Bölmə əməkdaşlarının işinə nəzarət edir və Microsoft Office bilikləri tələb olunur
Vakansiya haqqında
Business Insight şirkətinin Müştəri Loyallığı Departamentinin Çağrı Mərkəzində “Çağrı Mərkəzinin Meneceri” vəzifəsi üzrə aktiv vakansiya var.
Vəzifə öhdəlikləri:
- Çağrı mərkəzinin gündəlik fəaliyyətinə nəzarət etmək, komandaya rəhbərlik etmək;
- Operatorların iş cədvəllərini, iş yükünü və performansını planlaşdırmaq, eləcə də optimallaşdırmaq;
- Loyallıq proqramı üzvləri ilə məlumat mübadiləsi, düzgün kommunikasiya və layihə planına uyğun işin təşkili;
- Çağrı mərkəzinin fəaliyyətini optimallaşdırmaq üçün zənglərin idarə olunması prosedurları, iş axınının idarə olunması və resursların bölüşdürülməsi daxil olmaqla planlar hazırlamaq və tətbiq etmək;
- Müştəri sorğularının, şikayətlərinin və təkliflərinin vaxtında və keyfiyyətlə cavablandırılmasını təmin etmək;
- SOP-ların (Standard Operating Procedures) yerinə yetirilməsini təmin etmək və onları təkmilləşdirmək;
- Geri zənglər, SMS və effektiv kommunikasiyanın təşkili, eləcə də effektiv icrasına nəzarət etmək.
- KSM layihələr və marketinq kampaniyaları zamanı məlumat mübadiləsinin planlaması və təşkili.
- Loyallıq proqramı üzvlərindən daxil olan şikayət və iradların həll olunması.
- Komandada işləmək və əməkdaşlarla effektiv əlaqə qurmaq bacarığı.
- Dinamik və sürətli iş mühitində işləmək bacarığı.
- Təkmilləşmə imkanlarını və narahatlıq doğuran sahələri müəyyən etmək üçün çağrı mərkəzi məlumatlarını izləmək və təhlil etmək.
- Rəhbərliyə gündəlik və həftəlik hesabatların təqdim olunması.
İş şəraiti:
- Öyrədici və inkişafameyilli iş mühiti.
- Əmək qanunvericiliyinə uyğun sənədləşmə;
- İş vaxtı həftədə 6 gün;
- Əmək haqqı müsahibə zamanı namizədin təcrübəsi, bilik və bacarıqları əsasında təyin olunur.
- 28-35 yaş
- Yalnız xanım namizədlər;
- Ali təhsil;
- Menecer vəzifəsində minimum 2 il iş təcrübəsinin olması;
- Microsoft Office və Google Sheet bilikləri;
- Yaxşı səviyyəsində kompüter bilikləri;
- Yüksək səviyyədə kommunikasiya və danışıq qabiliyyəti;
- Yüksək səviyyədə, planlama, liderlik və idarəetmə qabiliyyəti;
- Analitik düşüncə və təşəbbüskarlıq;
- Problem həlletmə qabiliyyətinin yüksək olması.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
Business Insight International Research GROUP (Bundan sonra Business Insight) Azərbaycanda “PROCON GFK” adı altında xarici sərmayəli şirkət kimi 1998-ci ildə təsis edilmişdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftədə 6 gün davam edir.
İş Bakıda yerləşir.
Menecer vəzifəsində minimum 2 il iş təcrübəsi tələb olunur.
Microsoft Office və Google Sheet bilikləri tələb olunur.
28-35 yaş arası xanım namizədlər axtarılır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏlaqə mərkəzi meneceri üzrə Bakıda digər açıq elanlar.
Anbar yoxlama və nəzarət işlərini idarə edir, 2-3 il anbar təcrübəsi tələb olunur
Bakery idarə edir və gündəlik hesabatlar təqdim edir, idarəetmə təcrübəsi tələb olunur.
Restoranın işini idarə edir, komanda rəhbərliyi və müştəri məmnuniyyətini təmin edir



