Vakansiya haqqında

Badamdarda yeni açılacaq Bravoya işçi yığımı başladı!

Vakansiyal: Satıcı-kassir, Çörəkçi, Malların qəbulu və anbar üzrə köməkçi, Qəssab, Mühafizəçi

İşəgötürən: "Azərbaycan Supermarket" MMC (Bravo brendi)

Vakansiyanın adı:

1.Satıcı-kassir - Əməkhaqqı 530 manat (naharla təmin olunma)

Vəzifələr:

  • Mağazada olan məhsullar haqqında məlumatlı olmaq

  • Məhsulları səliqəli şəkildə rəflərə yığmaq

  • Məhsul qiymətlərini yoxlamaq və dəyişdirmək

  • Rəfləri təmiz saxlamaq

  • Kassa əməliyyatlarını icra etmək

  • Müştərilərin suallarını dinləmək,cavablandırmaq və ya məsul şəxsə yönəltmək

    2.Mühafizəçi - Əməkhaqqı 560 (naharla təmin olunma)

  • Obyektin və ərazinin təhlükəsizliyini təmin etmək;

  • Əraziyə daxil olan və çıxan şəxslərə nəzarət etmək;

  • İşçilərin, müştərilərin və əmlakın təhlükəsizliyini qorumaq;

  • Obyektdə ictimai asayişə və daxili intizam qaydalarına riayət olunmasına nəzarət etmək;

  • Şübhəli halları və təhlükəsizlik qaydalarının pozulmasını dərhal rəhbərliyə bildirmək;

  • Yanğın, qəza və digər fövqəladə hallar zamanı ilkin tədbirlər görmək;

  • Müşahidə kameralarına və təhlükəsizlik sistemlərinə nəzarət etmək;

  • Növbə təhvil-təslimini müəyyən olunmuş qaydada həyata keçirmək;

  • Rəhbərlik tərəfindən verilən xidməti tapşırıqları yerinə yetirmək.

3. Çörəkçi - Əməkhaqqı 570 manat (naharla təmin olunma)

  • Müxtəlif növ çörək və un məmulatlarının hazırlanması və bişirilməsi;

  • İstehsal prosesində texnoloji qaydalara və reseptlərə riayət etmək;

  • Xammalın keyfiyyətini və yararlılıq müddətini yoxlamaq;

  • Bişirmə avadanlıqlarından düzgün və təhlükəsiz istifadə etmək;

  • Hazır məhsulların keyfiyyətinə, görünüşünə və çəkisinə nəzarət etmək;

  • Sanitariya-gigiyena və qida təhlükəsizliyi qaydalarına riayət etmək;

  • Məhsul itkisinin və xammal israfının qarşısını almaq;

  • Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək.

4. Malların qəbulu və anbar üzrə köməkçi - Əməhaqqı 670 manat (naharla təmin olunma)

  • Anbara daxil olan malların qəbul prosesində iştirak etmək;

  • Malların sayını, çeşidini və xarici görünüşünü yoxlamaq;

  • Qəbul edilən malların müvafiq sənədlərlə uyğunluğunu yoxlamaq;

  • Malların anbar daxilində düzgün yerləşdirilməsini və çeşidlənməsini təmin etmək;

  • Məhsulların saxlanma şəraitinə və yararlılıq müddətinə nəzarət etmək;

  • Məhsulların yüklənməsi və boşaldılması prosesində iştirak etmək;

  • Anbarın təmizliyini, səliqəsini və təhlükəsizliyini təmin etmək;

  • Əskik, zədələnmiş və ya uyğunsuz mallar barədə məsul şəxsə məlumat vermək;

  • İnventarizasiya prosesində iştirak etmək;

5. Qəssab - Əməkhaqqı 670 manat

  • Ət və ət məhsullarının qəbulunu, çeşidlənməsini və ilkin emalını həyata keçirmək;

  • Ət məhsullarının doğranması, sümükdən ayrılması və porsiyalara bölünməsini təmin etmək;

  • Müxtəlif növ ət məhsullarını satış üçün hazırlamaq və vitrinlərdə yerləşdirmək;

  • Ət məhsullarının keyfiyyətinə, təzəliyinə və yararlılıq müddətinə nəzarət etmək;

  • Məhsulların düzgün saxlanma şəraitini və temperatur rejimini qorumaq;

  • Ət kəsimi üçün nəzərdə tutulmuş alət və avadanlıqlardan düzgün istifadə etmək;

  • Sanitariya-gigiyena və qida təhlükəsizliyi qaydalarına ciddi riayət etmək;

  • İş sahəsinin, avadanlıqların və alətlərin təmizliyini təmin etmək;

  • Məhsul itkisinin və israfın qarşısını almaq;

  • Satış zalına məhsulların vaxtında və düzgün şəkildə hazırlanmasını təmin etmək;

  • Aşkar edilmiş keyfiyyət uyğunsuzluqları barədə rəhbərliyə məlumat vermək;

Müraciət üçün son tarix: 04.12.2026

Namizədə dair tələblər:

- Cins: hər ikisi

- Yaş: 18-45

- İş təcrübəsi müddəti: 1 ildən az

- Təhsil: orta

- Dil bilikləri: Azərbaycan dili

- Digər tələblər: yoxdur

Əlavə imkanlar: Nahar

İş yerinin ünvanı: Badamdarda yeni açılacaq Bravo

Həftənin iş günləri: 6 günlük

İş saatları: Dəyişkən qrafik

Haqqında: Bravo-nun missiyası müştərilərimizə keyfiyyətlə, sərfəli qiymətlərlə və bol çeşidli məhsul seçimi ilə xidmət göstərərək onlara unikal alış-veriş təcrübəsi təqdim etməkdir.

Bu vakansiyaya uyğunsan?

CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.

Yerləşmə
Bakı
Təcrübə
Junior
Məşğulluq
Tam ştat
Əməkhaqqı
530 ₼
Yerləşdirilib
4 noyabr 2026
Dillər
Azerbaijani
Son tarix
4 dekabr 2026
Baxış
40

Şirkət haqqında

Bravo Supermarketlər şəbəkəsi
Retail · 5,001-10,000 · Bakı
Bravo Supermarketlər şəbəkəsi — bütün vakansiyalar

Müraciətin

Bu vakansiyaya zəng edirlər — işəgötürən elanda yalnız nömrə qoyub.

+994502515935

Tanışına uyğundur?

Dostun linkdən birbaşa müraciət edə bilər

Bu vakansiya haqqında suallar

İş saatları dəyişkən qrafikdə, həftədə 6 gün işlənir.

İş yeri Badamdarda yeni açılacaq Bravo mağazasıdır.

Satıcı-kassir üçün 530 manat, mühafizəçi üçün 560 manat, çörəkçi üçün 570 manat, malların qəbulu və anbar üzrə köməkçi və qəssab üçün 670 manatdır.

Namizədlərin yaşı 18-45 arasında olmalıdır.

Orta təhsil tələb olunur.

İş təcrübəsi 1 ildən az ola bilər.

Azərbaycan dili bilmək tələb olunur.

Oxşar vakansiyalar

Bütün oxşar vakansiyalar

Market müdir müavini üzrə Bakıda digər açıq elanlar.

Cross Trade
Yeni başlayanBakı
700–900₼

İstehsalat proseslərini izləyir, sənədləşdirir və Microsoft Excel bilikləri tələb olunur.

Quality ControlSanitation and hygiene complianceInventory ManagementReport Preparation+7
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Asor group
Mütəxəssis · 1+ ilBakı
2 000–2 300₼

Azərbaycanın bölgələrində satış və nəqliyyat işlərini idarə etmək üçün 1 il təcrübəli sürücü tələb olunur

Customer Relationship ManagementInventory ManagementSalesTime management+5
Müraciət etBirbaşa işəgötürənəBirbaşa işəgötürənə
Bütün oxşar vakansiyalar
530 ₼
Mağaza müdir müavini
Müraciət et +994502515935 — zəng et