Müştərilərin zəng və mesajlarını cavablandırır, məhsullar barədə məlumat verir, sürətli klaviatura yazısı tələb olunur.
Vakansiya haqqında
Şirkət haqqında:
PEAKPİN MMC — PeakPin mobil tətbiqinin sahibidir. PeakPin yaxınlıqdakı insanları, məkanları, kampaniyaları və tədbirləri xəritədə göstərən geolokasiya platformasıdır. Komandamıza istifadəçilərimiz və tərəfdaş məkanlarımızla peşəkar ünsiyyət quracaq, platformada keyfiyyət standartlarını qoruyacaq Müştəri dəstəyi və moderasiya mütəxəssisi axtarırıq.
Vəzifə öhdəlikləri: YALNIZ XANIM NAMİZƏDLƏR
- İstifadəçi və məkan müraciətlərini (tətbiqdaxili, e-poçt və telefon vasitəsilə) operativ, nəzakətli və dəqiq cavablandırmaq;
- Tətbiqə əlavə olunan məkan profillərini, kampaniyaları, tədbirləri, PinBox təkliflərini, foto və videoları daxili qaydalara uyğun yoxlamaq (moderasiya);
- İstifadəçi paylaşımları və şikayətlər üzrə qərar vermək, qayda pozuntularını aidiyyəti qaydada həll etmək;
- Texniki və xidmət xətalarını qeydə alıb aidiyyəti komandaya yönləndirmək, həll prosesini sona qədər izləmək;
- Xidmət keyfiyyətini və istifadəçi məmnuniyyətini yüksək səviyyədə saxlamaq.
Tələblər:
- Azərbaycan dilində səlis, aydın və savadlı nitq (şifahi və yazılı);
- Rus və ya ingilis dili bilikləri böyük üstünlükdür, türk dili də arzuolunandır;
- Yüksək ünsiyyət bacarığı: dinləmək, empatiya qurmaq, təmkinli olmaq, konfliktləri müsbət həll etmək;
- Mobil tətbiqlərdən və sosial şəbəkələrdən sərbəst istifadə, kompüter bilikləri;
- Dəqiqlik, məsuliyyət və detallara diqqət;
- Gülərüz, pozitiv və komandada işləməyə həvəsli olmaq;
- Müştəri xidmətləri, çağrı mərkəzi və ya moderasiya sahəsində təcrübə üstünlükdür.
Təminatlar və iş şəraiti:
- Rəsmi əmək müqaviləsi və sosial sığorta;
- Əməkhaqqı: 700 AZN; (Başlanğıc)
- Gənc və dinamik startap kollektivi, karyera inkişafı üçün real imkan;
- İş qrafiki: həftədə 40 saat — bazar ertəsi–cümə 09:00–17:00 (nahar 13:00–14:00), şənbə 10:00–15:00, bazar günü istirahət;
- Ünvan: Bakı ş.
Elanlar birbaşa Whatsapp-a gəlsin: Whatsapp kanalımıza abunə olun!
Vakansiyalardan daha tez xəbərdar olmaq üçün Telegram kanalımıza abunə olun!
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Müştəri dəstəyi üzrə mütəxəssis üzrə bazar adətən 500–900 ₼ ödəyir, median — 675 ₼.
97 açıq vakansiya, 37 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Müştəri dəstəyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
PeakPin — yerli biznesləri və xidmət obyektlərini interaktiv xəritə üzərindən canlı kütlə ilə birləşdirən milli sosial kəşf və reklam platformasıdır.
Müraciətin
Bu vakansiya haqqında suallar
Həftədə 40 saat, bazar ertəsi–cümə 09:00–17:00, şənbə 10:00–15:00, bazar günü istirahətdir.
Əməkhaqqı 700 AZN-dir, başlanğıc səviyyə üçün nəzərdə tutulub.
İş yeri Bakı şəhərindədir.
Müraciət üçün sənədlər e-poçt vasitəsilə göndərilməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçAzərbaycan dili səlis olmalıdır, rus və ya ingilis dili bilikləri üstünlükdür, türk dili arzuolunandır.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMüştəri dəstəyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Müştərilərə peşəkar xidmət göstərir və müştəri tələblərini idarə edir, güclü ünsiyyət bacarığı tələb olunur.
Müştərilərlə uzunmüddətli əlaqələr qurur və akademik nəşrlər sahəsində satış aparır.
Müştəri sorğularını idarə edir, satış və xidmət göstərir, MS Office bilikləri tələb olunur.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




