Mağazanın satışını idarə edir, işçi heyətinə nəzarət edir və ən az 1 il rəhbərlik təcrübəsi tələb olunur.
Vakansiya haqqında
Təsvir
- Mağaza üzrə satışın effektiv həyata keçirilməsinə nəzarət edilməsi;
- Mağaza işçilərinin vəzifə təlimatına əsasən iş icrasına, daxili intizam qaydalarına və iş keyfiyyətinə nəzarət edilməsi;
- Mütamadi olaraq mağaza üzrə məhsul qalığının yoxlanılmasına nəzarət edilməsi;
- Struktur bölmələrdən gələn müraciətlərin araşdırılması və cavablandırılması;
- İstifadəyə yararsız, itmiş, xarab olmuş məhsulların aktlaşdırılması və müvafiq struktur bölmələrə bildirilməsi;
- Müştəri məmnuniyyətinin qorunması istiqamətində tədbirlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Mağazanın təmizliyinin, səliqəsinin və təhlükəsizlik tədbirlərinin gözlənilməsinin təmin edilməsinə nəzarət edilməsi;
- Məhsul stendlərinin məhsullar ilə təmin edilməsinə nəzarət edilməsi.
Tələblər
- Ali təhsil;
- Rəhbər vəzifəsində ən az 1 il iş təcrübəsi (Mütləqdir);
- Səlis azərbaycan dili biliyi, rus dili biliyi üstünlükdür;
- Microsoft Office proqramlarında işləmə bacarığı (Word, Excell, Outlook);
- 1C proqramında işləmə bacarığı arzu olunandır;
- Liderlik xüsusiyyətləri;
- Yaranmış problemləri həll etmə bacarığı;
- Nəticə yönümlülük;
- Qəbul edilmiş qərarlara cavabdehlik daşımaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş şəraiti:
- İş günləri: 6 günlük;
- Rəqabət qabiliyyətli əmək haqqı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Şirkət haqqında
“Kontakt” pərakəndə satış sektoru üzrə Azərbaycanın aparıcı mağazalar şəbəkəsidir. Şirkət hazırda ölkə üzrə 50-dən çox mağaza, ölkə sərhədlərindən kənarda – isə Gürcüstanın müxtəlif bölgələrində fəaliyyət göstərir.
Kontakt Home — bütün vakansiyalarMüraciətin
Bu işəgötürən müraciətləri öz saytında qəbul edir. Vakansiyanın səhifəsinə keç və oradakı formanı doldur.
İşəgötürənin səhifəsinə keçBacarıqlara görə oxşar
Bütün oxşar vakansiyalarBu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.
Filialın fəaliyyətini idarə edir, satış planlarını icra edir və ən azı 3 il təcrübə tələb olunur.
Təsərrüfat fəaliyyətini idarə edir, departamentə rəhbərlik edir və ən azı 5 il təcrübə tələb olunur.
İqtisadi proqramların monitorinqi və qiymətləndirilməsində analitik işlər aparır, yüksək analitik bacarıq tələb olunur.



