Vakansiya haqqında

Komandamıza məsuliyyətli, çevik, yüksək təşkilatçılıq və kommunikasiya bacarıqlarına malik İcraçı Direktorun müavininin köməkçisi axtarırıq.
Bu vəzifə üzrə əməkdaş İcraçı Direktorun müavininin gündəlik fəaliyyətinin effektiv təşkilinə dəstək göstərəcək, görüşlərin, yazışmaların və sənəd dövriyyəsinin koordinasiyasını həyata keçirəcək, struktur bölmələri arasında operativ kommunikasiyanın təmin olunmasında iştirak edəcək və verilən tapşırıqların icrasını izləyəcək.

Əsas vəzifə öhdəlikləri

  • Rəhbərin gündəlik iş qrafikinin planlaşdırılması və idarə edilməsi;
  • Görüşlərin, iclasların və digər işgüzar tədbirlərin təşkili və koordinasiyası;
  • Daxil olan məktubların, sənədlərin və elektron yazışmaların qəbulu, sistemləşdirilməsi və aidiyyəti üzrə yönləndirilməsi;
  • Rəsmi məktubların, hesabatların, təqdimatların və digər işgüzar sənədlərin hazırlanmasına dəstək göstərilməsi;
  • Şirkətin müxtəlif struktur bölmələri ilə operativ kommunikasiyanın və koordinasiyanın təmin edilməsi;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların aidiyyəti şəxslərə çatdırılması və icra vəziyyətinin izlənilməsi;
  • Görüş və müzakirələr üzrə zəruri qeydlərin aparılması və növbəti addımların izlənilməsi;
  • Sənədlərin və məlumatların düzgün şəkildə arxivləşdirilməsi və sistemləşdirilməsi;
  • Məxfi və xidməti məlumatların konfidensiallığının qorunması;
  • Rəhbərlik tərəfindən verilən digər inzibati və təşkilati tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Namizədə tələblər

  • Ali təhsil (mütləqdir);
  • MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) sərbəst işləmək bacarığı;
  • Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarığı;
  • İngilis və/və ya rus dili biliyi üstünlükdür;
  • Yüksək təşkilatçılıq və koordinasiya bacarığı;
  • İşgüzar yazışma və sənədlərlə işləmək bacarığı;
  • Məsuliyyətlilik, operativlik və təşəbbüskarlıq;
  • Məxfi məlumatlarla işləyərkən yüksək etik davranış və etibarlılıq.

Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Yerləşmə
Bakı
Təcrübə
Middle
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 sentyabr 2026
Dillər
Azerbaijani, English, Russian
Son tarix
2 oktyabr 2026

Şirkət haqqında

Khazar University Dunya IB School
Primary and Secondary Education · Baku
Khazar University Dunya IB School — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV *

Faylı yükləPDF, 8 MB-a qədər

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

Maaş göstərilməyib

Şirkətə daxil olan qonaqları qarşılayır, telefon zənglərini cavablandırır və inzibati işləri idarə edir.

MultitaskingCustomer ServiceTelephone HandlingDocument Management+6
Müraciət etAsan müraciətAsan müraciət
Maaş göstərilməyib1 gün qalıb

Ofis inzibatçısı kimi gündəlik inzibati işləri idarə edir və əsas kompüter proqramlarını bilir.

Meeting CoordinationOffice AdministrationDocument ManagementCustomer Service+8
Müraciət et
KaryeraKadr
Junior · 1 ilBakı
700–750

Ofis işlərini təşkil edir, sənəd hazırlayır və MS Office proqramlarını bilir.

Business CorrespondenceMicrosoft OfficeInternet usageDocument preparation+4
Müraciət etAsan müraciətAsan müraciət
Avropa Azərbaycan Məktəbi
Junior · 1+ ilBakı
Maaş göstərilməyib

Məktəb direktoruna inzibati dəstək verir və görüşləri təşkil edir, ən azı 1 il təcrübə tələb olunur.

Meeting CoordinationAdministrative SupportSchedule ManagementDocument preparation+7
Müraciət etAsan müraciətAsan müraciət
Bütün oxşar vakansiyalar

Mövzu üzrə materiallar

Bütün materiallar
Göstərilməyib
İcraçı direktorun müavininin köməkçisi
Müraciət et