Hazır beton məhsulları üzrə istehsalat meneceri

Holcim

Vakansiya haqqında

Şöbə: Hazır Beton Məhsulları

İş vaxtı: Tam

Əsas vəzifələr:

  • Bütün sahə əməliyyatlarını, o cümlədən istehsalat, texniki xidmət, avadanlıqlardan səmərəli istifadə, işçilərin və podratçıların fəaliyyətini əlaqələndirir və koordinasiya edir.
  • Lider kimi, nümunə olaraq təhlükəsizlik mədəniyyətini təşviq edir, bütün əmək fəaliyyətini təhlükəsizlik siyasət və prosedurlarına müvafiq həyata keçirir.
  • Zavodla əlaqəli prosesləri nəzərdən keçirir və yaxşılaşdırılması təkliflərini verir.
  • Zavodun səmərəliliyi və məhsuldarlığını saxlamaq məqsədilə avadanlıqlara nəzarət edir və tövsiyələr verir.
  • Zavodda müqavilə əsasında fəaliyyət göstərən podratçıların fəaliyyətinə nəzarət edir və işin keyfiyyətinə, resurslardan səmərəli istifadəyə və müəyyən olunmuş vaxta müvafiqliyinə cavabdehlik daşıyır.
  • İstehsal planına müvafiq olaraq, müştərinin nümayəndəsi ilə gündəlik əlaqə saxlayır və betonun miqdarı, vaxtı və yerini təsdiq edir. Beton üzrə Zavod Menecerini bütün dəyişikliklər haqqında məlumatlandırır.
  • Paylanma planına uyğun olaraq məhsulun təyin olunmuş tikinti sahəsinə çatdırılmasına nəzarət edir.
  • Beton zavodunda işləyən bütün işçilərə iş vaxtı haqqında məlumatların verilməsinə cavabdehdir.
  • Əmlakın saxlanması və idarəolunmasına cavabdehlik daşıyır.
  • Zavod işçilərinin, texniki xidmət, istehsal və paylama ilə məşğul olan içilərin idarəolunmasına cavabdehlik daşıyır.
  • Təlim tələblərinin yenilənməsi və tələb olunan kimi təklif olunmasını təmin edir.
  • İstehsal materiallarının bölüşdürülməsinə nəzarət edir.
  • Xərclərə nəzarət və istehsal tələbinə müvafiq olaraq zavodla bağlı bütün təmir və texniki xidmətin planlaşdırılmasını həyata keçirir.
  • Zavodla əlaqəli ekoloji aspektləri və problemləri şərh edir və onlara nəzarət edir.
  • Bütün lazım olan xam materialların inventarizasiyasını aparır.
  • Ayın yekunu üçün inventar və fərqlilik haqqında hesabatlar hazırlayır.
  • Hər ayın sonunda maliyyə icmalına nəzər salır.
  • Qarşıda duran və mövcud tələb və narahatlıqları müzakirə etmək üçün aktiv layihələrin müştəriləri ilə əlaqə saxlayır.
  • Çatdırılmanı həyata keçirən əməkdaşların müştəri ərazisindəki fəaliyyətinə nəzarət edir.
  • Hadisələrin araşdırılmasını təşkil edir və hesabat verir.
  • Zavod məhsulunun tələb olunan keyfiyyətdə olmasını təmin edir.
  • Xammalın keyfiyyət spesifikasiyası daxilində olmasına nəzarət edir.
  • Təhlükəsizlik tədbirlərinin davamlı təkmilləşdirilməsini təmin edir və onların müəyyən edilmiş standartlara uyğunluğuna nəzarət edir.
  • Əməliyyatların müəyyən edilmiş əsas fəaliyyət göstəricilərinə (ƏFG) uyğunluğuna nəzarət edir.

Bacarıq və Kvalifikasiyalar:

  • İnşaat, mühəndislik və ya müvafiq sahədə Ali təhsil;
  • Tikinti sahəsi üzrə işçi qüvvələrinin idarəolunmasında iş təcrübəsi;
  • Hazır beton məhsulları sahəsində bilik və minimum 3 il təcrübə;
  • MS Office tətbiqi;
  • Detallara diqqətlə yanaşmaq;
  • Azərbaycan dili – sərbəst, İngilis dili biliyi üstünlükdür.

Maraqlananlar CV–lərini, mövzu hissəsində mütləq HBM İstehsalat üzrə Menecer yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
3+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
5 noyabr 2026
Dillər
Azerbaijani, English
Son tarix
5 dekabr 2026
HRX ilə müraciət
2
Baxış
162

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. İstehsalat rəhbəri üzrə bazar adətən 1 100–2 000 ₼ ödəyir, median — 1 500 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

14 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

İstehsalat rəhbəri kimi öz maaşını yoxla

Şirkət haqqında

Holcim
Building Materials · Bakı
Holcim — bütün vakansiyalar

Müraciətin

HRX-də profil yarat

Profilə görə işəgötürənin qərarını görəcəksən, sənə uyğun vakansiyaların tövsiyəsini alacaqsan və onlara bir kliklə müraciət edəcəksən.

CV

Faylı yükləPDF, 8 MB-a qədər

CV-niz artıq HRX-dədirsə, faylı yükləmək lazım deyil — nömrənizi təsdiqləyin, onu özümüz qoşacağıq.

CV-n yoxdur? 5 dəqiqəyə hazırla

İşəgötürən səninlə necə əlaqə saxlasın?

«Vakansiyaya müraciət et» düyməsini basmaqla İstifadə şərtlərini və Məxfilik siyasətini qəbul edirsən.

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş yeri Bakı şəhərindədir.

Hazır beton məhsulları sahəsində minimum 3 il iş təcrübəsi tələb olunur.

İnşaat, mühəndislik və ya müvafiq sahədə ali təhsil tələb olunur.

İş vaxtı tam iş günüdür.

CV-ni mövzu hissəsində 'HBM İstehsalat üzrə Menecer' yazmaqla göndərmək lazımdır. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.

Müraciət formasına keç

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

İstehsalat rəhbəri üzrə Bakıda digər açıq elanlar.

Kontakt Home
Mütəxəssis · 1–2 ilBakı
Maaş göstərilməyib

Video və foto layihələrin çəkilişini planlaşdırır, komandanı və büdcəni idarə edir

Logistics ManagementSupplier NegotiationInventory ManagementVideo Production+7
Müraciət et
Cross Trade
Yeni başlayanBakı
700–900₼

İstehsalat proseslərini izləyir, sənədləşdirir və Microsoft Excel bilikləri tələb olunur.

Quality ControlSanitation and hygiene complianceInventory ManagementReport Preparation+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
BRPG LLC
Təcrübəli mütəxəssis · 5+ ilBakı
Maaş göstərilməyibSon gün

İstehsalat proseslərini idarə edir, metal konstruksiya və CNC avadanlıqları üzrə bilik tələb olunur.

AutoCADQuality ControlProduction PlanningProduction Management+9
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Hazır beton məhsulları üzrə istehsalat meneceri
Müraciət et