Müştərilərlə əlaqə qurur, şikayətləri qəbul edir və sənədləşmə aparır.
Vakansiya haqqında
PAŞA Property Management “Müştərilərlə iş üzrə mütəxəssis” vakansiyası üzrə işə qəbul elan edir.
Ölkənin aparıcı daşınmaz əmlak idarəetmə şirkətlərindən biri olan PAŞA Property Management, Sizə karyera yolunda uğur qazanmaq və peşəkar komandada özünüzü inkişaf etdirmək imkanı təqdim edir. Biz, öyrənməyə meyilli, pozitiv düşüncəli və işinə yaradıcı yanaşan, motivasiyalı əməkdaşlar axtarırıq.
- Bütün daxil olan sorğuların qeyd etmək və cavablandırmaq;
- Gündəlik istismar xidmətləri ilə bağlı hesabatları qəbul etmək və görülən tədbirləri sistemə daxil etmək;
- İstismar xidmətləri işçilərinin vaxtı-vaxtında ehtiyat və tez korlanan hissələr, həmçinin lazımi ləvazimatlarla təmin etmək;
- Layihə rəhbəri və istismar xidmətləri qrupu ilə əlaqələndirici rol oynamaq;
- 3-cü tərəf şirkətləri qeydə almaq;
- Komandanın fəaliyyətini qiymətləndirmək və hesabatlar hazırlamaq;
- Layihənin bütün xidmətləri və obyektləri haqqında iş biliklərini nümayiş etdirmək və qonaqlara səmərəli kömək etmək;
- Hər zaman layihənin cari vəziyyəti və yerlərin mövcudluğu barədə məlumatlı olmaq;
- Sakinlərin/ icarəçilərin/ qonaqların şikayət və problemlərini həll etmək və onlarla səmərəli danışıqlar aparmaq;
- Müştəri məmnuniyyətini artırmaq üçün planların həyata keçirilməsi;
- Müəyyən olunmuş proqram təminatı ilə işləyib ona dəstək verməlidir;
- Müştərilərlə bağlı hər hansı bir sənədləşmə prosesində iştirak etmək;
- İşçilərin davamiyyət cədvəllərini aparmaq;
- Nəğd vəsaitlərin qəbulunu və ödənişini etmək;
- COİNS sisteminə və daxili hesabat fayllarına nəğd vəsait dövriyyəsi məlumatlarını daxil etmək;
- Günlük və periodik nəğd vəsaitlərin sayımını aparmaq;
- Nəğd vəsaitlərin bank hesabına mədaxilində iştirak etmək;
- Uyğunlaşdırmaların aparılıb yarana biləcək fərqlərin araşdırılması;
- Rəhbər tərəfindən tapşırılan müvafiq işləri yerinə yetirmək.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
İşəgötürən məbləği göstərməyib. Müştəri dəstəyi üzrə mütəxəssis üzrə bazar adətən 500–1 000 ₼ ödəyir, median — 700 ₼.
76 açıq vakansiya, 80 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Müştəri dəstəyi üzrə mütəxəssis kimi öz maaşını yoxlaŞirkət haqqında
PAŞA Property Management — premium daşınmaz əmlakın idarə edilməsi sahəsində aparıcı şirkətdir. Biz lüks sinif yaşayış və kommersiya obyektlərinin idarə edilməsi sahəsində yüksək keyfiyyətli xidmət təklif edirik.
Müraciətin
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarMüştəri dəstəyi üzrə mütəxəssis üzrə Bakıda digər açıq elanlar.
Daxil olan zəngləri qəbul edir, müştərilərə tibbi xidmətlər barədə məlumat verir və ünsiyyət bacarığı tələb olunur
Müştərilərlə əlaqə saxlayır, məhsullar haqqında məlumat verir və CRM-də sifarişləri qeyd edir
Mövzu üzrə materiallar

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur




