Mağazanın gündəlik işini idarə edir, satış planı ilə işləməyi və komanda idarəçiliyini bacarır
Vakansiya haqqında
Tahiroğlu İnşaat MMC-dan vakansiya: Mağaza Müdiri tələb olunur
Vəzifə öhdəlikləri:
- Mağazanın gündəlik fəaliyyətinin effektiv idarə olunmasının təmin edilməsi;
- İşçi heyətinin idarə edilməsi, iş bölgüsünün aparılması və fəaliyyətinin koordinasiyası;
- Əməkdaşların iş rejiminə, nizam-intizam qaydalarına və daxili prosedurlara riayət etməsinə nəzarət;
- Satış prosesinin təşkili, satış göstəricilərinin izlənilməsi və satış hədəflərinin yerinə yetirilməsinin təmin edilməsi;
- Müştəri xidmətinin keyfiyyətinə və müştəri məmnuniyyətinə nəzarət;
- Mağazada məhsul düzülüşünün, vitrinlərin və ümumi səliqə-sahmanın qorunmasına nəzarət;
- Anbar və mal qalığının idarə olunması, inventarizasiyanın təşkili;
- Rəhbərliyə mütəmadi hesabatların təqdim edilməsi.
Namizədlərə tələblər:
- Təhsil : Ali və ya orta ixtisas təhsili
- İş təcrübəsi : Mağaza idarəçiliyi və ya satış sahəsində iş təcrübəsi (tikinti materialları sahəsində iş təcrübəsi arzuolunandır)
- Cins və Yaş həddi: İşin xarakteri və xüsusiyyətləri nəzərə alınaraq, Bəy və Xanım namizədlərin müraciətlərinə üstünlük verilir
- Tikinti materialları və məhsul çeşidləri haqqında məlumatlı olmaq üstünlükdür;
- Güclü idarəçilik və liderlik bacarıqları;
- Komandanı idarə etmək və motivasiya etmək bacarığı;
- Yüksək ünsiyyət və təşkilatçılıq qabiliyyəti;
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü olmaq.
İş şəraiti:
- İş qrafiki: 6 günlük
- İş yeri: Binə Atçılıq yaxınlığı
- Peşəkar inkişaf və karyera yüksəlişi imkanları
Əmək haqqı:
- Başlanğıc aylıq məvacib 1500 AZN (net) təşkil edir + bonus
- AR Qanunvericiliyinə əsasən rəsmi qeydiyyat
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Mağaza meneceri üzrə bazar adətən 850–1 500 ₼ ödəyir, median — 1 175 ₼.
33 açıq vakansiya, 50 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Mağaza meneceri kimi öz maaşını yoxlaŞirkət haqqında
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftədə 6 gündür.
Başlanğıc aylıq məvacib 1500 ₼ (net) təşkil edir və bonuslar mövcuddur.
İş yeri Binə Atçılıq yaxınlığındadır.
Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçOxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMağaza meneceri üzrə Bakıda digər açıq elanlar.
Elektronika mağazasının gündəlik fəaliyyətini idarə edir, satış və komanda idarəçiliyi bacarığı tələb olunur
Mağazanın gündəlik işini idarə edir, komanda rəhbərliyi və satış təcrübəsi tələb olunur
Filialın gündəlik əməliyyatlarını idarə edir və F&B sahəsində 3 il təcrübə tələb olunur




