Daşıma marşrutlarını planlayır, sənədləri idarə edir və beynəlxalq standartlara riayət edir
Vakansiya haqqında
Vəzifə öhdəlikləri
- İxrac və idxal əməliyyatları üzrə CMR, Packing List və Invoice sənədlərinin yoxlanılması;
- Qısa idxal bəyannamələrinin hazırlanması və sistemə daxil edilməsi;
- Yük avtomobilləri gömrük ərazisinə daxil olduqda rəsmiləşdirmə prosesinin izlənilməsi;
- Gömrük rəsmiləşdirilməsinin vəziyyəti barədə müştərilərin məlumatlandırılması;
- Yüklərin təyinat bazalarına yönləndirilməsi və koordinasiyası;
- Sürücülər, gömrük nümayəndələri və müştərilərlə operativ əlaqənin təmin edilməsi.
Namizədə tələblər
- Ali təhsil (logistika, nəqliyyat, beynəlxalq ticarət və ya əlaqəli sahələr üzrə üstünlükdür);
- Logistika və ya müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- CMR, Packing List və Invoice sənədləri ilə işləmək bacarığı;
- Gömrük prosedurları və qısa idxal bəyannamələri barədə məlumatlılıq;
- MS Office proqramlarından istifadə bacarığı;
- Ünsiyyət və koordinasiya bacarıqları;
- Diqqətli, məsuliyyətli və operativ olmaq.
Təklif edirik
- 700–1000 AZN əməkhaqqı + (bonus);
- İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00
- İş yeri: Bakı şəhəri
- Peşəkar inkişaf və beynəlxalq logistika sahəsində təcrübə qazanmaq imkanı.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Logistika mütəxəssisi üzrə bazar adətən 760–1 800 ₼ ödəyir, median — 1 000 ₼.
27 açıq vakansiya, 51 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Logistika mütəxəssisi kimi öz maaşını yoxlaŞirkət haqqında
Triangle Logistics beynəlxalq logistika və yükdaşıma sahəsində fəaliyyət göstərən, əsasən Çindən Azərbaycana yüklərin daşınmasını təşkil edən şirkətdir.
Müraciətin
Bu vakansiya haqqında suallar
İş yeri Bakı şəhəridir.
İş qrafiki Bazar ertəsi – Cümə, 09:00–18:00-dır.
Əməkhaqqı 700–1000 ₼ aralığındadır, bonus da təklif olunur.
Ali təhsil, üstünlük logistika, nəqliyyat, beynəlxalq ticarət və ya əlaqəli sahələrdədir.
Logistika və ya müvafiq sahədə ən azı 1 il iş təcrübəsi tələb olunur.
CMR, Packing List və Invoice sənədləri ilə işləmək bacarığı tələb olunur.
CV-lər elektron poçt ünvanına göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarLogistika mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.
Yükdaşımaların idarə edilməsini və sənədləşməni həyata keçirir, logistika bilikləri tələb olunur.
Materialların qəbulunu, anbar idarəsini və göndərilməsini təşkil edir, anbar avadanlıqlarını idarə edir.
Sifarişlərin bölgüsünü aparır, sənədləri yoxlayır və müştəri əlaqələrini idarə edir.



