Sifarişlərin bölgüsü üzrə mütəxəssis (məişət texnikası)

Kontakt Home

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Sistem üzrə daxil olan sifarişlərin analizi, eləcə də kateqoriya, ərazi və icra tarixləri üzrə bölgülərin aparılması;
  • Sifarişi müşayiətedici sənədlərin çap olunması, eləcə də, sənədlərin tamlığının yoxlanılması;
  • Texniklərin, ustaların gündəlik olaraq ərazilər üzrə təyin olunması, həmçinin, işlərin kənar xidmət göstərən ustalara, briqadalara bölgü edilməsi;
  • Gündəlik olaraq sifarişlərin cari statuslarının yoxlanılması və yenilənməsi, zərurət yarandıqda müştərilərlə əlaqənin qurulması, məlumatların təqdim olunması;
  • Çatışmayan məlumatların daxil edilməsi üçün aidiyyəti üzrə yönləndirilməsi;
  • Təhvil verilmiş və icra olunmamış sifarişlərin sistem üzrə qeydiyyatının aparılması, sənədlərin təhvil alınıb yoxlanması və arxivləşdirilməsi;
  • Digər şöbələrdən, eləcə də, prosesdə iştirakçı tərəflərdən daxil olan sorğular əsasında sifarişlərə aid sənədlərin və məlumatların təqdim olunması;
  • Məhsul, avadanlıq və ehtiyat hissələrinin vaxtı-vaxtında sifarişi və qalığa nəzarət edilməsi, xammal ehtiyacının təhlili və müvafiq sifarişlərin formalaşdırılması;
  • Daxil olan müraciətlərin, zənglərin, elektron məktubların cavablandırılması, araşdırılması, həlli və aidiyyəti üzrə yönləndirilməsi, işlə bağlı yazışmaların aparılması;
  • Tabeliyində olan əməkdaşlar üçün ezamiyyət, məzuniyyət eyni zamanda nəqliyyat vasitələr üçün lazımi sənədlərin ( etibarnamə, yol vərəqəsi və s.) hazırlanması üçün müraciətlərin göndərilməsi;
  • Birbaşa rəhbərinin tapşırığı ilə işə aid digər əməliyyatların icra edilməsi, hesabatların hazırlanlanıb, təqdim olunması.

Tələblər:

  • Ali təhsil(İqtisadi, İdarəetmə, texniki sahələr üzrə arzu olunandır);
  • Səlis azərbaycan dili, rus dili biliyi arzuolunandır;
  • Müvafiq sahədə minimum 1 il təcrübəsi;
  • Xidmət ərazilərini yaxşı tanıması;
  • MS Office proqramlarında sərbəst işləmə bacarığı;
  • Riyazi və məntiqi biliklər;
  • Analitik düşüncə, təhliletmə qabiliyyəti;
  • Punktuallıq və detallara diqqət etmə bacarığı;
  • Problem həll etmə bacarığı;
  • Məsuliyyətlilik, dəqiqlik və təşəbbüskarlıq;
  • Sərbəst qərar verə bilmə bacarığı;
  • Komandada işləmək bacarığı.

Vakansiya növü - Tam ştat

Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı, 107 Svetlana Mammadova str.
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
Göstərilməyib
Yerləşdirilib
2 noyabr 2026
Dillər
Azerbaijani, Russian
Son tarix
2 dekabr 2026
HRX ilə müraciət
1
Baxış
22

Maaş bazarla müqayisədə

İşəgötürən məbləği göstərməyib. Logistika mütəxəssisi üzrə bazar adətən 760–1 508 ₼ ödəyir, median — 1 000 ₼.

adətən bu qədər ödəyirlərnadir hallarda

25 açıq vakansiya, 56 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».

Logistika mütəxəssisi kimi öz maaşını yoxla

Şirkət haqqında

Kontakt Home
Retail · 1,001-5,000 · Bakı
Kontakt Home — bütün vakansiyalar

“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.

Müraciətin

Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.

İşəgötürənin səhifəsinə keç

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Logistika mütəxəssisi üzrə Bakıda digər açıq elanlar.

Triangle Logistics
Yeni başlayan · 1+ ilBakı
700–1 000₼

Yüklərin idxal-ixrac əməliyyatlarını idarə edir və gömrük sənədlərini yoxlayır.

CMR document handlingPacking list preparationCustoms declaration preparationCustomer Communication+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Azad Logistika
Yeni başlayanBakı
Maaş göstərilməyib

Yüklərin daşınmasını izləmək və nəqliyyat vasitələrini tapmaq üçün logistika bilikləri tələb olunur

LogisticsTransportation ManagementCargo TrackingProcess Monitoring
Müraciət et
Veksa MMC
Yeni başlayanBakı
600₼

Yükdaşımaların idarə edilməsini və sənədləşməni həyata keçirir, logistika bilikləri tələb olunur.

Logistics ManagementTransportation CoordinationERP SystemsDocument Verification+2
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
Göstərilməyib
Sifarişlərin bölgüsü üzrə mütəxəssis (məişət texnikası)
Müraciət et