İstehsalat və texniki əməliyyatları idarə edir, 5 ildən çox istehsalat təcrübəsi tələb olunur
Vakansiya haqqında
İş şəraiti:
Qrafik: 6\1
Ünvan: Kənd Əhmədli
QEYD: Göstərilən əmək haqqı aralığında minimum məbləğ sınaq müddəti üçün nəzərdə tutulur. Sınaq müddətinin uğurla başa çatdırılmasından sonra əməkhaqqı namizədin peşəkar bacarıqları, iş nəticələri və vəzifə üzrə məsuliyyətlərinə uyğun olaraq yenidən müəyyən edilir.
Vəzifə öhdəlikləri
- İstehsalat sifarişlərinin layihə və texniki çertyojlara uyğun icrasını təmin etmək.
- Layihələr üzrə iş həcmini və icra müddətlərini müəyyənləşdirmək, işlərin mərhələlər üzrə planlaşdırılmasında iştirak etmək.
- Memar, usta, qaynaqçı, cilalayıcı və digər əməkdaşlar arasında iş bölgüsünü və iş vaxtının düzgün planlaşdırılmasını təmin etmək.
- Hər bir layihə və iş mərhələsi üzrə nəzərdə tutulan vaxtlara nəzarət etmək, gecikmələrin qarşısını almaq və istehsalat qrafikinə uyğunluğu izləmək.
- Paralel icra olunan layihələr üzrə əmək və resurs bölgüsünü koordinasiya etmək, prioritetləri müəyyənləşdirmək və istehsalatın fasiləsiz işini təmin etmək.
- Xammal, material və avadanlıq ehtiyaclarını müəyyənləşdirmək, anbar ehtiyatlarına nəzarət etmək.
- Material sərfiyyatını hesablamaq, itkiləri minimuma endirmək və istehsalat xərclərinə nəzarət etmək.
- Anbar, satınalma, layihələndirmə və quraşdırma komandaları ilə koordinasiyanı təmin etmək.
- Hazır məhsulun keyfiyyətinə, ölçü dəqiqliyinə və texniki tələblərə uyğunluğuna nəzarət etmək.
- İşçi heyətinin fəaliyyətini təşkil etmək, iş təhlükəsizliyi qaydalarına riayət olunmasını təmin etmək.
- İstehsalatın məhsuldarlığı və material sərfiyyatı üzrə hesabatlar hazırlamaq.
Tələblər
- Müvafiq sahədə 5 il təcrübə.
- İstehsalat proseslərinin vaxt üzrə planlaşdırılması, işçi resurslarının düzgün bölüşdürülməsi və icra müddətlərinə nəzarət bacarığı.
- Bir neçə layihənin eyni vaxtda idarə olunması, hər bir layihə üzrə iş mərhələlərinə və əməkdaşların sərf etdiyi vaxta nəzarət etmək bacarığı.
- İş həcminə əsasən layihə üzrə əmək və vaxt resurslarının müəyyənləşdirilməsi və optimallaşdırılması bacarığı.
- Anbar uçotu, materialların hərəkəti və inventarizasiya prosesləri haqqında biliklər.
- İstehsalat və anbar proqramlarında işləmək bacarığı.
- MS Excel proqramında cədvəllər, formulalar, material uçotu və hesabatlarla işləmək bacarığı.
- ERP sistemləri, 1C: ERP, 1C: Anbar ilə işləmək bacarığı üstünlükdür.
- AutoCAD proqramında texniki çertyojlarla iş bacarığı.
- İstehsalat avadanlıqları, materiallar və texnoloji proseslər haqqında biliklər.
- Rəhbərlik, operativ qərarvermə, planlaşdırma və problem həll etmə bacarıqları.
- Yüksək məsuliyyət, dəqiqlik və analitik düşüncə.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İstehsalat rəhbəri üzrə bazar adətən 1 100–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
16 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat rəhbəri kimi öz maaşını yoxlaMüraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Kənd Əhmədli ərazisində yerləşir.
İş qrafiki 6 gün iş, 1 gün istirahətdir (6/1).
Əmək haqqı 1500–2000 manat aralığında, sınaq müddəti üçün minimum məbləğ nəzərdə tutulur.
Bəli, sınaq müddəti var və uğurla başa çatdırıldıqdan sonra əmək haqqı yenidən müəyyən edilir.
Namizədə müvafiq sahədə minimum 5 il təcrübə tələb olunur.
Namizəd MS Excel, ERP sistemləri, 1C: ERP, 1C: Anbar və AutoCAD proqramlarında işləməyi bilməlidir.
Namizəd müraciət üçün CV-ni elektron poçt vasitəsilə göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat rəhbəri üzrə Bakıda digər açıq elanlar.
Metal konstruksiya istehsalatını planlaşdırır, anbar işlərini idarə edir və istehsalat proseslərini optimallaşdırır.
İstehsalat proseslərini idarə edir, quş əti kəsim xəttini və keyfiyyət standartlarını bilir.
Çay kateqoriyasının istehsalatını idarə edir və satınalma strategiyasını qurur, 5 il təcrübə tələb olunur



