Ofisin gündəlik inzibati işlərini idarə edir, minimum 2 il təcrübə tələb olunur
Vakansiya haqqında
Namizədə tələblər:
- Xanım namizəd, 23–35 yaş;
- Ali təhsil;
- Ofis proqramları ilə işləmək bacarığı (Word, Excel, Outlook, 1C və s.);
- Azərbaycan və rus dillərini bilmək (ingilis dili arzuolunandır);
- Sürətli öyrənmə qabiliyyəti, əməksevərlik, məsuliyyətlilik, punktuallıq və dürüstlük.
Vəzifə öhdəlikləri:
- Daxil olan zənglərin, korporativ elektron məktubların, veb-sayt və digər mənbələrdən daxil olan müraciətlərin qəbulu və qeydiyyatının aparılması;
- Kommersiya təkliflərinin, müqavilələrin, təhvil-təslim aktlarının, elektron qaimə-fakturaların və digər sənədlərin hazırlanması, uçotunun aparılması, göndərilməsi və qəbulunun təmin edilməsi;
- Ofisin zəruri ləvazimatlarla təmin edilməsi və təsərrüfat işlərinin təşkili (dəftərxana ləvazimatları, məişət və mətbəx ehtiyacları, təmir, təmizlik və digər işlər);
- Ofisə gələn qonaqların qarşılanması, qonaqlara və rəhbərliyə çay və kofe təqdim edilməsi;
- Korporativ tədbirlərin, görüşlərin, təqdimatların, sərgilərin, korporativ bayramların və komanda quruculuğu tədbirlərinin təşkili;
- Açıq vakansiyalar üzrə namizədlərin axtarışı;
- Əməkdaşların iş vaxtının uçotunun aparılması;
- Daxili korporativ prosedurların və motivasiya sisteminin hazırlanmasında, dəyişdirilməsində və təkmilləşdirilməsində iştirak.
İş şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul;
- Şirkət hesabına nahar;
- Şirkət hesabına fitness-klub;
- Şirkət hesabına təlim və sertifikasiya imkanları;
- Korporativ tədbirlər;
- Mehriban və sıx əməkdaşlıq mühiti;
- Əmək haqqı: 500 AZN + bonus;
- İş qrafiki: həftənin 5 günü, saat 09:00–18:00.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Bu vakansiyaya uyğunsan?
CV‑ni yüklə — 10 saniyəyə uyğunluq faizini, bazar dəyərini və CV‑də çatışmayanı gör.
Maaş bazarla müqayisədə
Ofis administratoru üzrə bazar adətən 600–900 ₼ ödəyir, median — 700 ₼.
63 açıq vakansiya, 69 maaş rəqəmi: elanlar, anketlər, «Maaşını yoxla».
Ofis administratoru kimi öz maaşını yoxlaŞirkət haqqında
"Best Soft" şirkəti öz fəaliyyətini 2009-cu ildə başlamışdır. Bu gün "Best Soft" - yüksək səviyyəli və hərtərəfli mütəxəssislərin kollektividir, müasir texnologiyalar və iri layihələrin tətbiqində böyük təcrübədir, yüksək xidmət səviyyəsi…
Müraciətin
Bu vakansiya haqqında suallar
İş həftənin 5 günü, saat 09:00–18:00 arasında təşkil olunur.
Əmək haqqı 500 ₼ və bonuslardan ibarətdir.
Bəli, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun rəsmi işə qəbul həyata keçirilir.
Namizəd CV göndərməlidir. Müraciət bu səhifədəki formadan göndərilir: məktub birbaşa işəgötürənin poçtuna gedir, qeydiyyat lazım deyil.
Müraciət formasına keçŞirkət hesabına nahar, fitness-klub, təlim və sertifikasiya imkanları, korporativ tədbirlər təklif olunur.
Oxşar vakansiyalar
Bütün oxşar vakansiyalarOfis administratoru üzrə Bakıda digər açıq elanlar.
Ofisin gündəlik inzibati işlərini idarə etmək və sənəd dövriyyəsini təşkil etmək tələb olunur
Avtomobil məlumatlarını daxil edir, sənədləri hazırlayır və ofis işlərini aparır, Microsoft Word və Excel bilikləri tələb olunur.
Sənədləşmə və ofis işlərini idarə edir, MS Office proqramlarında bacarıqlı olmalıdır.
Mövzu üzrə materiallar

Azərbaycanda işləmək üçün diplom vacibdirmi?

Azərbaycanda ingilis dili kimə lazımdır və hansı səviyyəyə qədər tələb olunur



