Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Food Mood Restoranlarına gündəlik əməliyyat fəaliyyətinə nəzarət etmək;
  • Restoran və filiallarda müəyyən edilmiş iş standartlarının tətbiqini və icrasını yoxlamaq;
  • Restoranların zal, mətbəx, kassa, anbar və digər əməliyyat sahələrinin fəaliyyətini monitorinq etmək;
  • Xidmət keyfiyyətinin və müştəri məmnuniyyətinin müəyyən edilmiş standartlara uyğunluğunu qiymətləndirmək;
  • Restoran əməkdaşlarının iş proseslərini, davamiyyətini və əmək intizamını izləmək;
  • Personalın iş bölgüsü və iş qrafikinin effektiv təşkilinə dəstək olmaq;
  • Mətbəx və xidmət proseslərinin texnoloji və əməliyyat standartlarına uyğunluğuna nəzarət etmək;
  • Məhsulların qəbulu, saxlanılması, istifadəsi və silinməsi proseslərini monitorinq etmək;
  • Anbar qalıqları, məhsul itkisi və sərfiyyat göstəricilərinə nəzarət etmək;
  • İnventarizasiya proseslərində iştirak etmək;
  • Kassa və satış əməliyyatlarının müəyyən edilmiş prosedurlara uyğunluğunu yoxlamaq;
  • Günlük, həftəlik və aylıq əməliyyat hesabatlarının hazırlanmasında iştirak etmək;
  • Restoranlarda aparılan yoxlamaların nəticələrini təhlil etmək və aşkar edilmiş nöqsanlar üzrə tədbirlər planı hazırlamaq;
  • Aşkar edilmiş əməliyyat problemlərinin aradan qaldırılmasını aidiyyəti şəxslərlə koordinasiya etmək;
  • Restoranlarda sanitariya, gigiyena və qida təhlükəsizliyi standartlarına riayət olunmasını izləmək;
  • Avadanlıqların texniki vəziyyətini monitorinq etmək və nasazlıqlar barədə rəhbərliyə məlumat vermək;
  • Yeni filialların açılışı, yenilənməsi və əməliyyat proseslərinin qurulmasında iştirak etmək;
  • Şirkətin restoran şəbəkəsində əməliyyat proseslərinin təkmilləşdirilməsi üzrə təkliflər hazırlamaq.

Tələblər:

  • Ali təhsil;
  • Restoran, iaşə, hotelçilik, pərakəndə və ya xidmət sektorunda minimum 3 il iş təcrübəsi;
  • Restoran əməliyyatları və filial fəaliyyətinin təşkili barədə praktiki biliklər;
  • Güclü təşkilatçılıq və kommunikasiya bacarığı;
  • Problemləri operativ müəyyən etmək və həll etmək qabiliyyəti;
  • Komanda ilə işləmək və müxtəlif filiallarla effektiv kommunikasiya qurmaq bacarığı;
  • Ölkə (Şimal bölgəsinə) daxilində regionlara mütəmadi ezamiyyətə getmək imkanı;

İş barədə məlumat:

  • İş yeri: Bakı, Həsən Seyidbəyli küç;
  • 5 günlük iş qrafiki: 09:00-18:00.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, Həsən Seyidbəyli küç
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
19 noyabr 2026
Son tarix
19 dekabr 2026
Baxış
193

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Əməliyyat meneceri üzrə bazar adətən 1 100–2 500 ₼ ödəyir, median — 1 600 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

18 açıq vakansiya, 23 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Əməliyyat meneceri kimi öz maaşını yoxla

Şirkət haqqında

MER Group
Security and Investigations · 501-1,000 · Bakı
MER Group — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərində, Həsən Seyidbəyli küçəsində yerləşir.

İş həftədə 5 gün, saat 09:00-dan 18:00-dəkdir.

Restoran, iaşə, hotelçilik, pərakəndə və ya xidmət sektorunda minimum 3 il iş təcrübəsi tələb olunur.

Namizədlər öz CV-lərini göndərməlidirlər. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Namizəd ölkə daxilində regionlara mütəmadi ezamiyyətə getmək imkanına malik olmalıdır.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Əməliyyat meneceri üzrə Bakıda digər açıq elanlar.

Maaş göstərilməyib

Layihədə işçi heyətinin fəaliyyətinə nəzarət edir və güclü idarəetmə bacarığı tələb olunur

Team ManagementStaff schedulingQuality ControlHygiene Standards+11
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Əməliyyatlar üzrə koordinator
Müraciət et