Yüklərin idxal-ixrac əməliyyatlarını idarə edir və gömrük sənədlərini yoxlayır.
Vakansiya haqqında
ASE Express Logistics-dan vakansiya: Quru yolu daşımaları üzrə kiçik mütəxəssis tələb olunur
Vəzifə öhdəlikləri:
- Əməliyyatların idarə edilməsi: Daşınma marşrutlarının planlaşdırılması və optimal nəqliyyat həllərinin seçilməsi;
- Sənədləşmə: Beynəlxalq və daxili daşımalara aid sənəd dövriyyəsinin (CMR, Invoice, Packing list, müqavilələr və ödəniş sənədləri) tam və dəqiq aparılması;
- Kommunikasiya: Daşıyıcılar, sürücülər və müştərilərlə operativ, effektiv əlaqənin saxlanılması;
- Beynəlxalq standartlar: Əməliyyatların beynəlxalq daşıma normalarına tam uyğunluğunun təmin edilməsi.
Namizədlərə tələblər:
- Təhsil : Logistika, Beynəlxalq münasibətlər və ya əlaqədar sahədə ali təhsil
- İş təcrübəsi : Logistika sahəsində minimum 1 il təcrübə (Quru yolu daşımaları üzrə təcrübə böyük üstünlükdür);
- Dil bilikləri: Azərbaycan dili – sərbəst, İngilis dili – Intermediate (mütləq), Rus dili – üstünlükdür;
- Proqram bilikləri: MS Office (xüsusilə MS Excel) proqramlarında sərbəst işləmək;
- Şəxsi keyfiyyətlər: Analitik düşüncə, problemi tez həll etmə, komandada işləmək və stressə davamlılıq.
İş şəraiti:
- İş qrafiki: 6 günlük iş həftəsi (şənbə günü yarımmüddətli və növbəli)
- İş vaxtı: 09:00-dan 18:00-kimi
- İş yeri: Bakı şəh., Zaur Nudurəliyev küç. 79 (Bakı KOB evi)
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 800 manat təşkil edir + KPI bonusları
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Logistika mütəxəssisi üzrə bazar adətən 760–1 800 ₼ ödəyir, median — 1 000 ₼.
27 açıq vakansiya, 51 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Logistika mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhərində, Zaur Nudurəliyev küçəsi 79 ünvanındadır (Bakı KOB evi).
İş həftəsi 6 gündür, şənbə günü yarımmüddətli və növbəlidir. İş vaxtı 09:00-dan 18:00-kimi davam edir.
Başlanğıc aylıq məvacib 800 manatdır və KPI bonusları mövcuddur.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçLogistika sahəsində minimum 1 il təcrübə tələb olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLogistika mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Yükdaşımaların idarə edilməsini və sənədləşməni həyata keçirir, logistika bilikləri tələb olunur.
Materialların qəbulunu, anbar idarəsini və göndərilməsini təşkil edir, anbar avadanlıqlarını idarə edir.
Yük daşımalarının təşkili və nəzarəti ilə məşğul olur, MS Office və 1C bilikləri tələb olunur.



