İstehsalat proseslərini idarə edir, layihələri planlaşdırır və resursları effektiv bölür.
Vakansiya haqqında
Təsvir
"AzərYem Sənaye MMC" Balakən rayonunda yerləşən yem istehsalı müəssisəsi üçün təcrübəli İstehsalat və Texniki Şöbənin Müdirini axtarır. Şöbə müdiri bütün istehsalat və texniki əməliyyatların planlaşdırılmasına, xammal, avadanlıq və işçi qüvvəsinin maksimum səmərəliliklə idarə olunmasına, məhsulun keyfiyyət və gigiyena standartlarına tam uyğun buraxılmasına cavabdeh olacaq.
Əsas məsuliyyət sahələri
İstehsalatın planlaşdırılması
- Satış tələbatına uyğun istehsal planlarını və çeşidlər üzrə məhsul buraxılışı qrafiklərini tərtib etmək, plan tapşırıqlarının icra üsullarını müəyyənləşdirmək.
- İstehsal həcmini, material tələbatını və təchizat kalkulyasiyalarını hesablamaq, material sifarişlərini vaxtında vermək.
- İstehsalat sahələrinin xammal və materiallarla fasiləsiz təminatını təşkil etmək.
Texnoloji və texniki proseslərin idarə edilməsi
- Texnoloji proseslərin ardıcıllığını müəyyənləşdirmək, zəruri texnoloji dəyişiklikləri tətbiq etmək.
- Avadanlıq, alət və mexaniki qurğuların texniki sazlığına, səmərəli istifadəsinə və fasiləsiz işinə nəzarət etmək.
- İşçi qüvvəsi, avadanlıq, xammal və istehsalat sahəsindən səmərəli istifadə üzrə standartlar hazırlamaq və tətbiq etmək.
Keyfiyyət və sanitar-gigiyena
- Yem hazırlanma prosedurlarına, hazır məhsulun saxlanma şəraitinə və sanitar-gigiyena normativlərinə tam riayət olunmasını təmin etmək.
Heyətin idarə edilməsi
- Növbə cədvəllərini tərtib etmək, işçi qüvvəsinə tələbatı planlaşdırmaq və istehsalat komandasının fəaliyyətini əlaqələndirmək.
- Komandanın peşəkar inkişafına və nəticəyönümlü iş mühitinin formalaşmasına dəstək vermək.
Hesabatlılıq və təhlükəsizlik
- Rəhbərliyə müntəzəm istehsalat hesabatları təqdim etmək.
- Əməyin mühafizəsi, texniki təhlükəsizlik və əmlakın mühafizəsi qaydalarına riayət olunmasını təmin etmək.
Axtardığımız namizəd profili
- Mühəndislik, qida və ya yem sənayesi texnologiyası, istehsalatın idarə edilməsi və ya əlaqəli texniki ixtisas üzrə ali təhsil.
- İstehsal müəssisəsində, üstünlüklə yem və ya qida emalı sahəsində, rəhbər və ya aparıcı mühəndis vəzifəsində ən azı [5] il təcrübə.
- Yem istehsalı texnologiyası, xammalın xüsusiyyətləri, saxlanma şərtləri və sanitar-gigiyena normativləri üzrə dərin bilik.
- İstehsal avadanlıqlarının və mexaniki qurğuların iş prinsiplərinə hakimlik.
- İstehsalatın planlaşdırılması, resursların bölüşdürülməsi və normativ hesabatların hazırlanması təcrübəsi.
Şəxsi və idarəetmə səriştələri
- Güclü təşkilatçılıq və koordinasiya bacarığı
- Nəticəyönümlülük və yüksək məsuliyyət hissi
- Komandanı idarə etmək və motivasiya etmək bacarığı
- Effektiv kommunikasiya və problemlərin həlli qabiliyyəti
Biz təklif edirik
- İstehsalatın inkişafına birbaşa təsir göstərmək imkanı verən rəhbər vəzifə
- Rəqabətli əmək haqqı və KPI əsaslı bonuslar
- Tibbi sığorta, nahar təminatı, yanacaq təminatı, yaşayış yeri
- Peşəkar inkişaf və karyera perspektivi
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İstehsalat rəhbəri üzrə bazar adətən 1 100–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
14 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat rəhbəri kimi öz maaşını yoxlaŞirkət haqqında
Şirkət Adı : AgroTrade Supply MMC Ünvan : City Tower, Neftçilər prospekti 64, AZ1010 Bakı, Azərbaycan Yaranma Tarixi : 2021-ci il Haqqımızda : AgroTrade Supply MMC, 2021-ci ildən etibarən Azərbaycanın kənd təsərrüfatı və qida sənayesi…
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş Bakı şəhərində yerləşir.
Rəqabətli əmək haqqı və KPI əsaslı bonuslar təklif olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçİstehsalat sahəsində ən azı 5 il təcrübə tələb olunur.
Tibbi sığorta, nahar, yanacaq və yaşayış yeri təminatı mövcuddur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat rəhbəri üzrə Bakıda digər açıq elanlar.
İçməli su istehsalı prosesini idarə edir və su təmizləmə sistemləri üzrə bilik tələb edir.
İstehsalat proseslərini idarə edir, quş əti kəsim xəttini və keyfiyyət standartlarını bilir.
Metal konstruksiya istehsalatını planlaşdırır, anbar işlərini idarə edir və istehsalat proseslərini optimallaşdırır.



