Yerləşmə
Azərbaycan
Təcrübə
1+ il
Məşğulluq
Tam ştat
Əməkhaqqı
700–700 ₼
Yerləşdirilib
17 iyul 2026
Dillər
Azerbaijani
Son tarix
17 avqust 2026

Vakansiya haqqında

Vəzifə öhdəlikləri:

  • Ofis daxili inzibati işlərin təşkili, idarə olunması və koordinasiyası;
  • ​Daxil olan və xaric olan sənədlərin (məktublar, müqavilələr, sorğular) qeydiyyatı, arxivlənməsi və aidiyyatı üzrə yönləndirilməsi;
  • ​Ofisə gələn qonaqların qarşılanması və daxili korporativ etiket qaydalarına uyğun olaraq yönləndirilməsi;
  • ​Zənglərin qəbul edilməsi, cavablandırılması və lazımi şəxslərə ötürülməsi;
  • ​Ofisin təsərrüfat, dəftərxana və gigiyenik təchizat ehtiyaclarının müəyyən edilməsi, sifarişi və nəzarətdə saxlanılması;
  • Rəhbərliyin tapşırıqlarına əsasən iclasların, görüşlərin təşkili və protokolların aparılması;
  • ​Ofis avadanlıqlarının (printer, skaner və s.) sazlığına nəzarət və texniki nasazlıqlar zamanı müvafiq xidmətlərlə əlaqə saxlanılması

İş qrafiki və qeydlər:

  • 5 günlük iş qrafiki
  • İş yerinin ünvanı: Mərkəzi ofis (Caspian Plaza, Cəfər Cabbarlı 44)

Tələblər:

  • Təhsil: Ali və ya orta-ixtisas təhsili
  • İş stajı: Oxşar sahədə (Ofis meneceri, Resepşn, İnzibatçı) ən azı 1 il iş təcrübəsi;

Əmək haqqı: 700 AZN (net)

Göstərilən tələblərə cavab verən namizədlərdən Azərbaycan dilində tərtib edilmiş cv-lərini mövzu (subject) hissəsinə “Ofis meneceri” qeyd edərək Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur.

Şirkət haqqında

Amal Group
Tikinti, Mühəndislik xidmətləri · Baku

AMAL GROUP tikinti sahəsində müxtəlif növ təmir, quraşdırma, mühəndislik və dizayn xidmətləri təklif etməklə evlərdə, ofislərdə, dövlət, sənaye və digər obyektlərdə təhlükəsiz və rahat formada layihələrin həyata keçirilməsinə köməklik göstərir. Fəaliyyət göstərdiyimiz qısa müddət ərzində dövlət layihəsinin podratçısı seçilərək 16 min kv.m-dən çox olan yaşayış sahəsinin istifadəyə verilməsini təmin etmişik. Hal-hazırda 32 min kv.m sahədə tikintilərimiz davam edir. Eyni zamanda fərdi evlərin tikintisində yalnız müasir dəbli dizayna deyil, həm də düşünülmüş funksionallığa diqqət yetiririk. AMAL GROUP şirkəti olaraq layihələndirmə və tikinti-inşaat sahəsinə böyük təcrübəmiz, qabaqcıl texnologiyalardan istifadə edən peşəkar komandamız, etibarlı tərəfdaşlarımız habelə öz texnika parkımızla daxil olmuşuq. “AMAL GROUP” MMC Xəyallarınızın möhkəm bünövrəsi

Amal Group — bütün vakansiyalar

Bacarıqlara görə oxşar

Bütün oxşar vakansiyalar

Bu vakansiyanın bacarıqları ilə ən çox üst-üstə düşən vakansiyalar.

A Plus Supermarketlər şəbəkəsiManager1 800–2 000 ₼dünən
Team ManagementInventory ManagementOrder Management
Bütün oxşar vakansiyalar
700–700 ₼
Ofis meneceri
Müraciət et