklif olunur
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları;
- Əməkhaqqı – 3000 AZN+;
- Peşəkar və dinamik iş mühiti;
- Əldə olunan nəticələrə uyğun inkişaf və motivasiya imkanları.
- Könüllü Tibbi Sığorta paketi
- Korporativ nömrə və nahar
Tələblərə uyğun namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt vasitəsilə göndərə bilərlər. E-poçtun mövzu hissəsində “Planlama şöbəsinin rəhbəri” qeyd edilməlidir.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Sumqayıt şəhərindədir.
Tam iş günü rejimində işləmək tələb olunur.
Planlaşdırma, büdcələşdirmə və əməliyyatların idarə edilməsi sahəsində ən azı 3–5 il iş təcrübəsi tələb olunur.
Excel proqramında yüksək səviyyədə işləmək və ERP sistemləri (1C və ya digər) ilə işləmək bacarığı tələb olunur.
Peşəkar inkişaf və karyera yüksəlişi, dinamik iş mühiti, tibbi sığorta, korporativ nömrə və nahar təklif olunur.
Namizəd CV-ni e-poçt vasitəsilə göndərməlidir, mövzu hissəsində “Planlama şöbəsinin rəhbəri” qeyd edilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes əməliyyatları üzrə menecer üzrə Sumqayıtda digər açıq elanlar.
Anbar əməliyyatlarını idarə edir, ERP sistemlərində təcrübəsi və komanda idarəetmə bacarığı tələb olunur.
Anbar əməliyyatlarını idarə edir və ERP sistemində təcrübəsi olan şəxs tələb olunur.
Hazır məhsulların anbar idarəçiliyini və SAP sistemində uçotu aparır, 3-5 il təcrübə tələb olunur.


