Çatdırılmalar üzrə operator

Kontakt Home

Yerləşmə
Azərbaycan
Məşğulluq
Tam ştat
Əməkhaqqı
650–650 ₼
Yerləşdirilib
30 iyun 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
30 iyul 2026

Vakansiya haqqında

Təsvir

  • Daxil olan telefon zənglərinin cavablandırılması;
  • Sistem üzrə zənglərin qeydiyyatının aparılması;
  • Müştərilərin məhsul və xidmətlərlə bağlı konsultasiya edilməsi;
  • Müştərilərin şikayət, təklif və tövsiyyələrinin dinlənilməsi və ya müvafiq şəxsə yönləndirilməsi.
  • Çatdırılmalar haqqında müştərilərin məlumatlandırılması
  • Rəhbərlik tərəfindən verilmiş digər tapşırıqların icra edilməsi

İş şəraiti:

  • İş günləri: həftədə 6 iş günü, 1 gün istirahət;
  • İş saatı: 09:00-18:00.
  • İş yeri: Binəqədi şossesi 53

Tələblər

  • Səlis Azərbaycan və Rus dili biliyi;
  • Müştərilərlə ünsiyyət qurma bacarığı;
  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;
  • Məsuliyyətlilik və inkişafa meyillilik;
  • Stresə davamlılıq;
  • Emosiyalarını idarə etmə bacarığı;
  • Kollektivdə komanda ilə işləmə bacarığı.

Vakansiya növü - Tam ştat

Əmək haqqı - 650 AZN

Şirkət haqqında

Kontakt Home
Baku

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir. İlbəil yerli və xarici bazarda mövqeyimizi davamlı olaraq gücləndiririk. Şəbəkəmiz Avropanın ən böyük elektronika ittifaqı olan “Euronics”in Qafqaz üzrə ilk və yeganə rəsmi tərəfdaşıdır. Bu tərəfdaşlıq şirkətin beynəlxalq standartlara uyğun fəaliyyət göstərdiyini və etibarlı riteyl şəbəkəsi olduğunu təsdiqləyir. Şirkətin uğurunun əsasını 3000-dən çox əməkdaşdan ibarət peşəkar və dinamik komanda təşkil edir. Burada qarşılıqlı etibar, açıq ünsiyyət, komandada birgəlik və sağlam iş mühiti əsas dəyərlərimizdir. Komanda üzvlərimiz arasında performansa əsaslanan karyera yüksəlişini təmin etməyimiz isə daim qürurlandığımız cəhətimizdir. Üstəlik, əməkdaşların şəxsi və peşəkar inkişafına real yanaşma da mövcuddur. “Kontakt” komandasında çalışanlar üçün təlimlər və öyrənmə mühiti yaradılaraq hər bir əməkdaşın potensialını ortaya qoymasına şərait yaradılır. Böyük komandamıza qoşulmaq istəyənlərə “Kontakt – Sevindirir” ruhunu birgə yaşamağı vəd edirik. Komandamızı və iş həyatımızı daha ətraflı Kontakt Life-ın həm Instagram , həm də LinkedIn səhifəsində kəşf edə bilərsən.

Kontakt Home — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Bütün oxşar vakansiyalar
650–650 ₼
Çatdırılmalar üzrə operator
Müraciət et