Vakansiya haqqında

İş yeri: Bakı

Vəzifənin məqsədi

  • Şirkətin öz avtoparkının və kənar daşıyıcılarla həyata keçirilən yükdaşımaların idarə edilməsi, nəqliyyat əməliyyatlarının planlaşdırılması, sürücülərə, sənədləşməyə, texniki xidmətə və daşımaların vaxtında icrasına nəzarət.

Əsas vəzifə öhdəlikləri

  • Şirkətə məxsus yük avtomobillərinin və qoşquların iş qrafikinin, marşrutlarının və gündəlik fəaliyyətinin idarə edilməsi.
  • Sürücülərin işinin təşkili, fəaliyyətinə və avtomobillərin hərəkətinə nəzarət.
  • Müştəri yüklərinin daşınması üçün kənar avtomobillərin və sürücülərin tapılması, daşıma qiymətlərinin razılaşdırılması.
  • Yükləmə, boşaltma və çatdırılma proseslərinin təşkili və nəzarətdə saxlanılması.
  • CMR, TIR, nəqliyyat və xüsusi yük icazələri daxil olmaqla, sənədlərin hazırlanması və yoxlanılması.
  • Yol polisi, nəqliyyat, gömrük və digər dövlət qurumları ilə əlaqələrin koordinasiyası.
  • Avtomobillərin texniki vəziyyətinə, təmir və texniki baxış proseslərinə nəzarət.
  • Servis mərkəzləri və ehtiyat hissələri təchizatçıları ilə əməkdaşlığın təşkili.
  • Daşıma xərclərinin, boşdayanmaların və əməliyyat səmərəliliyinin izlənilməsi.
  • Gündəlik hesabatların hazırlanması və əməliyyat problemlərinin operativ həlli.

Namizədə tələblər

  • Nəqliyyat və beynəlxalq logistika sahəsində minimum 3 il iş təcrübəsi.
  • Dispetçer vəzifəsində iş təcrübəsi, sürücülərin və nəqliyyat vasitələrinin gündəlik fəaliyyətinin koordinasiyası üzrə praktiki biliklər.
  • Beynəlxalq avtomobil daşımaları və nəqliyyat sənədləri üzrə biliklər.
  • Ağırtonnajlı və iriqabaritli yükdaşımalar üzrə təcrübə üstünlükdür.
  • Sürücülərin və kənar daşıyıcıların idarə edilməsi bacarığı.
  • Dövlət qurumları və servis mərkəzləri ilə işləmək təcrübəsi.
  • Planlaşdırma, təşkilatçılıq və operativ qərarvermə bacarığı.
  • MS Excel və digər ofis proqramlarında işləmək bacarığı.
  • Azərbaycan dilini sərbəst, rus dilini yaxşı səviyyədə bilmək.
  • Məsuliyyətli, intizamlı və nəticəyönümlü olmaq.

İş şərtləri

  • Əməkhaqqı: Təcrübə və bacarıqlara uyğun, müsahibə əsasında.
  • Əlavə motivasiya: Nəticələrə əsaslanan bonus sistemi.

Əsas gözləntimiz

  • Namizəd şirkətin həm öz avtoparkını, həm də kənar daşıyıcılarla həyata keçirilən daşımaları vahid sistem üzrə müstəqil idarə etməli, proseslərə başdan sona nəzarət etməli və yaranan problemlərin operativ həllini təmin etməlidir.

CV-lərinizi mövzu hissəsində “Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 noyabr 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
19 dekabr 2026
HRX ilə müraciət
6
Baxış
225

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Əməliyyat meneceri üzrə bazar adətən 1 100–2 500 ₼ ödəyir, median — 1 600 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 23 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Əməliyyat meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

UPSOL Trade & Logistics
Nəqliyyat və anbar təsərrüfatı, Logistika və yükdaşıma xidmətləri · Baku
UPSOL Trade & Logistics — bütün vakansiyalar

UPSOL Trade & Logistics UPSOL Trade & Logistics 2024-cü ildən etibarən beynəlxalq yükdaşımalar və logistika sahəsində fəaliyyət göstərir.

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Nəqliyyat və beynəlxalq logistika sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

Əməkhaqqı təcrübə və bacarıqlara uyğun, müsahibə əsasında müəyyən edilir.

Nəticələrə əsaslanan bonus sistemi mövcuddur.

CV-lərinizi mövzu hissəsində “Nəqliyyat və Logistika Əməliyyatları üzrə Menecer” qeyd etməklə müraciət edin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Əməliyyat meneceri üzrə Bakıda digər açıq elanlar.

Anonim işəgötürən
Təcrübəli mütəxəssisBakı
Maaş göstərilməyib

Texniki və əməliyyat proseslərini idarə etmək və personal planlaşdırması üzrə təcrübə tələb olunur.

Project ManagementLeadershipHose assemblyQuality Assurance+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
MER Group
Mütəxəssis · 3+ ilBakı
Maaş göstərilməyib

Restoran əməliyyatlarını idarə edir və minimum 3 il təcrübə tələb olunur

Operations ManagementQuality ControlInventory ManagementReporting+8
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Nəqliyyat və logistika əməliyyatları üzrə menecer
Müraciət et