Beynəlxalq təchizatçılarla əlaqə saxlayıb sənaye avadanlığı alışı üzrə işləri idarə edir.
Vakansiya haqqında
Vəzifə öhdəlikləri:
- Anbar və marketlər üzrə sistem və faktiki mal qalıqları arasında yaranan fərqləri araşdırmaq və səbəblərini müəyyənləşdirmək;
- Anbarlarda sayım prosesinə nəzarət etmək, sayım nəticələrini təhlil etmək;
- Malların qəbulu, toplanması, yüklənməsi və marketlərə çatdırılması proseslərində yaranan uyğunsuzluqları araşdırmaq;
- Transfer əməliyyatları üzrə sistem və faktiki məlumatları müqayisə etmək, fərqlərin səbəblərini müəyyənləşdirmək;
- Sürücülərin fəaliyyəti, çatdırılma marşrutları və təhvil-təslim prosesləri ilə bağlı uyğunsuzluqları araşdırmaq;
- Zərurət yarandıqda anbar və marketlərdə fiziki yoxlamalar aparmaq;
- Kamera görüntüləri və GPS məlumatları əsasında əməliyyat proseslərini yoxlamaq;
- Aşkar edilmiş fərqlərin səbəblərini təhlil etmək və araşdırma nəticələri üzrə hesabatlar hazırlamaq;
- Təkrarlanan uyğunsuzluqların qarşısının alınması üçün təkliflər vermək və müvafiq tədbirlərin nəticələrini izləmək.
Namizədə tələblər:
- Ali təhsil (Logistika, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun sahələr üzrə);
- Anbar, logistika, mal qəbulu, stok nəzarəti və ya araşdırma sahəsində minimum 1 il iş təcrübəsi;
- MS Office proqramları, xüsusilə Excel ilə işləmək bacarığı;
- ERP və anbar idarəetmə sistemləri ilə işləmək bacarığı;
- Analitik düşünmə, məlumatları təhlil etmək və uyğunsuzluqların səbəblərini müəyyənləşdirmək qabiliyyəti;
- Ünsiyyət və komanda ilə işləmək bacarığı;
- Problemləri araşdırmaq, səbəb-nəticə əlaqələrini müəyyənləşdirmək və həll yolları təklif etmək bacarığı;
Digər məlumatlar:
- Nahar və servis ilə təmin edilmə
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı
- 5 günlük tam iş qrafiki
- Korporativ mobil nömrə
Vakansiya ilə bağlı müraciət etmək istəyənlər “Araşdırma mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Şirkət haqqında
“Veysəloğlu-Rossmann” ölkəmizdə Almaniyanın “Rossmann” firmasının sağlamlıq və şəxsi qulluq məhsullarının “Rossmann” brendli mağazalar vasitəsilə satışını həyata keçirir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərindədir.
5 günlük tam iş qrafiki tətbiq olunur.
Ali təhsil və anbar, logistika və ya araşdırma sahəsində minimum 1 il iş təcrübəsi tələb olunur.
MS Office, xüsusilə Excel və ERP sistemləri ilə işləmək bacarığı tələb olunur.
Analitik düşünmə, məlumatların təhlili, problemlərin araşdırılması və həll yolları təklif etmək bacarığı tələb olunur.
“Araşdırma mütəxəssisi” adını mövzu hissəsində qeyd etməklə CV formalarını elektron poçt ünvanına göndərin. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarAraşdırma mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
İstehsalat proseslərini izləyir, sənədləşdirir və Microsoft Excel bilikləri tələb olunur.
Satınalma proseslərini idarə edir, RFQ və tender qiymət müqayisəsi aparır, MS Excel bilikləri tələb olunur.
Nəqliyyat vasitələrinin hərəkətini və sürücülərin işini planlaşdırır, koordinasiya edir, logistika bilikləri tələb olunur.



