Müştərilərlə uzunmüddətli əlaqələr qurur və akademik nəşrlər sahəsində satış aparır.
Vakansiya haqqında
Məqsəd:
- Müştəri şikayətləri üzrə menecer şirkətimizdə müştəri məmnuniyyətinin artırılması, müraciət və şikayətlərin analizi, problem və iradların köklü həlli proseslərinin idarə olunmasına cavabdehdir. Vakansiya üzrə əsas məqsəd təkcə şikayətləri cavablandırmaq deyil, xidmət/məhsul keyfiyyətinin yüksəldilməsi üçün analitik təkliflər vermək və şöbələrarası prosesləri optimallaşdırmaqdır.
Əsas vəzifə öhdəlikləri:
- Müraciətlərin idarə olunması: Müxtəlif kanallardan (telefon, sosial media, e-poçt, satış kanalları, distribütorlar, zavod və s.) daxil olan şikayət, irad və təklifləri qəbul etmək, prioritetləşdirmək və sistemləşdirmək.
- Proseslərin izlənməsi və həlli: Şikayətləri aidiyyəti şöbələrə ötürmək, həll prosesini son nəticəyə qədər izləmək və müştərini mərhələli şəkildə məlumatlandırmaq.
- Təhlil və Hesabatlılıq: Müştəri bazasının təhlili, şikayətlərin statistikasının aparılması, köklü səbəblərin müəyyənləşdirilməsi və rəhbərliyə/marketinq departamentinə mütəmadi hesabatların təqdim edilməsi.
- İnsight və Təkliflər: Müştəri rəylərindən məhsul, xidmət və brend haqqında əsas insight-ları çıxarmaq, xidmət keyfiyyətinin artırılması üçün təkliflər hazırlamaq.
- Şöbələrarası koplikasiya: Satış, marketinq və logistika/istehsalat komandaları ilə sıx əməkdaşlıq edərək müştəri məmnuniyyəti strategiyasını dəstəkləmək.
- Kampaniya analizi: Marketinq kampaniyalarının və yeni məhsulların müştərilər tərəfindən necə qəbul edildiyini qiymətləndirmək.
Namizədə olan tələblər:
- Təhsil: Ali təhsil (Biznesin idarə edilməsi, Marketinq, Menecment və ya əlaqəli sahələr üzrə).
- İş təcrübəsi: Müştəri xidmətləri, CRM və ya Şikayətlərin idarə olunması sahəsində təcrübə
- MS Office və CRM proqramları ilə işləmək bacarığı.
- Analitik bacarıqlar: Böyük həcmli məlumatlar (data) və şikayət statistikası ilə işləmək, problem yaranma səbəblərini analiz etmək bacarığı.
İş vaxtının norması:
- 5 günlük iş rejimi
- Saat - 09:00/18:00
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Nahar şirkət təmin edilir
- Korporativ telefon nömrəsi və danışıq paketi
İş yeri:
- Abşeron rayonu, Xırdalan şəhəri, (Masazır dairəsi yaxınlığı) Xəritə: https://goo.gl/maps/iFLKeNz2rJoCoWDt5
Uyğun namizədlərdən cv-lərini mövzu yerinə “Müştəri şikayətləri üzrə menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına və ya https://karyera.sirab.az/ ünvanına göndərmələri xahiş olunur.
Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Müştəri dəstəyi üzrə mütəxəssis üzrə bazar adətən 500–900 ₼ ödəyir, median — 663 ₼.
102 açıq vakansiya, 38 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Müştəri dəstəyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
Sirab Satış və Dağıtım MMC is the sales and distribution arm of the Sirab mineral water brand (part of the Veyseloglu group), handling wholesale and retail sales of Sirab carbonated and still mineral waters.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMüştəri dəstəyi üzrə mütəxəssis üzrə Abşeronda digər açıq elanlar.
Müştərilərin zənglərinə cavab verir, məlumat verir və satışa dəstək olur, yüksək kommunikasiya bacarığı tələb olunur.
Müştərilərə bank məhsulları üzrə peşəkar xidmət göstərir və müştəri tələblərini idarə edir.
Telefon operatoru kimi müştərilərlə telefon vasitəsilə əlaqə qurur və məlumat verir.
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



