Çay kateqoriyasının istehsalatını idarə edir və satınalma strategiyasını qurur, 5 il təcrübə tələb olunur
Vakansiya haqqında
Təsvir
İstehsalat və Texnologiya tərəfi:
- İstehsalat təcrübəsi ilə nəzarət: Konserva kateqoriyasındakı (ət konservləri, balıq konservləri, tərəvəz konservləri, meyvə konservləri, paxlalı konservlər, tomat məhsulları, turşular və digər konservləşdirilmiş məhsullar) məhsulların istehsalat sahələrini, zavod daxili xətlərini və texnologiyasını dərindən bilməklə, tərəfdaş fabriklərin istehsal prosesinə peşəkar nəzarət etmək.
- Reseptura və Xammal daxilolması: Məhsulların əsas xammal və köməkçi materiallarını, resepturasını və texnoloji parametrlərini mükəmməl bilmək, fabrikin təqdim etdiyi məhsulun keyfiyyətinin standartlara uyğunluğunu (pH, turşuluq, duz, Brix, konsistensiya, sterilizasiya və s.) texnoloji cəhətdən yoxlamaq.
- Xammal auditi: Ət, balıq, tərəvəz, meyvə, paxlalılar, tomat, yağ, duz, şəkər, ədviyyatlar və digər xammal növlərini və bazar qiymətlərini təhlil edərək, istehsalçı ilə texniki kommunikasiya qurmaq və gizli keyfiyyət azalması risklərinin qarşısını almaq.
Satınalma və Kommersiya tərəfi:
- Strateji satınalma: Konserva məhsulları kateqoriyası üzrə satınalma strategiyasını qurmaq, kommersiya baxımından şirkətə ən yuxarı gəlirliliyi (marjanı) təmin etmək.
- Müqavilə və Qiymət danışıqları: İstehsalçı fabriklərlə qiymət, ödəniş şərtləri, logistika, minimum sifariş həcmi və tədarük zənciri müqavilələrini ən optimal kommersiya şərtləri ilə bağlamaq.
- Maya dəyərinin (Cost) idarə edilməsi: Xammal, qablaşdırma, istehsal, sterilizasiya/pasterizasiya, enerji, logistika və digər istehsal xərclərini təhlil edərək əsaslandırılmış və optimal maya dəyərini formalaşdırmaq.
İş qrafiki: 5 gün, 09:00-18:00
Tələblər
- Ali təhsil: Qida mühəndisliyi, Qida texnologiyası, Konservləşdirmə texnologiyası, Ət və ət məhsullarının texnologiyası, Balıq və balıq məhsullarının texnologiyası və ya müvafiq texniki sahə.
- Təcrübə: Retail/FMCG/qida sektorunda satınalma/kateqoriya idarəetməsi(Konserva, qida istehsalı üzrə minimum 5 il, 2 il rəhbər vəzifədə olmaqla iş təcrübəsi,
- Sektor və bazar biliyi: Konserva məhsulları bazarını, əsas istehsalçıları, məhsul çeşidlərini, xammal bazarını və qiymət formalaşmasına təsir edən amilləri bilmək.
- Xammal üzrə bilik: Ət, balıq, tərəvəz, meyvə, paxlalılar, tomat, bitki yağları, duz, şəkər, ədviyyatlar, konservantlar və digər köməkçi xammalların xüsusiyyətlərini bilmək.
- Texnoloji proses: Xammalın qəbulu və hazırlanması, yuyulma, çeşidlənmə, doğranma, blanşirləmə, bişirmə, resepturanın hazırlanması, doldurma, vakuumlama, hermetik bağlama, pasterizasiya/sterilizasiya, soyutma və qablaşdırma proseslərini bilmək.
- · Keyfiyyət və qida təhlükəsizliyi: Mikrobioloji risklər, xüsusilə konservləşdirilmiş məhsullarda təhlükəli mikroorqanizmlər, BRCGS, FSSC 22000, ISO 22000, HACCP, sanitariya-gigiyena, hermetiklik, sterilizasiya rejimləri və fiziki-kimyəvi və orqanoleptik göstəricilər üzrə bilik.
- Təchizatçı təcrübəsi: Yerli və xarici istehsalçı və təchizatçılarla işləmək, onların istehsalat və keyfiyyət imkanlarını qiymətləndirmək, audit və danışıqlar aparmaq bacarığı.
- Dil bilikləri: Azərbaycan dili – mükəmməl, İngilis və ya Rus dili – mütləq.
- Şəxsi Keyfiyyətlər: Strateji düşünmə və planlaşdırma,liderlik və komanda idarəetmə bacarığı, analitik düşüncə və qərarvermə
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Nahar təminatı
- Nəqliyyat xidməti
- Karyera yüksəlişi
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. İstehsalat rəhbəri üzrə bazar adətən 1 100–2 000 ₼ ödəyir, median — 1 500 ₼.
16 açıq vakansiya, 11 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
İstehsalat rəhbəri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBu vakansiya haqqında suallar
İş qrafiki həftədə 5 gün, 09:00-dan 18:00-dəkdir.
İş yeri Bakı şəhərindədir.
Minimum 5 il retail/FMCG/qida sektorunda təcrübə, 2 il rəhbər vəzifədə olmaq tələb olunur.
Qida mühəndisliyi, Qida texnologiyası, Konservləşdirmə texnologiyası və ya müvafiq texniki sahə tələb olunur.
Azərbaycan dili mükəmməl, İngilis və ya Rus dili mütləq tələb olunur.
Bu səhifədəki «Müraciət et» düyməsi işəgötürənin öz müraciət səhifəsinə aparır.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarİstehsalat rəhbəri üzrə Bakıda digər açıq elanlar.
İçməli su istehsalı prosesini idarə edir və su təmizləmə sistemləri üzrə bilik tələb edir.
İstehsalat və texniki əməliyyatları idarə edir, 5 ildən çox istehsalat təcrübəsi tələb olunur
İstehsalat proseslərini idarə edir, layihələri planlaşdırır və resursları effektiv bölür.


