Elektron ticarət platformasının etimad və keyfiyyət üzrə meneceri

Bir

Vakansiya haqqında

Ümumi məlumat
Elektron Ticarət Platformasının Etimad və Keyfiyyət üzrə Meneceri satıcıların fəaliyyət keyfiyyətinə, sifarişlərin düzgün və vaxtında icrasına, eləcə də məhsulların orijinallığına nəzarət edir. Əsas məqsədi müştəri məmnuniyyətini artırmaq, şikayət və qaytarmaları azaltmaq, platformada etibarlı alış-veriş mühiti yaratmaqdır.
Öhdəliklər
  • Satıcıların sifarişləri icraetmə keyfiyyətinə nəzarət (SLA) — sifarişlərin vaxtında və düzgün icrasının, ləğvlərin və komplektasiya səhvlərinin monitorinqi, pozuntular zamanı məhdudiyyətlərin tətbiqi və bloklama tədbirlərinin görülməsi.
  • White List siyahısının idarə edilməsi — satıcıların siyahıya daxil edilməsi meyarlarının hazırlanması, fəaliyyət göstəricilərinin mütəmadi qiymətləndirilməsi və siyahının yenilənməsi.
  • Məhsul çeşidinin orijinallığına və keyfiyyətinə nəzarət — saxta və kontrafakt məhsulların aşkarlanması, məhsulların yoxlanılması, qaydalara uyğun olmayan məhsul kartlarının və satıcıların bloklanması, hüquq sahibləri ilə əməkdaşlıq.
  • Qaytarmaların və şikayətlərin təhlili — qaytarmaların əsas səbəblərinin, problemli satıcıların və məhsulların müəyyən edilməsi, düzəldici tədbirlərin hazırlanması və tətbiqi.
  • Müştəri təcrübəsinin idarə edilməsi (NPS/CSAT) — müştəri rəylərinin, mənfi şərhlərin və müraciətlərin təhlili, müştəri məmnuniyyətinin artırılması istiqamətində tədbirlərin görülməsi.
  • Nəzarət qaydalarının təkmilləşdirilməsi və avtomatlaşdırılması — SLA meyarlarının, bloklama qaydalarının və pozuntuların aşkarlanması mexanizmlərinin BI və Product komandaları ilə birgə təkmilləşdirilməsi.
  • Daxili qayda və prosedurların hazırlanması və yenilənməsi — satıcıların qiymətləndirilməsi, məhsul çeşidinin keyfiyyətinə nəzarət və qaytarmaların idarə edilməsi üzrə qaydaların təkmilləşdirilməsi.
  • Funksiyalararası əməkdaşlıq — kateqoriya menecerləri, BDM, Merchant Support, müştəri xidmətləri, BI və Product komandaları ilə koordinasiyalı işin təşkili.
  • Analitika və hesabatlılıq — əsas keyfiyyət göstəricilərinin monitorinqi, fərziyyələrin yoxlanılması, görülən tədbirlərin effektivliyinin qiymətləndirilməsi və rəhbərlik üçün hesabatların hazırlanması.
Tələblər
  • İş təcrübəsi: Analitika, keyfiyyətə nəzarət, əməliyyatların idarə edilməsi və ya Trust & Safety sahəsində minimum 3 il təcrübə. E-ticarət sahəsində təcrübə üstünlükdür.
  • Məlumatlarla iş: Excel/Google Sheets və Power BI proqramlarından qabaqcıl səviyyədə istifadə bacarığı, böyük həcmli məlumatların təhlili təcrübəsi.
  • Analitik bacarıqlar: Əsas statistika, A/B testləri və qərarların effektivliyinin qiymətləndirilməsi üzrə biliklər.
  • Proses yanaşması: Qaydaların, qiymətləndirmə meyarlarının və avtomatlaşdırma prosedurlarının hazırlanması bacarığı.
  • Nəticəyönümlülük: Proseslərin və ya göstəricilərin başdan sona (end-to-end) idarə edilməsi və ölçülə bilən nəticələr əldə etmək təcrübəsi.
  • Diqqətlilik və sistemlilik: Anomaliyaları aşkarlamaq, problemlərin səbəblərini təhlil etmək və məlumatlara əsaslanan həllər tapmaq bacarığı.
  • Məsuliyyət və qətiyyət: Müstəqil qərarvermə və əsaslandırılmış mövqeyi müdafiə etmək bacarığı.
  • Kommunikasiya və dil bilikləri: Hesabatların hazırlanması, komandalarla effektiv əməkdaşlıq, Azərbaycan, rus və ingilis dillərini bilmək.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
23 oktyabr 2026
Dillər
Azerbaijani, Russian, English
HRX ilə müraciət
1
Baxış
74

Şirkət haqqında

Bir
Technology · 5,001-10,000 · Bakı
Bir — bütün vakansiyalar

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş Bakıda, Bakı İqtisadi Zonasında yerləşir.

Minimum 3 il analitika, keyfiyyətə nəzarət və ya əməliyyatların idarə edilməsində təcrübə tələb olunur.

Excel, Google Sheets və Power BI proqramlarından qabaqcıl səviyyədə istifadə bacarığı tələb olunur.

Satıcıların sifariş icrası keyfiyyətinə nəzarət, məhsul orijinallığının yoxlanılması və müştəri məmnuniyyətinin artırılması əsas vəzifələrdəndir.

Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

E-ticarət üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.

Ineo Group
Middle · 2+ ilBakı
Maaş göstərilməyib5 gün qalıb

Onlayn mağazaların konversiyasını və satış planlarının icrasını idarə edir, 2 ildən çox təcrübə tələb olunur.

Conversion Rate OptimizationA/B TestingEmail MarketingMeta Ads+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
500₼

Onlayn satış və müştəri sorğularını idarə edir, güclü ünsiyyət bacarığı tələb olunur.

TeamworkOnline SalesCustomer ServiceOrder Processing+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bolt
Middle · 2+ ilBakı
Maaş göstərilməyib

Rider akvizisiyası və aktivləşdirilməsi üzrə əməliyyatları idarə etmək üçün 2 il təcrübə tələb olunur

Project ManagementData AnalysisCustomer Relationship ManagementPerformance Monitoring+6
Müraciət et
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Elektron ticarət platformasının etimad və keyfiyyət üzrə meneceri
Müraciət et