Daxil olan zəngləri cavablandırır, müştəri xidmətini təmin edir, türk dilində ünsiyyət bacarığı tələb olunur.
Vakansiya haqqında
Əsas vəzifə öhdəlikləri:
- Daxil olan zənglərin şirkətin xidmət standartlarına uyğun şəkildə cavablandırılması
- Müştərilərə xidmətlər barədə dolğun və dəqiq məlumatın təqdim edilməsi
- Müştəri müraciət, təklif və şikayətlərinin sistem üzərindən qeydiyyatı və nəzarətdə saxlanılması
- Müvafiq struktur bölmələri ilə koordinasiyalı işləyərək sorğuların operativ həllinin təmin edilməsi
- Müştəri məmnuniyyətinin və xidmət keyfiyyət göstəricilərinin qorunması
- Gündəlik və aylıq fəaliyyət hesabatlarının hazırlanması
Namizədə dair tələblər:
- Türk dilində səlis yazılı və şifahi ünsiyyət bacarığı
- Türkiyədə təhsil almış namizədlər tələb olunur
- Yüksək kommunikasiya və dinləmə bacarığı
- Müştəriyönümlü yanaşma və etik davranış prinsiplərinə riayət
- MS Office proqramlarında işləmə bacarığı
- Komandada işləmək və operativ qərarvermə qabiliyyəti
- Müvafiq sahədə 1-2 il iş təcrübəsinin olması arzuolunandır
Təklif edirik:
- Rəsmi əmək müqaviləsi
- Əmək haqqı: 500-700 AZN
- İş qrafiki: Növbəli qrafik
- Is yeri: Babək Plaza
- Peşəkar inkişaf və təlim proqramları
- Stabil və korporativ iş mühiti
Maraqlanan namizədlərdən öz CV-ni mövzu hissəsində “Çağrı mərkəzi üzrə Operator” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Yalnız uyğun olan şəxslərlə əlaqə saxlanılacaq.
Şirkət haqqında
Fəaliyyət göstərdiyi müddətdə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin etibarını qazanmışdır. Peşəkar işçi heyəti ilə sürücülərə həftənin 7 günü, 24 saat dəstək göstərilir və 1 iş günü ərzində ödənişlər hesaba köçürülür.
EUROPARK MMC — bütün vakansiyalarBacarıqlar və texnologiyalar
Müraciətin
Bacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Abunəçilərin zənglərinə cavab verir və müştəri xidmətində yüksək ünsiyyət bacarığı tələb olunur.
Tələbələrə təhsil xidmətləri satmaq və müştəri ehtiyaclarını müəyyən etmək bacarığı tələb olunur.
Bank müştərilərinə yüksək səviyyədə xidmət göstərmək və bank məhsulları barədə məlumat vermək.



