Mebel istehsalını idarə edir, ölçü, eskiz və kadr idarəçiliyi bacarıqları tələb olunur.
Vakansiya haqqında
İş haqqında məlumat
Vəzifə öhdəlikləri:
- İstehsalat sifarişlərinin layihə və texniki çertyojlara uyğun icrasını təmin etmək.
- Layihələr üzrə iş həcmini və icra müddətlərini müəyyənləşdirmək, işlərin mərhələlər üzrə planlaşdırılmasında iştirak etmək.
- Memar, usta, qaynaqçı, şkulkaçı və digər əməkdaşlar arasında iş bölgüsünü və iş vaxtının düzgün planlaşdırılmasını təmin etmək.
- Hər bir layihə və iş mərhələsi üzrə nəzərdə tutulan vaxtlara nəzarət etmək, gecikmələrin qarşısını almaq və istehsalat qrafikinə uyğunluğu izləmək.
- Paralel icra olunan layihələr üzrə əmək və resurs bölgüsünü koordinasiya etmək, prioritetləri müəyyənləşdirmək və istehsalatın fasiləsiz işini təmin etmək.
- Xammal, material və avadanlıq ehtiyaclarını müəyyənləşdirmək, anbar ehtiyatlarına nəzarət etmək.
- Material sərfiyyatını hesablamaq, itkiləri minimuma endirmək və istehsalat xərclərinə nəzarət etmək.
- Anbar, satınalma, layihələndirmə və quraşdırma komandaları ilə koordinasiyanı təmin etmək.
- Hazır məhsulun keyfiyyətinə, ölçü dəqiqliyinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək.
- İşçi heyətinin fəaliyyətini təşkil etmək, iş təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək.
- İstehsalatın məhsuldarlığı və material sərfiyyatı üzrə hesabatlar hazırlamaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İstehsalat rəhbəri üzrə bazar adətən 800–1 900 ₼ ödəyir, median — 900 ₼.
21 açıq vakansiya, 13 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat rəhbəri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakıdadır.
Namizədlərdən CV gɆndərmək tələb olunur. Məktub birbaa iəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat rəhbəri üzrə Bakıda digər açıq elanlar.
İstehsalat proseslərini idarə edir, layihələri planlaşdırır və resursları effektiv bölür.
İstehsalat proseslərini izləyir, sənədləşdirir və Microsoft Excel bilikləri tələb olunur.
İstehsalat və əməliyyat proseslərini planlaşdırır, koordinasiya edir, problem həll etmə bacarığı tələb olunur.
