Qida təhlükəsizliyi və keyfiyyət idarəetməsini həyata keçirir, ISO və HACCP bilikləri tələb olunur.
Vakansiya haqqında
Əməliyyat proseslərinin təhlili, AI həllərinin və avtomatlaşdırma imkanlarının tətbiqi ilə proseslərin optimallaşdırılmasını təmin edir. Rəqəmsal sistemlərin effektivliyini artırır, manual iş yükünü azaldır və xidmət keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
- Proseslərin avtomatlaşdırılması, əməliyyat səmərəliliyi, CX texnologiyaları və ya əlaqəli sahələrdə iş təcrübəsi.
- CRM sistemləri ilə işləmək və müştəri platformalarının (Chatbot, IVR və s.) inteqrasiyası üzrə təcrübə.
- AI çat-botlarının optimallaşdırılması və cavab keyfiyyətinin təhlili üzrə təcrübə.
- Müştəri xidməti üzrə əsas göstəricilərin təhlili bacarığı.
- Self-service həllərinin hazırlanması və inkişaf etdirilməsi üzrə təcrübə.
- Biznes ehtiyaclarını texniki komandalar üçün aydın tələblərə çevirmək bacarığı.
- Intercom, Zendesk, Freshdesk və ya oxşar platformalarla iş təcrübəsi üstünlükdür.
- Dil bilikləri: Azərbaycan, ingilis, rus.
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi krediti
- Müştəri təcrübəsini yaxşılaşdırmaq və əməliyyat effektivliyini artırmaq üçün proseslərin avtomatlaşdırılması üzrə həllərin hazırlanması və tətbiqi.
- Təkrarlanan biznes proseslərinin və rutin tapşırıqların optimallaşdırılması üçün avtomatlaşdırılmış workflow-ların yaradılması və dəstəklənməsi.
- Müştəri dəstəyinə düşən yükü azaltmaq və xidmət sürətini artırmaq üçün self-service həllərinin hazırlanması və inkişafı.
- Müştəri xidməti üzrə əsas göstəricilərin təhlili və bu əsasda təkmilləşdirmələrin tətbiqi.
- Çat həllinin, AI-botun, IVR sisteminin və departamentin digər platformalarının işinə nəzarət etmək, onların stabil işləməsini təmin etmək.
- AI həlləri üzrə biznes tələblərini formalaşdırmaq, onların hazırlanmasını və tətbiqini koordinasiya etmək.
- AI-botun iş keyfiyyətini davamlı təhlil etmək, səhvləri və məhdudiyyətləri müəyyənləşdirmək
- Yeni həllərin test edilməsində və istifadəyə verilməsində iştirak etmək, onların biznes tələblərinə uyğunluğunu yoxlamaq.
- Prosesləri və sistem konfiqurasiyalarını sənədləşdirmək, təlimatlar hazırlamaq və komandanın yeni alətlərdən effektiv istifadə etməsini təmin etmək.
- Tətbiq edilmiş həllərin effektivliyini ölçmək, vaxta qənaəti, manual işlərin həcminin azalmasını, səhvlərin sayını və məhsuldarlıq göstəricilərini təhlil etmək.
Kapital Bank iş mühiti, əlavə fürsətlər və digər vakansiyaları görüntüləmək üçün Kapital Bank Life səhifəsinə keçid edin.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
Rəqabətli əmək haqqı və bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçBu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarBiznes proseslərinin təkmilləşdirilməsi mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

