Lombard əməliyyatlarını idarə edir və Progress proqramında əməliyyatların düzgünlüyünü təmin edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
1. Müştərilərlə iş
- Daxil olan telefon zənglərini və müştəri müraciətlərini izləmək.
- Müştərilərlə mütəmadi əlaqə saxlamaq.
- Qiymət təkliflərinin hazırlanması və müştərilərə göndərilməsinə nəzarət etmək.
- Müştərilərin sifarişləri ilə bağlı suallarını cavablandırmaq və aidiyyəti əməkdaşlara yönləndirmək.
- Yeni və mövcud müştərilərlə əlaqələrin sistemli aparılmasını təmin etmək.
- Müştəri bazasını yeniləmək və əlaqələrin davamlılığını qorumaq.
2. Sifarişlərin və iş proseslərinin idarə edilməsi
- Qəbul edilmiş sifarişləri qeydiyyata almaq və icra müddətlərini izləmək.
- Sifarişləri satış, istehsalat və çatdırılma üzrə məsul şəxslərlə koordinasiya etmək.
- Gecikən sifarişləri və həllini gözləyən məsələləri müəyyən etmək.
- Müştərilərə sifarişlərin hazır olma müddəti barədə vaxtında məlumat verilməsini təmin etmək.
- Hər bir tapşırığın sonadək yerinə yetirilməsinə nəzarət etmək.
3. Əməkdaşların işinə nəzarət və koordinasiya
- İşçilərə verilmiş tapşırıqların icra vəziyyətini izləmək.
- Görülməli işləri və son icra tarixlərini qeydiyyata almaq.
- İşçilər arasında məlumat mübadiləsini və əlaqələndirməni təmin etmək.
- İcra olunmayan və ya gecikən tapşırıqlar barədə rəhbərliyə məlumat vermək.
- Rəhbərin tapşırıqlarını aidiyyəti şəxslərə çatdırmaq və nəticəsini izləmək.
4. Rəhbərliyə dəstək və hesabat
- Gündəlik işlərin planlaşdırılmasına kömək etmək.
- Rəhbərin tapşırıqlarını sistemləşdirmək və icrasını izləmək.
- Gündəlik və həftəlik hesabatlar hazırlamaq.
- Satış, sifarişlər, müştəri müraciətləri və gecikmələr barədə rəhbərliyə məlumat vermək.
- İş proseslərinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək.
5. Ofis işlərinin təşkili
- Müştəri məlumatlarının və sənədlərin sistemli saxlanılmasını təmin etmək.
- Görüşləri, zəngləri və vacib işləri planlaşdırmaq.
- Müştərilərin bayram və əlamətdar günlərdə təbrik edilməsini təşkil etmək.
- Ofisdə gündəlik işlərin nizamlı aparılmasına kömək etmək.
Tələblər
- Güclü təşkilatçılıq və idarəetmə bacarığı.
- Müştərilərlə peşəkar ünsiyyət qurmaq qabiliyyəti.
- Məsuliyyətli, diqqətli, təşəbbüskar və intizamlı olmaq.
- Tapşırıqları unutmadan izləmək və nəticəyə çatdırmaq bacarığı.
- Kompüter, Excel, elektron poçt və ofis proqramlarından istifadə bacarığı.
- Eyni vaxtda bir neçə işi planlaşdırmaq və prioritetləri müəyyən etmək bacarığı.
- Satış, ofis idarəçiliyi, müştəri xidmətləri və ya əməliyyatların koordinasiyası sahəsində təcrübə üstünlükdür.
Şəxsi keyfiyyətlər
- Problemləri özü müəyyən edib həll yolu axtarmaq.
- Daim rəhbərin göstərişini gözləmədən təşəbbüs göstərmək.
- Verilən tapşırıqların nəticəsinə görə məsuliyyət daşımaq.
- Məlumatları düzgün çatdırmaq və hesabat vermək.
- Məxfi biznes məlumatlarını qorumaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Əməliyyat meneceri üzrə bazar adətən 1 100–2 500 ₼ ödəyir, median — 1 500 ₼.
18 açıq vakansiya, 19 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Əməliyyat meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
İş saatları və günləri barədə məlumat verilməyib.
Əmək haqqı 1300–1500 arasındadır.
Müraciət üçün sənədlər barədə məlumat verilməyib.
Müraciət e-poçt vasitəsilə edilir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarƏməliyyat meneceri üzrə Bakıda digər açıq elanlar.
Gündəlik əməliyyatları idarə edir, tapşırıqları izləyir və koordinasiya bacarığı tələb olunur.
Regionlarda kənd təsərrüfatı texnikasının əməliyyatlarını idarə edir və planlaşdırır.
Dəniz, quru və hava daşımalarını idarə edir, Microsoft Office proqramlarını yaxşı bilir.



